Dünya elmində böyük hadisə
Mənim təbiət (termokimya) və dəqiq (kalorimetriya, termometriya) elm sahələrində ABŞ və
Avropada çap olunmuş, “elmdə yeni istiqamət” kimi qəbul edilən (üç icmalda) işlərim barədə AMEA rəhbərliyinin
məlumatı var.
Son 19 il ərzində, sərbəst
surətdə (pensiyaçı vəziyyətində)
Novosibirskdə, Moskvada, Heydelberqdə, Bakıda, Tehranda
apardığım tədqiqatların nəticələri də
kitablarım vasitəsi ilə ictimaiyyətə
çatdırılıb. Fəqət onlar istifadəsiz
qalmaqdadır, layiqli müzakirə belə aparılmır.Mən
həmişə tək işləmişəm. Yalnız
fiziki kimya sahəsində işləyəndə bir
laborantım olub, onu da bir ildə altı dəfə işə
qəbul ediblər - işdən çıxarıblar
(Akademiyanın fizika institutunda). Tək, əvəzsiz və rəğbətsiz
görülən işlərim həcminə, əhəmiyyətinə,
səviyyəsinə görə AMEAnın bütün tarixi
dövründə gördüyü işlərin
hamısından üstün olduğu halda (obyektiv beynəlxalq
rəy əsasında) AMEA on illər ərzində, bu işlərlə
maraqlanmır, onları qəbul etmir, həyata tətbiq etmək
istəmir.
Düşünün:
bütün yazılı tarix ərzində, bütün bəşəriyyətin
yaratdığı fəlsəfə elmi - elm deyil, faydasız
subyektiv fikirlər yığınıdır; dialektik
materializm - yalandır; indiyədək təbabətin
yararlı nəzəriyyəsi yoxdur; terapiya - səhvdir; tarix
- elm deyil, siyasi, subyektiv statistikadır; vahid, obyektiv
ümumdünya fənni - elmi ilahiyyət - yoxdur...
Bütün bunları mənim
qələmimlə Azərbaycan elmi nəinki sübut edib, həm
də onların hamısının əvəzinə yeni,
heç kimə məlum olmayan HUMANİSTİKA,
GERONTOETİKA, BƏYTERAPİYA elmlərini təqdim edir.
Tarixdə humanitar elmlər
sahəsində bundan böyük elmi işi heç bir şəxs
və akademiya görməyib. Ümumiyyətlə, bu sahədə
böyük kəşflər olmayıb.
Digər elmlər
üzrə.
Ədəbiyyatşünaslıq
mənim əsərlərimdə əsaslı surətdə
yeniləşdirilib, yeni eranın, yeni janr-üslubu
yaradılıb.Vahid, ümumbəşəri ELMİ
TEOLOGİYA fənninin də əsaslarını işləmişəm
- o da ilk dəfə: “ALLAH VAR” həqiqətini təcrübi
(və dərin nəzəri!) yolla, birmənalı sübut
etmişəm. Bunun nəticəsində, qəribə tərzdə,
tamamilə başqa bir problemin həlli kəşf edilib -
miokardın infarktı problemi.
Bu böyük problem,
Akademiyanın gələcək səyi - dövlətin
köməyi ilə həll oluna bilər!
Xərçəng xəstəliyinin
genezesinin kimyəvi nəzəriyyəsini irəli
sürürəm; elmi əsas budur: xərçəng xəstəlik
deyil, kimyəvi prosesdir (əvvəlində). Onun
qabağını necə almaq olar? Bu azman sualın real
cavabını verirəm. Milyonlarla xərçəngin
qabağı alına bilər! Maraqlanan yoxdur...
Ahıllıq xəstəliklərinin
müalicəsini kəşf etmişəm. Yazıb, 4 dəfə
çap etdirmişəm. Bu kitab (304 səh.) bütün
dünyanın ailə kitabı - ailə həkimi
olacaqdır! 25 xəstəlikdən hər biri 3-5 dəqiqədə
götürülür - dərmansız, həkimsiz, xərcsiz.
Bu xəstəliklər qocalara dəhşətli zillət
verir və onların axırına çıxır,
vaxtından əvvəl.
Mənə imkan vermirlər ki,
insanları o qəddar ağrılardan xilas edim: televizora
buraxmırlar, heç yerə çağırmırlar, hətta
qurultaylara da buraxmırlar. Dünyanın ən böyük
elmi heç kimə lazım deyil? Gülməli və
ağlamalı “ulduz”lar isə TV-dən çıxmırlar. Elmdən
danışılmır, danışılsa da diletantlar
danışır, cinayətkar Mir Cəfəri “dahi” adlandırırlar.
Hamı
üçün lazımlı və faydalı (!) olan, mənim
qeyri-adi, yeni era kitablarımın hətta təqdimatına belə
icazə vermirlər.Bəyterapiya görünməmiş kəşfdir!
O, insanın ömrünü, özü də fəal və
ağrısız ömrünü, 20 ilə qədər
uzadır!
Nə üçün
qəbul etmirlər, nə üçün Amerikaya, Fransaya,
Tibetə yaymırlar? Nə üçün?!Sübut isə...
buyurun: müəllif özünün (və dünyanın!) ən
böyük kitabı “Humanistika”nı (440 səh.) 88
yaşında yazıb. Indi, 89 yaşında dünyanın ən
böyük şəri marksizm üzərində işləyir,
“Anti-Marks” əsərini yazır.Bunu da deməyə məcburam:
kəşf. Kəşf insan oğlunun ən vacib və ən
fəxri işidir. Kəşfin şərhi - elmdir. Yəni kəşfsiz
elm yoxdur. Kəşf heç kimə məlum olmayan,
açılandan sonra isə bütün dünyaya lazım
olan və istifadə edilən qanun metod, üsul, effekt, prinsip,
maddədir. Kəşfi olmayan “akademik” alim deyil, olsa-olsa tədqiqatçıdır.
Azərbaycan MEA-nın 1 dənə kəşfi qeydə
alınmayıb, yoxdur.Mənim 20-ə qədər kəşfim
var, tək, həm müəllifsiz. Onların heç biri
heç kimi maraqlandırmır. Halbuki xalqın, milli dövlətin
prestijini təyin edən əsas, hətta yeganə amil - kəşfdir,
ELMdir. Özü də hansı elm!Mən bütün
“Humanitar elmlər sahəsi”ni lüzumsuz hesab edir, onun əvəzinə
özümün “İnsani həyat elmləri sahəsi”
adlandırdığım yeni elmlər kompleksini təqdim edirəm.
Bu, dünya elmidir, ən böyük və vacib elmlərdir. Mənim
İlahiyyət sahəsində işlərimin nəticəsi
belədir: “İntihara doğru gedən bəşəriyyəti
xilas edə biləcək yeganə qüvvə - İSLAMDIR”.
Teologiya sahəsindəki
elmi işlərim,“2009. islam mədəniyyətinin paytaxtı
Bakı” üçün məramnamə olmalı idi. Niyə
olmur?“Dünya problemlərinin həlli LAYİHƏSİ” - 7
cildlik, 3 000 səh. “Dünyanın taleyi” kitabı göz
önündədir, tam, çapdan çıxıb. Sonuncu
cild - “HUMANİSTİKA”nı da ən hörmətli şəxslər
- akademiklər (hamısı yox, savadlıları), millət vəkilləri,
aparıcı jurnalistlər alıb qurtardılar, 20 manatdan! -
Bütün tiraji! Bu da bir göstəricidir və bu da indi
yalnız mənim kitablarıma aiddir. Buna baxmayaraq dəvəquşular
var:
- Görmürəm!
İnanmıram!- Götür bax, oxu, inan.
- Götürmürəm,
baxmıram, oxumuram - görmürəm, eşitmirəm,
inanmıram!
Buna isə deyirlər
“demokratiya”, “hüquq bərabərliyi”.
Roma Papası, dünyanın ən məşhur
şəxsiyyəti, mərhum II İoan Pavel isə imkan
tapdı, götürdü, oxudu və “Dünyanın taleyi”
kitabına, “Ümumdünya insaniyyət dərsliyi” keyfiyyətində
xeyir-dua verdi!..Dünyanın elm mərkəzlərindən
biri, Rusiya Elmlər Akademiyası Sibir bölməsi. O da
baxdı, oxudu və tarixdə görünməmiş rəy
verdi:
“Dünyanın taleyi” -
tarixin dönüş kitabıdır.
O, dünya önündə yeni,
insani yol açır - Vahid Allahın yeganə Yer planetində
birləşmiş Bəşəriyyətin yolunu...” Bu
akademik rəyi xüsusi kitabçada nəşr etdirdilər:“Çeloveçnost.
Proekt miroporədka, [SO RAN, Novosibirsk, 2003, 64 str.].AMEA adından
da rəsmi rəy verilib (il yarım “əlaqə
saxla”dıqdan sonra): “kitab qlobaldır, cazibədardır, amma
ondan istifadə etməyə bizim səlahiyyətimiz yoxdur”
(?).Akademiyaya əsl elmlə məşğul olmaq səlahiyyəti
verilmir - Azərbaycan elminin taleyi belədir.Bəlkə
başa düşmürlər ki, dünya elminin - hətta
elmin bu ən vacib, böyük kəşflərinin
qabağını kəsmək olmaz!Mənim gücüm isə
xeyirdə, həqiqətdə, insaniyyətdədir - hamı
üçün!Bütün işlərimin son məqsədi
və nəticəsi budur: indiyə qədər iblis -
düşmənçilik və müharibələr yolu ilə
gedən bəşəriyyətin TARİXİNİN
dönüş elmini yaratmaq, onun dünya həyatına tətbiqinə
nail olmaq.
Həyat - mübarizə
olmamalıdır, həyat ilahi varlıq olmalıdır - mənim
VARLIQ QANUNUm əsasında.Qarabağlı Saleh Bəy,kimya e.d.
(MDU, 1972), professor (Sibir, 1979),89 yaşlı II qrup Müharibə
əlili.
Qarabağlı Saleh bəy
525-ci qəzet.- 2009.- 7 oktyabr.- S.6.