Azərbaycanın dekorativ xalq sənəti inciləri sərgilənir

 

Bakı şəhər Mədəniyyət Turizm İdarəsinin (BMTİ) təşkilatçılığı ilə Buzovna qəsəbəsi Ruhulla Axundov adına mədəniyyət evində Azərbaycan Rəssamlar İttifaqının üzvü Zərifə SeyidəliyevanınAzərbaycan dekorativ xalq sənəti inciləriadlı 13-cü fərdi sərgisi təşkil edilib. BMTİ-nin məlumatına görə, oktyabrın 9-dək davam edəcək sərgidə Z.Seyidəliyevanın tikmələrindən (quramalar, portretlər, mənzərə miniatürlər) ibarət 133 əl işi nümayiş etdiriləcək.

Tətbiqi sənət ustası Z.Seyidəliyeva ömrünün 66 ilini qədim tikmə sənətinə həsr edib. İxtisasca riyaziyyat müəllimi olsa da, təqaüdə çıxdıqdan sonra xalq tədbiqi sənətini yaşatmağı qərara alıb. Qeyd edək ki, onun 500-ə yaxın tikmələrinin bir hissəsi ABŞ, Almaniya, İsrail, İtaliya, İngiltərə, Yaponiya, Polşa, Fransa, İran, Türkiyə və digər ölkələrdə, şəxsi kolleksiyalarda, bir hissəsi isə muzeylərdə saxlanılır.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 7 oktyabr.- S.7.