Sergey Yesenin Mərdəkanda
anıldı
Rusiyanın Azərbaycandakı
səfirliyi və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin
(RİMM) təşkilatçılığı
ilə Mərdəkan
qəsəbəsində görkəmli
rus şairi Sergey Yeseninin anadan olmasının 114 illiyi münasibətilə
tədbir keçirilib.
RİMM-dən verilən
məlumata görə,
tədbirdə Rusiya, Özbəkistan və Moldovanın ölkəmizdəki
səfirləri, ölkənin
bəzi nazirlikləri,
Əzizbəyov Rayon İcra Hakimiyyətinin və ictimai təşkilatların nümayəndələri
iştirak ediblər.
Rusiyanın ölkəmizdəki
səfiri Vladimir Doroxin çıxışında tədbirə
görə, dərin minnətdarlığını ifadə
edib: “Görkəmli şair Sergey Yesenin Bakının Mərdəkan
qəsəbəsində cəmi 70 gün qalıb. Bu qısa
müddətə baxmayaraq, Azərbaycan xalqı ona daim
hörmətlə yanaşıb və onun
yaşadığı evi muzey edib”. Səfir Yeseninin ev-muzeyinə
onun iki şeirinin surətini bağışlayıb. Qeyd edək
ki, bağışlanan şeirlərin surəti Rusiyanın Azərbaycandakı
səfirliyinin xahişi ilə Yesenin adına Moskva Dövlət
Muzeyində hazırlanıb.
Çıxış edənlər
dahi rus şairinin həyat və
yaradıcılığından söz açıblar və
Yeseninin Mərdəkanda ev-muzeyinin açılmasında
ümummilli lider Heydər Əliyevin xidmətlərini
xüsusilə vurğulayıblar.
Mərasimdə
“Günay” uşaq teatrının, 2 nömrəli internat məktəbinin
nəfəs alətləri orkestrinin və 145 nömrəli məktəbin
şagirdlərinin ifası nümayiş etdirilib.
Tədbirin sonunda Vladimir
Doroxin şagirdlər arasında rus dili və ədəbiyyatı
üzrə keçirilmiş olimpiadanın qaliblərinə
diplom və hədiyyələr təqdim edib.
SARA
525-ci qəzet.- 2009.- 7 oktyabr.- S.7.