Sən Allahın yazısı
İstər məqalələrində, istərsə
də şeirlərində
qəribə bir ruh var. Bax, bu ruhun cazibəsidir
ki, onun şeirlərini su kimi ciyərlərimə çəkirəm. Sanki mürgülü günlərimin
əlçatmaz, ünyetməz
xatirələri könlümün
pəjmürdə hisslərini
misra-misra odlayır: “Sevinci səsləmişəm
- göz yaşları
hay verib”. Bir vaxt oxuduğum
və bu günə qədər dilimdən düşməyən,
mənə yol-yoldaşlığı, dərd
sirdaşlığı edən
Bəxtəvər ipək qurdları
-Ölür evinin
içində
həsəd dolu
misraları Əbülfəti mənə doğmaların
doğmasına döndərib. Şair qardaşımın
şeirlərində ömrümüzü əridən, bizi
vətən həsrəti ilə öldürən
böyük dərdimizin misralarla çəkilmiş şəklini
görmüşdüm. Təzəcə çapdan
çıxmış “Yanan məktub” şeirlər
kitabını əlimə alanda elə bu duyğuları təzədən
yaşadım. Əslində kitabın içindən belə
xəbərim yox idi. Kitabın alov rəsminə bürünməsi
mənə talan edilmiş və yandırılmış yurd
yerlərimizi andırdı. Mənə elə gəldi ki, bu məktub
da elə ora göndərilib, amma ünvanına yetişməyib.
Beləcə yanaraq külə dönüb. Bu qaralmış
kösövlərin altında isə Əbülfətin
ürəyindən süzülən misralar salamat qalıb. Salamat
qalıb ki, bizə desin:Mən özümü qor etdiyim bu
odda,Kül olmağı gətirmədim ağlıma.Əbülfətin
poeziyası ətirli çiçəklərlə süslənmiş
bir gülüstana bənzəyir. Hansı yöndən
hansı ləçəyi çəksən mənalı və
düşündürücüdür: “Məni görmək
istəməyən adam var, tilsim elə, Allah, göyə
çəkilim”; “Gözlərimdən küsmüşəm,
səni göstərmir mənə”; “Haqdan kömək uma-uma
qəm ovcunda döndüm muma”.Əbülfət nə
yazırsa, ürəyinin içindən gələni
misralayır. Hər bir şeirinin sonunda müəyyən nəticə,
məna var. Buna görə də onu oxuyanda yorulmursan, bezmirsən,
əksinə, elə bil özün də bu poetik vuruşun
içindəsən. Əbülfətə hansı tərəfdən
bəlanın gəldiyini duyursan. Amma bir oxucu marağı ilə
izləyirsən ki, görəsən, şairin bu zərbəyə
müqaviməti - cavabı necə olacaq? Hər dəfə də
Əbülfətin mesajları oxucunu heyrətləndirir.Dərd
özü olub bədbaxt,Qışdan çıxartdı məni!Mənə
elə gəlir ki, Əbülfət böyük sevgi şeirlərində
də belə vətən həsrətindən yazır. Mən
onun bütün şeirlərində bu dərdin min bir əksini
görürəm: “Gözlərim saraldı - yol sevinmədi”.
Əslində bu kitabda
müəllifin vətən adlı bir şeiri də yoxdur. Heç
harada vətənin adı da çəkilmir, buna baxmayaraq, mən
bu kitabı vətənində yar sevmiş gəncin elə o
yurdda qoyub gəldiyi, amma ünü yetmədiyi qıza
ünvanladığı məktub kimi oxudum. Dağıdılmış,
viran edilmiş, erməni tapdağında inildəyən yerlərə
məktub çata bilərmi? Bax, budur ünvanına yetişməyən
“Yanan məktub”un məndə yaratdığı qəhərli
təəssürat.
Əbülfət Mədətoğlu
poeziyaya ürək atəşi ilə gəldi. Bu poetik atəşin
də hədəfləri o qədər dəqiq seçilib
ki... Ən böyük uğur da elə inamı
qazanmaqdır. İndən belə Əbülfət nə
yazsa, qəbuldur. Çünki o, poeziyanın gözlə
görünməyən, adı bilinməyən çətin
imtahanından əla qiymət almış söz əsgəridir.
Əsl söz əsgəri də həmişə öz məsuliyyətini
hamıdan yaxşı dərk edir. Özünün qəribə
bir deyimi var: “Mən Allahın yazısı...” Elə
Allahın yazısı olduğu üçün də
yazıları da Yaradanın bəxşişidir. Bir
şeirində bu etirafı oxuyuruq:
Bülbül kimi ötməyim
-Haqdan paydı, Əbülfət.
Nə gözəl! Susma
qardaş! Ana yurda dönüncə o qaralan ocaqları yenidən
alışdırana qədər susma! Sonra... Sonra özün bilərsən...
Dağdan ağır dərdlərin
şələsində əzilən insanların ovqatından
bu dərəcədə aydın xəbər vermək Əbülfət
şeirinin mayasıdır. Onun yazılarında silsilə
dağlar kimi sıralanmış sualların bir cavabı var. Amma
neyləməli ki, bulanıq sularda balıq tutanlar, göy
çəməndə iynə axtaran çaşbaşlar kimi
sanki hər şey dəyişik düşüb?! İndi həkim
xəstədən dava-dərman istəyir. Əlində səlahiyyəti
olan, iş görmək, söz demək imkanlarına maliklər
də dərdlilərdən çarə gözləyir. Vallah,
qəribədir. Bu dolaşıq kələflərin
açılması da sanki fələyin hökmünə
tuş gəlib. Yenə də Əbülfətin şeiri bir
təskinlik kimi qolumuzdan tutaraq bizi yurd yerlərinə çəkir.
Qorxu budur ki, dözüm tükənə. Bax, dəhşət
onda başlayacaq. Hələ də biz axtarırıq. O yerlərə
gedən yolun izini tapa bilənə qədər... Amma sən
Allah, bu dəfə səbrdən yazma!
Flora XƏLİLZADƏ
525-ci qəzet.- 2009.- 13 oktyabr.- S.7.