Batan Gəmi

 

Bircə çat bütöv bir gəmini batıra bilər.

 

Çin məsəli

 

İnsan kamillik dövrünə kimi dörd mərhələdən keçir: bioloji varlıq, fərd, şəxs şəxsiyyət. Cəmiyyət bu dörd mərhələni inkişaf etdirən, canlandıran meydandır.

Hegelə görə ruhun inkişafı üç yerə ayrılır: obyektivlik, subyektivlik, mütləq. Birinci insanınruhun təbii halıdır. Bura onun mənsub olduğu irq, milliyəti, coğrafi məkanı, irsi, genetik bağlılığı s. aiddir. Subyektivlik insanın böyüdüyü, tərbiyə aldığı mühitlə, təhsili yetişdiyi cəmiyyətlə bağlıdır. Ruh ilkinliyindən çıxır subyektivləşir. Özəl keyfiyyətlər daşıyıcısına çevrilir. Onun özünə xas təfəkkürü, zövqü, təcrübəsi, dünyagörüşü, həyat fəlsəfəsi, yanlışı, doğrusu olur. Üçüncü mütləq mərhələdə o, bütün bunların, yəni ikinci mərhələdə toplananların tarixdə cəmiyyətdə, var olduğu dünyada yerini tapır.

Son illər ədəbiyyatın, publisistikanın, sosialogiyanın, fəlsəfənin qoyduğu ən vacib problemlərdən biri insan cəmiyyət münasibətləridir. Cəmiyyətin, yazıq ki, şəxsiyyətə qədərki mərhələdə fərd problemi var. Biz son illər hər yerdə fərd axtarışındayıq. Nədənsə insanlar bir-birindən seçilməz haldadırlar. Cəmiyyətə insan etibar edə bilmirsən. Bütün mədəni irsi dəyərlərini ötürdüyün övladını cəmiyyətə buraxmağa qorxursan. Öz keyfiyyətsizliyi ilə sənə güc gələcəyini bilirsən. Bilirsən ki, bəh-bəhlə böyütdüyün balanı qorumağa çoxlu güc sərf etməli olacaqsan. Bu isə hamıda alınmır. Çünki cəmiyyət öz bayağılığı ilə daha güclüdür. Cəmiyyətdə fərd, şəxs şəxsiyyət qıtlığı var. Belə qıtlıqda isə nəyinsə yaxşı olacağına inanmaq çox çətindir.

Fərd artıq bioloji varlıq deyil. Müəyyən insani keyfiyyətləri, özəlliyi olan, zövqü, vərdişləri durulan varlıqdır. Cəmiyyətdə fərdlərə böyük ehtiyac var. Əslində cəmiyyət elə fərdlərdən ibarət olmalıdır. bu fərdlərdən özü üçün kadrlarşəxslər şəxsiyyətlər yetişdirməlidir. Əgər cəmiyyətdə fərd problemi varsa, bu təhlükədir. Deməli, həmin cəmiyyətdə şəxs şəxsiyyət məsələsindən söhbət gedə bilməz. deməli bu cəmiyyətdə yetişən gələcək nəsilləri heç bir perspektiv gözləmir.

Şopenhauer yazırdı: “ İnsan növünə xas olan cəhətlərdən başqa heç bir xüsusiyyəti ilə başqalarından seçilməyən adam bayağıdır. Milyonlara bənzəyənin dəyəri ola bilər?”

İnsanın inqubatorlaşma dövrünü yaşayırıq. Yayılan xəstəliklər pis vərdişlər bir ucdan insanı broylerləşdirir. Hamının faciəsi eynidir, hamı eyni problem haqda düşünür. Hamı eyni şeyə meyllənir. Bu halda fərd necə yetişə bilər?

Bioloji varlıq fərd mərhələsinə keçə bilmir, çünki bunun üçün yollar bağlıdır.

Cəmiyyətin fərd yetişdirməsi üçün özünün yetgin, hazırlıqlı olması gərəkdir. Hazırlıqlı cəmiyyət fərdlər yetişdirir həmin fərdlər gələcək cəmiyyətin keyfiyyətini müəyyənləşdirir. Bu birbirini davam etdirən halqavari prosesdir.

Bir nəfər Pifaqordan soruşur:

Oğlumu necə tərbiyə edim?

Pifaqor:

Ədalətli cəmiyyətdədirsə heç necə.

Cəmiyyət o qədər sağlam olmalıdır ki, ədalətli ola bilsin. Əvvəldə yazdığımız kimi insanın bioloji varlıqdan individuma keçməsini onun aldığı tərbiyə, təhsil yaşadığı mühitin ötürdüyü informasiya sairə müəyyən edir. Bu xarakterin formalaşmasıdır. Xarakter artıq fərd deməkdir. Bilgiləri, təcrübəni, bacarıq istedadı nəyə necə sərf etməni müəyyənləşdirən xarakterdir. Xarakter çox ciddi faktordur. Frankl deyir ki, hətta nevroloji problemləri olan ruhi xəstələrin belə xeyirxah ,yoxsa bədxah olmasını müəyyən edən xarakterdir. Ruhi xəstə pislik edir, neqativlik ötürürsə bu onun nevroloji vəziyyəti ilə deyil , xarakteri ilə bağlıdır. O, sağlam olsaydı yenə pislik edəcəkdi.

Cəmiyyət ayrı-ayrı fərdlərdən, xarakterlərdən ibarətdir. Ama bu fərdlərin ortaq bir keyfiyyəti var ki, ona milli dəyər deyirlər. Bu da ümumilikdə cəmiyyətin xarakterini ifadə edir. Hansısa keyfiyyəti ilə xalq başqa xalqlardan seçilir. Bu onun özəlliyi, şəxsiyyətidir. Heç ilə seçilməyən xalq isə bioloji varlıqdır. Onun cəmiyyətində əlbəttə ki, böyük problemlər yaşanacaq. Xalqın dünyəvi dəyəri həmin xalqın dünyayla işbirliyi, kommunikasiyası, mədəniyyətinin sərhədləri aşaraq başqa mədəniyyətlərə qovuşması nəticəsində ortaya qoya bildiyi özəlliyidir. Sadə misallarla xalqların dünyəvi dəyərlərini xarakterizə etmək olar. Məsələn: Çinlilər zəhmətkeşdirlər, yaponlar savadlıdırlar, fransızlar mədənidirlər, ruslar dövlətçidirlər, ingilislər tədqiqatçıdırlar, almanlar qurucudurlar, hindlilər mistikdirlər, türklər döyüşçüdürlər ilaxır. Bunları sadalaya biliriksə, deməli həmin xalqlar dünyaya açıla biliblər. Öz mənlərini ortaya qoya biliblər, xarakterlərini tanıtmağı bacarıblar. Bu əlbəttə ki, dəyərdir.

Cəmiyyətin fərd yetişdirməsi üçün onun keyfiyyətli olması gərəkdir. Cəmiyyəti quran kimdir? Cəmiyyəti quran xalq, onun ənənələri, tarixi dövlətidir. Dövlət nəyə xidmət edir ki? Təbii ki, cəmiyyətinə. Dövlət cəmiyyət ayrı-ayrılıqda mövcud ola bilməz. Hətta kobud bir misal kimi vəhşi cəmiyyətləriHindistanda, Afrikada qədim insan ənənələrini yaşadan tayfaları, icmaları xatırlaya bilərik. Dövlətləri yoxdur deyə bəşərlə heç bir bağlılıqları da yoxdur. Bu insan növlərindənbioloji varlıqlardan ibarət cəmiyyətlərdir. Onların öz qaydaları, adətləri olsa da, sivilizasiyadan tamamilə təcriddirlər.

Ammacəmiyyətsiz dövlətəheç kobud da misal tapa bilmərik. Dövlətin vəzifəsi dolğun, yararlı, sivil cəmiyyət yaratmaqdır. Dövlət ona görə mövcuddur ki, keyfiyyətli cəmiyyət formalaşdıra bilsin.

Fərdi yetişdirən keyfiyyətləri əvvəldə saydıq. Tərbiyə, təhsil, ortam s.

Deməli sağlam cəmiyyətdə ilk növbədə bütün bəşəri xüsusiyyətləri, dəyərləri mədəni estetik kriteriləri özündə cəmləşdirən sağlam ailə modeli olmalıdır. İnsan isti səmimi mühitdə doğulub böyüməlidir. Stressdən, sarsıntıdan, aqressiyadan uzaq şəraitdə yaşamalıdır. Əgər cəmiyyətdə sağlam ailə modeli yaratmağa əngəl olan qaydalar, səbəblər varsa, onları yerli-dibli aradan qaldırmaq lazımdır. Bunun üçün dövlətin himayəsi, qayğısı qanunu cəmiyyətin bütün nöqtələrinə nüfuz etməlidir. Dərin qatlara enərək yaranı kökündən sağaltmalıdır.

İkinci məsələ təhsildir. Cəmiyyətin təhsil sütunları möhkəm olmalıdır. Məqsəd dəqiq müəyyənləşdirilərsə, savadlandırma prosesində tədbiq olunan qaydalar, metodlar planlı, həssas inadkar ən vacibi professional şərtlərlə gerçəkləşdirilərsə proses yoluna düşər. Savadlandırma prosesinə yalnız orta ali təhsil ocaqlarında keçilən dərslər aid deyil. Maarifçilik işləri, KİV-lər vasitəsilə ötürülən informasiyalar, maraqlı dərgilərin, qəzetlərin olması, tv-lərdən gələn bilgilər, intellekt artımına yönəlik proqramlar, incəsənətlə bağlı layihələr , ədəbiyyatın təbliği, dünyayla mümkün qədər tanışlıq təmas.

Demək olar ki, bütün dahilər bir məsələdə ortaq fikri paylaşıblar. Xalqı məhv eləmək istəyirsənsə onu təhsilsiz burax. Cahil mühitdə sözsüz ki, hamı bir-birinə oxşayacaq, fərdlər yetişməyəcək. İnsanlar bütün hadisələrə eyni gözlə baxacaq. Hamının zövqünə uyğun tamaşa göstərmək göstərən üçün çox rahatdır. Burda baş sındırmağa ehtiyac yoxdur. Bu qədim rəvayətdəki kimi Tanrının ölümü çatanları bir gəmiyə yığıb batırmasına oxşayır.

Ardı olacaq.

 

 

Aysel ƏLİZADƏ

 

525-ci qəzet.- 2009.- 27 noyabr.- S.20.