Şəkidə balaca rəssamlar
“Yaddan çıxmaz Qarabağ” rəsm aksiyasına qoşulublar
Oktyabrın birinci həftəsindən Azərbaycanda
“Yaddan çıxmaz Qarabağ” adlı mədəni-siyasi
aksiya - incəsənət həftəsi start
götürüb. Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə
artıq ikinci ildir keçirilən həftə çərçivəsində
oktyabrın 6-da Şəki
şəhər incəsənət
məktəbində “Qarabağ
uşaqların yaddaşında”
adlı asfalt üzərində rəsm
aksiyası gerçəkləşib. Tədbirdə şəhər mədəniyyət
və turizm şöbəsinin müdiri
Aydın İbrahimxəlilov
çıxış edərək
deyib ki, bu aksiya yeniyetmə
və gənclərdə
vətənpərvərlik ruhunun yüksəldilməsi,
həmçinin Qarabağ
mövzusuna həsr olunmuş sənət əsərlərinin daha geniş təbliği məqsədi daşıyır”.
Sonra aksiyaya qatılan 20-dən
artıq gənc rəssam asfalt üzərində öz
yaradıcılıq qabiliyyətlərini nümayiş
etdirib. Onların çəkdikləri rəsmlərin
mövzusunu əsasən vətənə məhəbbət,
Azərbaycan əsgərinin qəhrəmanlığı,
düşmənə nifrət hissi təşkil edib.
Tədbirin sonunda
münsiflər heyətinin rəyinə əsasən
aksiyanın qalibləri müəyyənləşdirilib.
SARA
525-ci qəzet.- 2009.- 8 oktyabr.- S.7.