Azad söz və
teleboru
EFİR MƏKANINI DAR DÜŞÜNCƏ TƏRZİ
İLƏ MƏHDUDLAŞDIRMAQ OLMAZ
Bu məktubu hələ iki il bundan
əvvəl yazmışam.
Bu günlərdə
Prezident Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində
nəşr edilmiş
elmi-analitik məqaləsini
oxuduqdan sonra “Dostuma məktub”u dərc etdirmək
qərarına gəldim.
Akademik Ramiz Mehdiyev hər kəsin anlayacağı şəkildə hamımızı
narahat edən söz azadlığı problemi və ölkənin efir məkanındakı vəziyyətin
mahiyyətini təhlil
etmişdir. Düşünürəm
ki, əsil incəsənət və elm adamlarının böyük əksəriyyəti
və eləcə də sadə vətəndaşlar onun yanaşma tərzini bütünlüklə dəstəkləyəcək,
məqalədə öz
əksini tapmış
qiymət, proqnoz və perspektiv vəzifələri təqdir
edəcəklər. R.Mehdiyevin
məqaləsindən açıq-aydın görünür
ki, azadlıq yalnız qanun və cəmiyyətdə
qəbul edilmiş qaydalar çərçivəsində
mümkündür. Həmin
təyinedici meyarlardan
kənarda baş verənlər isə azadlıq yox, tamamilə başqa cür adlanır. Bütün səmavi və dünyəvi dinlərin müqəddəs
kitablarında və ötən əsrlərin
günümüzə qədər
gəlib çatmış
ibrətamiz yazılı
mənbələrində göstərilir
ki, cəmiyyətin həyatında, insanlararası
münasibətlərdə dəqiq icazə və məhdudiyyətlər
böyük rol oynamışdır. İkincilərin
(məhdudiyyətlərin) miqdarı
hər zaman daha çox olmuşdur. Belə də olmalıdır. Birgə yaşayış
maraqları məhz bu cür yanaşma
tələb edir.Söz
azadlığı şirin
meyvə, koka-kola və ya quzu
qabırğalarından hazırlanmış
tikəkabab deyil. O, daha mürəkkəbdir, demək olar ki, yalnız özünəməxsus reaksiyaları,
hər kəsin eşidib, hiss edə bilməsi üçün müxtəlif
tezlikli dalğaları
olan canlı orqanizmdir. O, yəni həmin azadlıq ilk növbədə daxili özünənəzarət
tələb edir ki, bu da
çox güman ki, danışıb-oxumağı və yazmağı bilən hər kəsə müyəssər olmur. Normal halda insan
dinləyici və ya oxucu olmalıdır.
Lakin görünür,
bu heç də hər zaman baş tutmur. Təəssüf ki, fakt faktlığında
qalır və qəribə də olsa, bu, çox
təbii sayılır.
Zənnimcə, buna daha çox həmin insanların nadanlığı mane olur. Nadanlıq öz-özlüyündə
böyük bir qüsur sayılmır, o, bütün zamanlarda olub. Lakin fəallaşan nadanlıq digərləri
üçün ciddi
təhlükəyə çevrilə
bilər.
O, virus, yoluxucu xəstəlik
kimi sürətlə yayılmaq xüsusiyyətinə
malikdir. Güman edirəm ki, akademik Ramiz Mehdiyev bizim
hamımızı - düşünən və yazanları həmrəylik
göstərib, əxlaq və mənəviyyat sahəsindəki
mənfi hallarla mübarizədə iştirak etməyə,
birgə səylərlə milli-mənəvi dəyərlərimizi
son 20 il ərzində yaranmış toz-çirkab
qatlarından təmizləməyə
çağırır.Dostuma məktub!Məktublarına əsasən
güman edə bilərəm ki, sən mənim bəzi
anlayışları düzgün istifadə edib-etmədiyimdən
tam əmin deyilsən. Mübahisə etməyəcəyəm.
Mən sənin fikrini qiymətləndirirəm. Lakin
düşünürəm ki, biz son illərdə müxtəlif
anlayışların əsarəti altında
yaşayırıq. Onlar həmvətənlərimizin gündəlik
davranışlarını idarə edirlər. Vaxtilə
materializm, ateizm, liberalizm və s. həyatımızı
yönləndirən istiqamətlər və əməllərimizin
səbəbləri idi. İndi isə bütün
keçmişimizi tənqid edərək bildirirlər ki, guya
biz yanlış təsəvvürlərlə
yaşamışıq. Deyirlər ki, K. Marks mənəvi aləmin
rolunu inkar edirdi və hər şeyi materiya ilə əlaqələndirirdi.
Bu, olduqca yanlış fikirdir. Materiyaya münasibətin bu
cür səhv anlaşılması səbəbindən
insanları, hətta, iki kateqoriyaya - materialistlərə və
idealistlərə ayırıblar. Yeri gəlmişkən,
materiya haqqında. Çoxları sənin materialist
olduğunu deyir, çünki demək olar ki, hər kəs
hesab edirdi və indi də hesab edir ki, K. Marksın
ardıcılları “Müqəddəs ruhu” unudaraq, hər
şeyi materiya ilə bağlayırlar. Aman Allah, onlar necə
də sadəlövhdürlər. Məgər K. Marks maddini mənəvidən
yüksək tuturdu? Sosializmdə birinci yerdə nə idi -
materiya, yoxsa mənəviyyat? Deyəcəksən ki, mənəviyyat!
Səninlə tamamilə razıyam. O, həmişə birinci
yerdə durub. Kapitalistlərdə, sənin hal-hazırda
yaşadığın yerdə isə əksinədir: əsas
yeri pul tutur, yəni onlar üçün maddi tərəf hər
şeyin əsasıdır. Bəzən adama elə gəlir
ki, orada, ümumiyyətlə, mənəviyyat
anlayışı yoxdur. Kapital, yəni materiya hamının
gözlərini və qulaqlarını bağlayıb, onlar sərvət,
var-dövlət qarşısında nəinki diz çökməyə,
həmçinin iməkləməyə də
hazırdırlar. Maddi mənfəət əldə etdikdən
sonra insanlar hər şeyi, hətta Allahı da unudaraq,
başlarını və onunla birlikdə bütün mənəviyyatlarını
itirirlər. Səninlə razıyam ki, əhalinin əsas hissəsi
həftədə bir dəfə kilsəyə gedərək Allahı
yad edir. Sən də bilirsən ki, mənəviyyat hər
zaman həyatımızda başlıca yer tutub. Mən demirəm
ki, biz tamamilə maddiyyatı inkar edirik. Xeyr, bu tərəf də
lazımdır, maddiyyat olmadan yaşamaq mümkün deyil. Lakin
o, hər bir insana yaşamaq və mənəviyyatını təmin
edib saxlamaq üçün lazımdır. Amma sən
heç də narahat olma, zənnimcə, səndə hər
ikisi var: həm maddi, həm də mənəvi. Etibarlı,
möhkəm balans mövcuddur. Bu gün bizim cəmiyyətdə
məhz bu tarazlıq çatışmır. İpin ucu
itirilib. Onu qaranlıqda tapmaq çətin məsələdir.Elə
fikirləşmə ki, sənin sualına cavab verməkdən
yayınmaq üçün bu qədər çox
danışıram. Xeyr, indiki zamanda bu cür incə məsələni
heç cür cavabsız qoya bilmərəm. KİV və
xüsusilə də televiziya barəsində? Oh, bu barədə
heç danışmaq istəməzdim. Əgər
soruşmasaydın, mən məmnuniyyətlə bu sualdan yan
keçərdim. Bu gün bu, cəmiyyətimizin orqanizmində
nəinki ən mühüm, həmçinin ən
ağrılı yerdir. Marks tərəfindən lənətlənmiş
kapital televiziyanın həyatında da aparıcı yer tutur. Əlbəttə,
televiziyamız ən müasir texnologiyalarla təmin edilib. Yeni
texniki təchizatlı studiyalar yaradılıb. Çoxlu sayda
yaxşı telejurnalist, rejissor və operatorlar var. Televiziya
insanlara tarix və coğrafiyanı öyrətməyə
başlayıb. Yeni həyat enerjisi almış muğam
qulaqları oxşayır. Bir sözlə,
yaxşılığa doğru dəyişikliklər baş
verib. İnkişaf və uğurların əsası olan rəqabət
də (tam sağlam olmasa da) mövcuddur. Gənc və
istedadlı televiziya aparıcıları da var. Televiziya vasitəsilə
elmi biliklər əldə etmək, qiyabi şəkildə
başqa ölkə və xalqların tarixi və mədəniyyəti
ilə tanış olmaq mümkündür. Filmlərin, adətən
Azərbaycan dilinə tərcümə edilib səsləndirildiyi
yaxşı dublyaj studiyaları yaradılıb (tərcümənin
keyfiyyəti barədə isə gələn dəfə
danışarıq). “Lider TV” və İctimai televiziya mənə
daha yaxşı təsir bağışlayır. AzTV
kanalında əsasən xəbərlərə və
muğamla, çoxşaxəli mədəniyyətimizin tarixi
ilə bağlı verilişlərə baxıram. Təbii
ki, tərifəlayiq süjet və verilişlər də
vardır. Mövcud nailiyyətlərə baxmayaraq, televiziyada
hər şeydən vacib olan insan amilidir ki, o da kəskin surətdə
çatışmır. Şoumen və siyasətçilər
inkişaf etməkdə olan cəmiyyətimiz
üçün lazım olduğundan da çoxdur. Verilişlərin
əksəriyyətinin səviyyəsi həqiqi reytinq cədvəlinə
görə, sıfır dərəcədədir. Doğrusu,
elə təəssürat yaranır ki, onlar, yəni müxtəlif
növ teleşouların bəzi təşkilatçıları
və iştirakçıları, məcazi mənada desək,
hər şeydən, o cümlədən misdən düzəldilmiş
“televiziya borusundan” keçiblər. Belə bir şayiə
yayılıb ki, guya, hər şey məhz bundan sonra
başlayıb. Bu uzun və qaranlıq boruda nə baş
verdiyini heç kim açıq-aydın başa sala bilmir. Onun
içinə daxil olanda hər şey normal görünür,
çıxanda isə çox ciddi dəyişikliklər
baş verir. Xeyr, mən xarici görünüşü nəzərdə
tutmuram, hərçənd o da vacibdir. İnanmayacaqsan, lakin həmin
qısa vaxt ərzində qaranlıq və çirkli boruda
qalanların xasiyyəti, düşüncə tərzi və
Allah xatirinə məni bağışla, hətta cinsi
oriyentasiyası da dəyişib ki, bu da vətəndaşlarımızın
bir qisminə də təsir göstərir. Gözümüz
qarşısında olanlar yalnız birinci qatı təşkil
edir. Ondan başqa nə qədər görünməz
qatların olduğunu yalnız Allah bilir, ancaq
görünür, bu Onun da xoşuna gəlməz. Bu məsələdə
biz doğrudan da qonşu ölkələr arasında birinci
yeri tuturuq. Yaxşı olardı ki, bizim bu “borusevərlərimiz”
Konservatoriyada hansısa kurslar keçsinlər.
O, istənilən, hətta
qızıl borudan da yüz dəfə yaxşıdır. Sən
demə, “boru” sınağından sonra insanın hətta bədən
strukturu da dəyişir. Bu, ikinci dəfə dünyaya gəlməyə
bənzəyir. Əminəm ki, heç bir ana bu cür əxlaqi
cəhətdən eybəcər övlad dünyaya gətirmək
iqtidarında deyildir. Nə olursa-olsun, ümumi fikrə əsasən, hər şeyin günahkarı borudur. Hal-hazırda
Rusiya, Ukrayna və bütün Avropa İttifaqı ölkələri də böyük səylə bu praktika ilə
məşğul olurlar.
Bizdə olduğu kimi, onlar boruya
daxil olanda da, ondan çıxanda
da eyni mənzərəni
görmək istəyirlər.
Lakin bu, yalnız istəkdir. Son nəticədə nə alınacağını
hələ heç kim bilmir. Bu
gün televiziya vasitəsilə bizə nümunəvi ailə münasibətləri, musiqi
nəzəriyyəsi, cəmiyyət
üzvlərinin davranışı,
ümumiyyətlə, ali
materiyalar haqqında kimlərin mühazirə oxuduğunu təsəvvür
belə edə bilməzsən. Görünür,
bu cür “mühazirəçilər” və
“aparıcılar” başa
düşmürlər ki,
insanların inamını
qazanmaq üçün
sözlərlə əməllər
üst-üstə düşməlidir. Həqiqətdə
isə tam ziddiyyət mövcuddur. Bir dəqiqəlik də olsa, ailəyə
sadiq olmaq, arvadına və ya ərinə xəyanət etməmək,
bir-birini aldatmamaq haqqında danışan, ismətli görünüş
alan bir qadını və ya hətta, bir kişini (o da artıq
eyni cinsdən olanlar üçün bərabər cinsi tərəfdaşdır) təsəvvür
et. Belə insanlar ekrandan kənarda, hamının gözü qarşısında
isə dediklərinin tam əksini edirlər. Mən oxumağı bacaranları
misal gətirərdim.
Onlar yalnız oxusaydılar, daha yaxşı olardı. Onların səsi pis deyil və
hər birinin öz pərəstişkarları
var. Səsin olması hələ demək deyildir ki, sən başqalarına
əxlaq dərsi vermək hüququna da maliksən.Bir mühüm faktı da qeyd
etməliyəm. Hazırda
övladlarımız türkcə
çox yaxşı başa düşür və danışırlar.
Azərbaycan dilində
filmlər kifayət qədər olmadığından,
bu boşluğu türk filmlərinin nümayişi tamamlayır.
(Məktub təxminən
iki il bundan
əvvəl yazılıb
- R. Ə.). Onların əksəriyyəti
gözəl təqdim
olunmuş “seksual xaosun” hökm sürdüyü Meksika filmlərinə bənzəyir.
Sona qədər baxırsan, lakin kimin kimlə və nə ilə məşğul olduğunu müəyyən
edə bilmirsən. Türk filmlərində ağrı və iztirablar, göz yaşları və nisgillik daha çoxdur. Xoşbəxt sonluqlar nadir hallarda olur. Sən yaxşı bilirsən ki, bizim xalqımız təbiətən tez təsirlənəndir. Xüsusilə
də qadınlar. Əllərində dəsmal
televizorun qarşısında
əyləşirlər. Bəziləri
hətta iki dəfə dəsmalını
dəyişir. Çünki
bir dəsmal onların göz yaşlarını qurutmağa
kifayət etmir. Bu, məsələnin bir tərəfidir. Qardaş və bacılarımızı döyür,
onlara işgəncə
verir, asırlar. Filmləri nəzərdə
tuturam. Ekranda əzab və qəzəb, bədbəxtlik
və var-dövlət, xəyanət
və satqınlıq,
bir sözlə, ağlasığmaz mənəvi
xaos mövcuddur. Bizim sadəlövh tamaşaçımız bütün
bunları ürəyinə
salır. O, bu iki saatlıq stresdən çıxmağa
macal tapmamış, başqa, daha qəmgin bir film başlayır. Elə təəssürat
yaranır ki, kimsə bizim arvad-uşaqlarımızı
əsəbi vəziyyətdə
saxlamaq istəyir ki, axşam ərlərini və ya atalarını sağ görəndə, onlara da kinodakı
kimi, bir bədbəxtlik üz vermədiyinə görə
Allaha şükür
etsinlər.Bax belə, dostum, sən artıq mənim fikrimi bilirsən. Ürəyimi sənə boşaltdım.
Məni bağışla.
Yəqin ki, kefin pozuldu. Ancaq inan ki,
bütün bunları
yazandan sonra xeyli yüngülləşdim.
Biz artıq iki nəfərik. Qoy bütün dost və tanışlar
bilsin ki, bizim cəmiyyətin ən mühüm problemləri barədə
fikirlərimiz, demək
olar ki, eynidir və öz aramızda da olsa, onlar
haqqında danışır,
hazırkı və gələcək nəsillərin
əxlaqi və mənəvi durumu üçün narahatıq.
Deyirlər ki, zaman və tarix hər şeyi yerbəyer edir. Şəxsən mən buna inanmıram. Nə zaman, nə tarix və hətta Tanrı da heç kimi mühakimə etməyə hazırlaşmır. Hər şeyi insan özü - sən, mən və başqaları etməlidir. Normal ab-havanı yalnız və yalnız belə yaratmaq mümkündür. Xəyaldan uzaqlaşıb, beyinləri süstlük vəziyyətindən çıxarmaq lazımdır.Televiziya barədə düşüncələrimə dair sənin fikrini gözləyirəm.
Rafiq ƏLİYEV professor,
fəlsəfə elmləri doktoru
525-ci qəzet.-
2009.- 14 oktyabr.- S.4.