Azərbaycan şərqşünaslığıjurnalı nəşrə başlayıb

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 51 illik fəaliyyəti dövründəƏrəb filologiyası”, “İran filologiyası”, “Türk filologiyası”, “Orta əsrlər Şərqi”, “Elmi araşdırmalar”, “Şərq filologiyası başqa topluları vasitəsilə bu sahədə görülən elmi işləri əhatə edən məqalələri ictimaiyyətə çatdırıb. Bu ilin sentyabr ayından isə Şərqşünaslıq İnstitutunda geniş oxucu kütləsi üçün nəzərdə tutulan jurnal nəşrə başlayıb. “Azərbaycan şərqşünaslığıadlı bu yeni elmi-kütləvi jurnalın ilk sayı artıq işıq üzü görüb. Nəfis tərtibatda nəşr olunmuş jurnalın səhifələrində müasir Azərbaycan şərqşünaslığında, ilk növbədə Şərqşünaslıq İnstitutunda araşdırılan ən aktual mövzularla bağlı məqalələrlə tanış olmaq mümkündür. JurnalınGörkəmli şərqşünaslarrubrikasında Şərqşünaslıq İnstitutuna adı verilən akademik Ziya Bünyadovun həyat yaradıcılığı barədə baş redaktor, İnstitutunun direktoru, professor Gövhər Baxşəliyevanın məqaləsi öz əksini tapıb. Sonra Z.BünyadovunNəsiminin məhkəməsi qətliadlı məqaləsi oxuculara təqdim edilib. Tarix, ədəbiyyat, dilçilik, din ictimai fikir bölmələrində Türkiyə-Özbəkistan əlaqələri tarixinə, ötən əsrin 60-70-ci illərində Səudiyyə Ərəbistanında siyasi vəziyyətə, Aşiq Paşanın kiçik həcmli məsnəvilərinə, Məsturə Natəvanın tale yaradıcılıqlarının müqayisəsinə, Şərqşünaslıq İnstitutunda fars dilinin tədqiqi ilə bağlı aparılan araşdırmalara, İslamın qlobal təbii ictimai proseslər haqqında konsepsiyasına, Misirdə qadın probleminə həsr olunmuş məqalələrlə tanış olmaq mümkündür.Unudulmuş səhifələr”, “Tərcümələr”, “Şərqşünasların bədii yaradıcılığı”, “Şərqi tanırubrikaları da oxucuların marağına səbəb olacaq yazılardır. Burada həmçinin son zamanlar şərqşünaslıqla bağlı nəşr olunmuş yeni kitab jurnallar barədə məlumat almaq, şərqşünas alimlərin iştirakı ilə keçirilən tədbirlər, görüşlər beynəlxalq konfranslar barədə yazıları oxumaq olar. Jurnaldakı yazılarla Şərqşünaslıq İnstitutunun rəsmi saytında da (www.orientalstudies.az) tanış olmaq mümkündür.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2009.- 3 oktyabr.- S.23.