Bir Əkbər var, Qoşalı

 

Günümüzdə baş verən hadisələr bəzən o qədər qarmaqarışıq, sürətli olur ki, lap önümüzdən keçən, bizim üçün əzizdən əziz olan nəsnələri çox zaman görmürük. Əslində bilsəydik ki, görmədiklərimiz nədir, bizim üçün dəyər kəsb edir, bəlkə dünyanın sonunun gəldiyini düşünərdik. Özümüzü qınar, lənətlərdik ki, necə oldu da mən bunu diqqətdən qaçırdım?…

 

Bir Əkbər var, Qoşalı. Bu, həmin Əkbər Qoşalıdır ki, bir zamanlar gənclər hərəkatında, özü dövlətimiz millətimiz üçün ən çətin anlarda öndə gedənlər sırasındaydı. Bir-birimizi o zamandan tanıyırdıq. İstər gənclik fəaliyyətlərinə, istərsə bir qələm sahibi kimi yazı-pozusuna bələd idim. Bilirdim ki, bu insan mənim millətimin günümüz üçün ən dəyərli gənclərindəndir. Özü sadəcə ən dəyərlilərindən deyil, həm öndə gedənlərindəndir. Mən ürəyimin yalnız özümə bəlli olan bir guşəsində ona layiq olduğu yeri verirdim bu gün verməkdəyəm. Bu Əkbər adlı ən böyük bəy günümüzdə Türk Dünyasının qızıl fonduna aid olan gənclərimizdəndir

 

Yeni fəaliyyətlərimlə bağlı son aylarda onunla da görüşməli oldum. Uzun zaman bir-birimizi görməsək ən əziz, ən doğma qardaşlar kimi bir araya gəldik. Öncədən on, on beş dəqiqə üçün nəzərdə tutduğumuz söhbət uzun-uzun uzandı, bitmək bilmədi, tükənməzliyə varıb getdi. Nələrdən danışmadıq? Doğu Türküstanda qırmızı Çin rejiminin uyğur türklərinə tutduğu divandan, imperialist siyasətindən hələ əl çəkmək istəməyən Rusiyanın tatarlara, başqurdlara başqa Türk xalqlarına göz dağı verməsindən, Güney Azərbaycanda fars-molla rejiminin otuz milyonluq soydaşımızın başına gətirdiklərindən, qaqauz, qaray, qazax, qaraçay türklərinin, Krımdakı qardaşlarımızın, yavru Vətən Quzey Kıbrısın, Kərkükün dərd-ələmindən danışdıqca danışdıq. Uzun illərin həsrəti ola, bir yolun iki yolçusu bir-birinə rast gələ, bu söhbətlər bitərmi? Bitməz, əlbəttə ki, bitməz!

 

Ayrılarkən Əkbər bəy mənə bir neçə kitabını da bağışladı. Bir kitabsevər, həm ki, Əkbər bəy kimi əqidə insanlarının kitablarını özəlliklə sevən birisi kimi onları qəbul etdim. Dedim, oxuyaram, ruhum təzələnər, bir az da gücümün üstünə güc gələr. Tək olmadığımı, yürüdüyüm yolda mənim kimi insanların çoxdan da çox olduğunu bir daha anlamış olaram.

 

Əkbər bəyin hədiyyə etdiyi kitablar içində adıyla diqqətimi çəkən birisi oldu: “Altun bitig”. Adına baxınca düşündüm ki, millətimizin keçmişi, törələri ilə bağlı bir araşdırma olsa gərək. Ancaq Əkbər bəy deyəndə ki, bu kitabda ortaq Türkcədə işlənməsi məsləhət bilinən sözləri toplamışam, açığı, bu görüş sevincim birə beş artdı! “Eşq olsun!”,dedim. “Bu işi ki, sən etmisən, sənə necə təşəkkür edəcəyimi heç təsəvvür belə edə bilmirəm.” Əkbər bəyin cavabı bu oldu ki, “biz bu işləri təşəkkür üçün etmirik”. Elədir, düz deyir, təşəkkür üçün deyil, millətinə, Öztürklüyünə bağlı olduğu üçün edir bu işləri Əkbər bəy

 

Altun bitigbir Türk kitabıdır. Kaşqarlı Mahmud bəyin bir zamanlar yazdığıDivanü-lüğatit-türkkitabı kimi Türk dünyası üçün yeni dəyərli bir kitab yazıb Əkbər bəy. Mən ondan gec xəbər tutmuşam. Kitab 2007-ci ildə basılıb. Özü yazıq ki, günümüz gerçəkləri çərçivəsində cəmi beş yüz nüsxə ilə

 

Kitabın ön sözünü həm böyük Xəlil Rza UlutürkünSözləri ələyən bir ələk gərəkmisrası ilə başlayan Əkbər bəy burada günümüzdə ana dilimizi zibilliyə çevirən, yeri gəldi gəlmədi insanlarımızın dilində işlənən, ruhumuza heç cür uyğun gəlməyən alınma, qondarma, yapma sözlərin öztürkcə qarşılıqlarını bir yerə toplayaraq dilimiziələyib”. İstər gündəlik məişətimizdə tez-tez işlənən sözlər olsun, istərsə yer insan adları, bütün bunlarınbirilərinin təəccübünə rəğmən – Ana Türkcəmizdə qarşılığı varmış. Özü elə sözlərin elə qarşılığı ki, həm səslənəndə insanın qulağına xoş gəlir, həm yazılanda göz oxşayır. Məsələn, “kanalizasiyasözünəkirarxı”, “kosmonavt”auzaquçar”, “qalstuk”aboğaztel”, “ofsayd”aoyundanqıraq”, “prosessor”aişləmçi”, “reaksiya”yaqaytarqadeyir Əkbər bəy. Hələ onun ruscadan alınma eybəcər sözlər kimi xalq arasında işlədilənskorost”, “skvoznyak”, “smestitel”, “stoyanka s. kimi sözlərin qarşılığını tapıb təklif etməsi nəyə desən dəyər: “təpərçi”, “yelçəkər”, “ayırıcı”, “duracaq”. Necə tanış doğma sözlərdir, deyilmi? Özü dərhal aydın olan sözlər. Türk insanının ruhunu oxşayan, doğma sözlər

 

Yuxarıdakı misalların sayını artırmaq da olar. Əkbər bəyin cəmi 120 səhifəlik bu balaca kitabında min illərin sınağından keçmiş, Türkün ana dilində olan minlərlə söz toplanıb. Bəzən biriləri yad sözlərə qarşılıq tapmaqda çətinlik çəkdiklərini, tapdıqları qarşılıqların da dilə yatmadığını deyirlər. Di gəl Əkbər bəyin kitabında həm özündən, həm başqa fikir adamlarından iqtibasla təklif olunan sözlər belə düşünənlərin, yumşaq desək, haqlı olmadıqlarını necə göz önünə sərir! Məgərskvoznyak”ayelçəkər”, “rubilnik”əayırıcıdemək doğrudan da dilə yatmır? Yoxsatolkuçka”yaçarşı”, “şlaqbaum”ayolbənd”, “turnik”ədəmirqoldemək çətindir? Əlbəttə ki, heç çətin deyil! Üsətlik, insanın dilinə, ruhuna da yatan, anlaşılandır bu sözlər. Bax, Əkbər bəy belə sözləri toplayıb öz kitabında. Hələ mən şəxs adlarını demirəm. Görün necə gözəl səslənir, göz oxşayır: Altunay, Aysu, Aysel, Aytel, İncə, Kəklik (qız adları), Alparslan, Alpay, Alpər, Ayxan, Baybura, Bayındır, Daşqın, Dursun, Elqan (kişi adları) s. Əkbər bəy deyir ki, ərəblərdən, farslardan, bəzən hətta ruslardan belə alınmış adlar yerinə bu cür özü Türk, ruhu Türk olan adları qullanmalıyıq. Doğru da deyir! Türkün adı Türkcə olmalıdır! Əkbər bəy Qoşalı bu kitabında özümüzə dönməmək üçün min cür bəhanə uyduranlara heç bəhanə yeri qoymur!…

 

Bir Əkbər var, Qoşalı. Deyirəm, yaxşı ki, var. Tanrı səni var eləsin, qardaş! Qələminə, əlinə, ruhuna sağlıq! Bu yazı da ruhumdan süzüldü gəldi, mən qələmə aldım.

 

Azər H.Həsrət

 

525-ci qəzet.- 2009.- 3 oktyabr.- S.19.