Şair Tofiq Bayramın 75 illiyi qeyd edilib
Atatürk Mərkəzində “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası,(SAMA) Azərbaycan Kulturoloqlar Cəmiyyəti və Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə əməkdar incəsənət xadimi, şair Tofiq Bayramın 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi-seminar keçirilib.Müxtəlif təşkilatların və qurumların təmsil olunduğu tədbiri SAMA-nın prezidenti, professor Fuad Məmmədov, filologiya elmləri namizədi Samirə Mirbağırzadə, millət vəkili Qənirə Paşayeva, xalq yazıçısı Çingiz Abdullayev, Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı, şair Əhməd Qəşəmoğlu və başqaları Tofiq Bayramın əsl vətəndaş olduğunu, şeirləri ilə yanaşı insani keyfiyyətləri ilə də dərin rəğbət qazandığını önə çəkiblər.
SARA
525-ci qəzet.- 2009.- 13 oktyabr.- S.3.