Şəkidəİlk addımfotoqrafiya sərgisi

 

Şəki Dövlət Rəsm Qalereyasındaİlk addımfotoqrafiya sərgisi açılıb. Sərgi Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Fotoqraflar Birliyi (AFB), ABŞ-ınSülh Korpusu Gənclərin İnkişaf Layihəsi Bakı şəhəriYarAdAnQalereyasının birgə təşkilatçılığı ilə gerçəkləşib. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, bu münasibətlə keçirilən mərasimi açan şəhər mədəniyyət turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov uşaqların dünyagörüşünün formalaşması, onların ətraf mühit cəmiyyətlə daha yaxından tanışlığı baxımından belə sərgilərin əhəmiyyətini xüsusi vurğulayıb. O, uşaqlara fotoqrafiya sənətinin sirlərinə daha dərindən yiyələnməyi məsləhət görüb. A. İbrahimxəlilov çıxışında sərgidə nümayiş etdirilən 47 əsərdən onunun Şəkidən olan balaca fotoqraflara məxsusluğunu qeyd edib.

 AFB-nin üzvü Rövşən Kərimov Mədəniyyət və Turizm Nazirliyi, eləcə də təşkilatçı qurumların dəstəyi ilə 2009-cu ilin yay aylarında Şəki, Mingəçevir, Göyçay, Zaqatala və Xaçmaz rayonlarından olan 13-21 yaşlı yeniyetmə və gənclər üçün bir həftəlik intensiv fotoqrafiya kursları təşkil edildiyini bildirib: “ Kurslarda təlim keçən könüllülər uşaqlara fotoqrafiya sənətinin sirlərini öyrətməklə yanaşı, onların yaradıcılıq və özünüifadə qabiliyyətlərini də inkişaf etdirməyə çalışıblar. Bu kurslar gənclər üçün fotokameradan istifadə etməyin ilk təcrübəsi idi. Onlar bir həftə ərzində fokus, rakurs və kompozisiya effektlərindən istifadə edərək cəmiyyət, ətraf aləm və özlərini fotoşəkillərdə təsvir edərək, ciddi fotokompozisiyalar yaradıblar”. Məlumat üçün bildirək ki, AFB-nin peşəkar fotoqraflarından ibarət münsiflər heyəti təqdim olunmuş 1000-dən artıq fotoşəkildən 47 ən maraqlısını seçib. Seçilmiş fotolardan ibarət ilk sərgi Bakı şəhərindəki “YarAdAn” qalereyasında keçirilib. Şəkidə keçirilən bu sərgi isə bölgələrdə təşkil olunan ilk sərgidir. Şəkidən sonra bu sərginin Zaqatala, Mingəçevir, Göyçay və Xaçmaz rayonlarında da keçirilməsi nəzərdə tutulur.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 7 oktyabr.- S.7.