Neftlə tablolar çəkən rəssam
Sabir Çopuro
Aktau şəhərindəki
Azərbaycan baş konsulluğunun təşəbbüsü
ilə Azərbaycanın
müstəqilliyinin 18-ci ildönümü
və Qazaxıstanda neft çıxarılmasının
110 illiyi ilə əlaqədar tanınmış
rəssam, Azərbaycan
və Gürcüstan
rəssamlar ittifaqlarının
üzvü Sabir Çopuroğlunun fərdi
sərgisi açılıb.
Bu barədə Mədəniyyət və
Turizm Nazirliyindən məlumat verilib. Tədbirdə Aktau şəhər
hakimiyyətinin nümayəndələri,
elm, mədəniyyət və
incəsənət xadimləri,
diasporumuzun üzvləri,
jurnalistlər iştirak
ediblər.
Qeyd edək ki, Sabir
Çopuroğlu dünyada neftlə tablolar çəkən
yeganə rəssamdır. Sərgidə Sabir
Çopuroğlunun baş konsulluğun təşəbbüsü
ilə çap edilən kataloqunun təqdimatı da olub.
SARA
525-ci qəzet.- 2009.- 3 oktyabr.- S.23.