Tanış mövzuda variasiyalarişıq üzü görüb

 

Sənətşünaslıq namizədi Əlisəfdər HüseynovunTanış mövzuda variasiyalarkitabı son zamanlar kino sahəsinə həsr edilən maraqlı nəşrlərdən biri kimi diqqəti çəkir. Kitaba önsöz yazan tanınmış şair sənətşünas Ramiz HeydərSənətə məhəbbətləadlı məqaləsində müəllifin yazı üslubu barədə fikirlərini açıqlayıb. R.Heydər Ə.Hüseynovun yersiz nəzəriyyəçiliyə uymamaq, fikri əsas predmetə yönəltmək yalnız bundan sonra nəzəri ölçüləri, estetik meyarları işə salmaq bacarığını xüsusi vurğulayıb: “Kitabın hər səhifəsində Azərbaycan kinosunun uğurlarını elmi-nəzəri fikrin yaddaşına həkk etməyə, milli kino sənətimizin dünya kinosu ilə ayaqlaşması üçün öz töhfəsinin verməyə çalışan qələm sahibinin təəssübkeşliyi narahatlığı hiss olunur”. Ön sözün müəllifi kitabda toplanan məqalə resenziyaların mövzu-problematika dairəsinin çox geniş olduğunu qeyd edib: “Yazıların janr xüsusiyyətləri, mövzu dairəsi onların müxtəlif başlıqlar altında qruplaşdırmağa imkan verdiyi halda müəllif bilərəkdən buna getməmiş məncə, düz etmişdir. Çünki qoyulan problemlərin, araşdırılan məsələlərin xarakteri janrından həcmindən asılı olmayaraq, bu yazılara bir küll halında monoqrafik sanbal verir nəticədə kitab kinonun nəzəriyyəsi estetikasının elə bu günün özündə diskussiyalara yol açan aktual problemləri barədə birnəfəsə yazılmış tədqiqat təsiri bağışlayır”.

Nəşrin elmi redaktoru professor Aydın Dadaşovdur. Kitabda müəllifin “Kino haqqında iki paradoks”, “Tanış mövzuda variasiyalar”, “Kino mövzusunda 5 etüd”, “Ekranın görünməyən tərəfi”, “Söz, səs, təsvir”, “Mətnin gizlinləri”, “Misra kadr”, “Kinoda poeziyada mətnini semantik quruluşu”, “Metamorfozlar”, “Qaranlıq vurğunu”, “Özünə gülən adam başqa məqalələri toplanıb. Məqalələrdə Ə.Hüseynovun kinonun digər sahələri, xüsusilə poeziya ilə əlaqələrinin müxtəlif aspektləri, ekran dilinin poetikası, semantik sintaktik özəllikləri ilə bağlı qələmə aldığı tənqidi məqamlar dolğun əks etdirilib.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 15 oktyabr.- S.7.