İslam mətbəxibeynəlxalq kulinariya festivalı davam edir

 

Bakı Əl Oyunları İdman Sarayında Mədəniyyət Turizm Nazirliyinin dəstəyi iləBakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” layihəsi çərçivəsində keçirilənİslam mətbəxibeynəlxalq kulinariya festivalı davam edir. Xatırladaq ki, festivalın açılış mərasimi oktyabrın 6-da gerçəkləşib. Aşıqların ifası ilə start verilən festivalda ilk çıxışı mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva edib kulinariya yarışmasının Azərbaycanın mədəni irsinin ən qədim nümunələrindən olan aşıq musiqisi ilə başlamasının heç təsadüfi olmadığını bildirib: “Prezident İlham Əliyevin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yüksək diqqət qayğısı sayəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib”. Beynəlxalq kulinariya festivalının əhəmiyyətini vurğulayan S.Məmmədəliyeva belə bir tədbirin Bakıda keçirilməsinin Azərbaycan mətbəxinin dünya miqyasında tanınmasında mühüm rol oynayacağına əminliyini dilə gətirib. Dünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Qissur Qudmundsson, Dünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen Padilya, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov digər çıxış edənlər Bakıda keçirilən festivalın böyük əhəmiyyətini vurğulayıblar. T.Əmiraslanov deyib ki, ayrı-ayrı ölkələri təmsil edən aşpazlar 9 nominasiya üzrə öz bacarıqlarını göstərəcəklər. Onların işini beynəlxalq tərkibli münsiflər heyəti qiymətləndirəcək”.

Sonra əvvəlcədən quraşdırılmış mətbəxlərdə yarışa start verilib.

Xatırladaq ki, festivalda Azərbaycan, Belarus, Filippin, Gürcüstan, İran, İslandiya, Kanada, Nigeriya, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan digər ölkələrin aparıcı kulinarlarından ibarət komandalar iştirak edir.

Festivala oktyabrın 9-da yekun vurulacaq.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 8 oktyabr.- S.7.