“Ataların bir yadigar sözü
var”
KİTABI İCTİMAİYYƏTƏ
TƏQDİM OLUNDU
Oktyabrın
4-də Muğam Teatrında
görkəmli el şairi
Fətəli Alıoğlunun
“Ataların bir yadigar sözü var” kitabının təqdimatı keçirilib.
Tədbirin aparıcısı, kitabın tərtibçisi,
şair Bağman Baba F.Alıoğlunun yaradıcılığından
söz açaraq el sənətkarının ruhən
azad, əqidəsinə,
məsləkinə həmişə
sadiq olmasından söz açıb.
B.Baba F.Alıoğlunun
həyat və yaradıcılıq yoluna
nəzər salıb:
“Fətəli Hüseynov
1921-ci ildə Azərbaycanın
dilbər güşələrindən
olan Tovuz rayonunda dünyaya gəlib. İkinci dünya müharibəsinin
iştirakçısı olub.1943-cü ildə ağır yaralanıb və ikinci qrup əlil
kimi vətənə qayıdıb”. B.Baba F.Alıoğlunun
“Səni düşünürəm”
adlı ilk kitabının
1998-ci ildə işıq
üzü gördüyünü
bildirib.
Filologiya elmləri
doktoru, professor Nəsir Əhmədli şair F.Alıoğlunun
həmişə saf duyğulu, təmiz, mərd və əqidəsinə
sadiq, dostluqda etibarlı olduğunu bildirərək onun əsl
şair ömrü yaşadığını qeyd
edib.Sözügedən kitabın nəşrinə maddi dəstək
verən, ön sözün müəllifi Namazalı Məmmədov
şairin atalar sözləri və el məsəllərindən
yerində istifadə etməklə duyğulu,
düşüncəli, bir-birindən istər mənaca, istərsə
də qafiyə baxımından fərqli şeir nümunələri
yaratdığını söyləyib: “Onun
yazdığı şeirlərin hər birində hikmət
dolu yeni-yeni fikirlər ifadə olunur. N.Məmmədovun
yazdığı ön sözdə F.Alıoğlunun Səməd
Vurğun, Aşıq Nəcəf və başqa görkəmli
şəxsiyyətlərlə bağlı xatirələrindən
bəhs olunub:
“O, Hüseyn
Bozalqanlı ilə görüşüb ünsiyyətdə
olub. Qaraxanlı aşıq Vəli ilə dostluq münasibətləri
qurub. Ön sözün müəllifi sözügedən
kitabı nəşr etdirməkdə əsas məqsədin
yenidən Fətəli yaradıcılığına üz
tutmaq, Fətəlisevərlərin ruhunu oxşamaq olduğunu
önə çəkib.
Şair Elxan Zal
Qaraxanlı çıxışında şeirləri dildə-ağızda
dolaşan, lakin kitabları çap olunmamış el sənətkarlarının
hələ sağ ikən dəyərləndirilməsinin, əsərlərinin
nəşrinin vacibliyindən danışıb. Elxan Məmmədli
kitabın işıq üzü görməsində əməyi
olan hər kəsin, həm maddi dəstək verən N.Məmmədovun,
həm də tərtibçi B.Babanın zəhmətini
yüksək dəyərləndirib: “ El sənətkarlarının
yaradıcılığına belə həssaslıqla ,
qayğıyla yanaşmaq mədəniyyətimizə, ədəbiyyatımıza
verilən töhfədir”. Tədbirin təşkil
olunmasında böyük əməyi olan, millət vəkili
Qənirə Paşayeva Tovuz elinin yetirməsi olan
F.Alıoğlunun şeirlərinin kitab halında işıq
üzü görməsindən məmnun olduğunu dilə gətirib:
“Tədbirin gedişatında haqlı olaraq qeyd etdilər ki, nəinki
dünyasını dəyişən, həm də hələ
həyatda olan el sənətkarlarının kitablarını
nəşr etdirmək lazımdır. Onlar sadəcə
yazıb-yaradan, gözü zirvələrdə olmayan,
iddiasız el şairləridir. Onların kitablarını
xalqa çatdırmaq millətə edilən böyük xidmətdir”.
Millət vəkili çıxışında N.Məmmədov
kimi xeyriyyəçilərin sayının çox
olmasını arzulayıb: “Belə nəcib iş
üçün vəsait sərf edənlərə təşəkkür
edirəm, çünki onların belə alicənab
addımları, gördükləri xeyirxah işlər millətimizin,
gələcəyimizin xeyrinədir”. Q.Paşayeva gələcəkdə
də bu nəşrlərin və təqdimatların
ardıcıl olacağına əminliyini ifadə edib.Mərasimin
sonunda Alı Fətəlioğlu çıxış edərək
atasının xatirəsini əziz tutanlara, təqdimat mərasimini
təşkil edənlərə minnətdarlığını
bildirib.
Təqdimat mərasimi Nəzakət
Teymurova, Gülyaz Məmmədova, Könül Xasıyeva,
aşıqlar Azər Xanlaroğlu, Dəmir Gədəbəyli,
gənc xanəndə Bəyimxanım və
başqalarının ifası ilə başa çatıb. Qeyd
edək ki, “Ataların bir yadigar sözü var” kitabında el
şairinin gəraylı, qoşma, ustadnamə və təcnisləri
toplanıb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 6 oktyabr.- S.7.