Hind “Avara”sı Azərbaycanda

 

1950-ci illərdə Azərbaycanda tamaşaçılar sonralar çox sevdikləri, hətta uzun zaman Hindistanın rəmzi saydıqlarıAvarafilmiylə əfsanəvi Rac Kapurla tanış oldular. “Avarafilmiylə bağlı 50-ci illər Azərbaycan tamaşaçısının yaşadığı hisslər o qədər güclü idi ki, az qala burada Hindistan mədəniyyətinin böyük bir ərəstişkar ordusu yaranmışdı. Təsadüfi deyil ki, gəncliyi həmin dövrə düşmüş böyük siyasi xadim, mədəniyyət bilicisi olan ümummilli lider Heydər Əliyev 13 oktyabr 2001-ci ildə Rəşid Behbudovun xatirə gecəsində bu fikirləri dilə gətirmişdi: “O vaxta qədər biz heç bilmirdik ki, Hindistanın mahnısı nədir, musiqisi nədir onun filmi nədir. AmmaAvarafilmi ilə böyük aktyor Rac Kapur ilə Azərbaycanda Hindistanı əvvəlki dövrlərdən daha da çox tanıdılar”.

Bəhs etdiyi dövrdə sadə hindlilərin ağır yaşamından sanki sadəlövhcəsinə, melodramatik notlarla söz açanAvarafilmi aydın süjet xəttinə malikdir. Bunun üçün tamaşaçıdan ağır zehni , gərgin məntiqi düşüncə tələb etmir. Filmin süjet xətti sadəliyilə yanaşı, həm orijinaldır ki, bu da onu digər ekran işlərindən fərqləndirir. Eyni zamanda, “Avara”nı sıradan, bəsit bir film adlandırmaq qətiyyən mümkün deyil. Çünki hər dəfə seyr edərkən bu filmlə bağlı yeni bir məqam kəşf edirsən. Məsələn, ilk dəfə filmə baxanda əsas diqqəti musiqinin gözəlliyinə yönəldib, bir o qədər önəm verilməyən Racın yuxusu səhnəsi sonradan seyrçiyə qəhrəmanın psixoloji durumunu, sarsıntılarını əks etdirən məqam kimi görünür. Yəqin, elə bu səbəbdəndir ki, film tamaşaçı kütləsinin, o cümlədən azərbaycanlıların hədsiz məhəbbətini qazanıb. “Avarabarədə rəy sorğusu keçirsək, heç şübhəsiz, böyük əksəriyyət bu filmi yorulub usanmadan, maraqla izlədiyini deyər. Elə görkəmli Azərbaycan kino sənətkarları Vaqif Mustafayevlə Ceyhun Mirzəyevin birgə işi olanBəyin oğurlanmasıfilmində Avaraməhz bu cəhətiylə xatırlanır, orada rejissorla kəndlilər arasında təxminən belə bir söhbət gedir:

“- “Brodyaqakinosuna 43 dəfə baxmışam.

Neyçün?

– ...Xoşum gəlir.

Bizimkilər belədi ... Özümüzünkünə bir dəfə baxmırıq, amma onun-bunun kinosuna 43 dəfə baxırıq.

Siz elə çəkin ki, adamın ürəyinə toxunsun. İnandırıcı kino olsun”. (Bəlkə həmin vaxt Həsən Turabovun filmin digər iştirakçılarının, eləcə müəlliflərin ağlına gəlməzdi ki, “Bəyin oğurlanması”na da 43 dəfə baxanlar olacaq). “Avara”nın bir sıra başqa hind filmlərinin baxımlı olmasının səbəbi çoxlarını düşünməyə vadar edir. Ümumiyyətlə, ölkəmizdə hind filmləri prokatdan ən çox istənilən filmlərdəndir. Bəzilərinin fikrincə, bu filmlərin kütlə tərəfindən sevilməsinə səbəb əsasən ibtidai hissi tələblərə cavab verməsidir. “Oturdun, baxdın, ağladın, qalxıb getdin, yaddan çıxartdın...” Lakin hind filmlərininyalnız sadəlövh insanların hissləri ilə oynamağa yaradığıbarədə fikirlərlə mübahisəyə girişmək olar. Hind kino ustalarınınrejissor Saytaci Reyin, Ritvik Çattakın, Mrinal Senin filmləri ən nüfuzlu kinofestivallarda ayaq üstə alqışlanıb. Təəssüf ki, bu adlar Hindistanın özündə , bir çox başqa ölkələrdə əsasən peşəkarlara yüksək zövqə malik bir qrup tamaşaçıya tanışdır. əvəzində Rac Kapuru kinosevərlərə təqdim etməyə ehtiyac yoxdur. Sadə hindlilərin çətin güzəranından söhbət açanAvara”, “Cənab 420” filmi tamaşaçı üçün əsl tapıntıya çevrildi. Hər halda, bir həqiqət məlumdur ki, keçmiş Sovet Azərbaycan tamaşaçısı məhzAvarafilmi sayəsində Hindistanıkəşf etdi”.

Hindistanın özündə çoxmilyonlu hind tamaşaçısının kinoteatra qəhrəman kişilərə, yoxsa son dərəcə gözəl qadınlara baxmağa getdiyini demək çətindir. AncaqAvaratipli süjet xəttinə malik filmlər hər zaman diqqəti cəlb edir. təbii ki, sənətkarlıq keyfiyyəti öz yerində olmaqla. Belə filmlər insanı öz təsiri altına alır, sonun olacağıyla maraqlandırır. Yoxsulların həyatının ağır anlarını əks etdirən kadrlar, Racın xəstə anasına bir tikə çörək aparmaq üçün çəkdiyi əziyyətlər hisslərimizin sarı siminə toxunur. Bu filmlər hər dövr üçün aktualdır, baxımlıdır, ona görə ki, orada filmdə qaldırılan problemlər, yəni təbəqələşmə, yoxsulluq, əxlaqsızlıq, mənəvi böhran hələ mövcuddur. “Siz böyüklər elə çox yer tutursunuz ki, yolla keçərkənkiçik adam”ı görmürsünüz” – bu fikir həmin əsərdə qabardılan yenə öz aktuallığını saxlayan bəşəri problemlərdəndir. Rac Kapurkiçik adamobrazını, geyim tərzini, yumoristik hərəkətlərini dövrün məşhur sənətkarı Çarli Çaplindən götürmüşdü. Lakin bu bənzətmə təbii hadisə idi. Çünki Çarli Çaplinin yaşayıb-yaratdığı ölkədə kəskin təbəqələşmə var idi. Demək, bunu şərait özü yetişdirirdi. Rac Kapurun təkrar etdiyi böyük sənət onun bənzədiyi böyük sənətkar idi. Üstəlik, Rac Kapur bunu ustalıqla, peşəkarcasına, öz ölkəsinə, xalqının düşüncəsinə uyğun şəkildə edirdi. Necə ki, illər sonraOyna-oynafilminin qəhrəmanı, gözəl rəqs bacarığıyla xüsusi rəğbətlə sevilən məşhur hind aktyoru Mithun Çakrabortinin bu sahədə dünya şöhrətli Maykl Ceksondan bəhrələndiyi məlum oldu. Amma Mithun da mənimsədiyini əsl Hindistan malına çevirə bildi.

Avara”nın sözləri musiqisi Jaikishan Dayabhai Pankala məxsus olan leytmotiv musiqisi hətta hind filmlərinə maraq göstərməyənlərə zövq verir. Əsəri izləməyən tamaşaçıya Shankarsinsh Raghushanshinin səsləndirdiyiAvarayammahnısı ümumi məzmunun nədən ibarət olduğunu öz lirik, qəmli ovqatı ilə çatdıra bilir.

Avara böyük marağa səbəb olan digər hind filmləri həm tamaşaçını tərbiyələndirmə vasitəsidir. Burada qadına, anaya, vətənə sevgi, sevgiyə hörmət aşılanır. Eləcə bu filmdə eşqin insanı tərbiyə etməyə, dəyişdirməyə qadir olduğu fikri təsdiqlənir. Dahi şair Nizami GəncəvininXosrov Şirinpoemasında Şirinin təsirilə, ona olan sevginin gücüylə dəyişilən, paklaşan, son nəfəsində susuzluqdan ciyəri yanarkən sevgilisini şirin yuxudan oyatmağa qıymayan bir insan səviyyəsinə yüksələn Xosrovla, bulaşdığı çirkabdan sevgilisi Ritanın dəstəyi təsiri sayəsində qurtulan Rac arasında rəmzi oxşarlıq var. Onları xilas edən eyni hissdirməhəbbət. Bu baxımdan belə bir fikir söyləmək olar ki, “Avarafilminin uğuru həm onun ümumiyyətlə Şərq fəlsəfəsi mədəniyyətilə bağlı olmasından irəli gəlir.

 

 

Aytən FEHRUZ

 

525-ci qəzet.- 2009.- 25 noyabr.- S.7.