Azərbaycan - dünyada və Avropada nüfuzu artan Amazon yurdu
Bu mövzuda olan əvvəlki
yazılarımda vurğuladığım kimi, amazonlar 10 min
il boyunca bütün Qafqazda, Xəzər, Qara dəniz sahillərində
və Kiçik Asiyada yaşayaraq, öz cəngavər
savaşları ilə tarix yaradıblar. Tarixi məxəzlər
sübut etməyə imkan verir ki, Azərbaycanın ulu
torpaqlarından, tarixi Qobustan, Xəzər dənizinin sahillərindən
baş alıb gələn bu cəngavər xalq Qara dəniz
sahillərinə yayılıb, bütün Kiçik
Asiyanı öz tabeliyi altına alıb, onların yanına gələrək,
bu cəngavər qadınlardan nəsillərini artırmaq istəyən
sak-skit tayfalarına “yox” deməyibillər, əsrlər boyu
onların nəslini artırıb, sak-skitlərə
analıq, ANA XAQANlıq ediblər. Amansız və
acımasız amazonlar tarixin heç bir səhifəsində
xəyanəti, haqsızlığı və ədalətsizliyi
bağışlamayıblar, onlara qarşı
yanlışlıq yapanları hər zaman layiqincə cəzalandırıblar.
Yəqin, artıq
çoxlarına məlumdur ki, 13 illik ciddi və qərəzsiz
tədqiqatlarımdan sonra Azərbaycanın Amazonlar ölkəsi
olduğunu, Qobustanın “Ana Zağa” və “7 gözəl”
mağaralarının amazonların dünyada ilk
mağaraları olduğunu, həmçinin öküzü
dünyada ilk öncə Qobustan amazonlarının əhliləşdirdiyini,
ilk at minən qadınların amazonlar olduğunu Roma-yunan antik
mənbələrinin, Çin kitabələrinin və müasir
dövr arxeoloji qazıntılarının nəticələri
əsasında dünyaya sübut etməkdəyəm. Və hətta
bütün türk dünyasının ən böyük
bayramı sayılan Novruz bayramının da amazonların bizə
ən böyük mirası olaraq qaldığını da
isbatlamaqdayam. Antik tarixçilərdən bir neçə
qısa misal gətirməklə tariximizə,
kökümüzə bir ayna tutmaq istərdim:Plutarx: “Qafqaz -
Amazonların vətənidir”.Strabon: “Amazonlar Qafqaz
dağlarının Keravn adlanan şimal ətəklərində
qarqarlarla qonşuluqda yaşayırlar”.Pausanias: “Amazonlar
Qafqazda yaşayırdılar.
Onlar Hurkani gölü
(bugünkü Xəzər) sahillərindən baş alıb
gəlirdilər”.Lusias: “Amazonlar dəmirlə silahlanan və
ilk at minənlər olub” Pausanias: “Pompeyin Alazan sahillərində
albanlarla döyüşündə alban qadınları
kişilərlə bərabər savaşırdılar. Bunlar
amazonlar idi. Onlar Albaniyanı Roma İmperiyasına təslim eləmək
istəmirdilər.
Sonralar Temiscira şəhəri,
Termodon çayı sahilləri, şimali Anadolu, Qara dəniz
sahillərinə yayılıblar”. Gilbat Argaund: “Amazonlar
mifologiya deyil, tam ayrıca bir tarixdir”. Sueton: “Amazonlar
kiçik Asiyanı öz əsarətləri altına
almışlar”. Diodorus Sisulus: “İskəndər Kurkaniyaya gələndə
Tallestris adlı cəngavər qadın onu
qarşılayır. İskəndər ona valeh olur və onun
yanında 13 gün qalır, hədiyyələr verir”. Almaniyada
yaşamış və amazonları tədqiq etmiş türk
araşdırmaçısı və tarixçisi Osman Kurt
amazonların Xəzər sahillərindən gəlib
Kiçik Asiyada skitlərlə
qarşılaşdıqları zaman skitlər onları Alizan,
daha sonra “anazan” deyə çağırdıqlarını
yazır. Deməli, amazonlar özlərini təqdim etdikləri
zaman Alazan adlandırmışlar.Bu da onların həm
qafqazlı olduqlarını, Qafqazdan gəlmə
olduqlarını sonrakı tarixlərdən silə bilməyib,
həm də adlarının sonralar təhrifinə səbəb
olub. Belə ki amazon adı da elə Alazan adından
yaranmış, sonralar yunanlar bu adı amazon etmişlər. Amazonlara
sonralar dünyanın bir çox yerlərində, xüsusən
yunanlar sahib çıxmağa çalışsalar da,
onların izi yalnız Azərbaycan ərazisində dünyaya
sübut edilə biləcək qədər qorunub
saxlanılmışdır. Vətənimizin müxtəlif
bölgələrindən tapılmış qadın
fiqurlarına diqqət edək:
1. Qəbələnin
Çaqqallı kəndində tapılmış gil qadın
fiqurları.
2. Qarqarlar təpəsində
(Eneolit)
3. Çalağantəpədə
(eneolit)
4. İsmayıllıda
5. Füzulidə.
6. Qobustanda
7. Mingəçevirdə
8. Tovuzda
Araşdırmalar
göstərir ki, dünyanın heç bir yerində Qafqaz
Albaniyasında, xüsusilə Azərbaycanda olduğu qədər
Qız qalaları yoxdur. Misal üçün:
1. Xatun Qala – Zaqatala
2. Xaçın
çay
3. Qızlar Qalası (Qəbələ)
4. Çayqaraqoyunlu
Qız qalası (Şəki)
5.Qızdüzən-şamaxı
6.Xatunlu Seyam – Tovuz
7.Qız Qalası (Gavur
) - Oğuz və Xaçmaz
8. Gəlinqaya (Kəlbəcər)
9. Qız Qalası –
Bakı
10. Qız qalası
(Girdman) Qazax və s.
Amazonlar yalnız vəhşi,
savaşkar, at minib ox atan döyüşçü
qadınlar deyil, eyni zamanda şəhər qurucuları kimi də
tarix səhifələrində özlərinə yer
alıblar. Onların Kume, Murne, Paphos, Themiskzyra, (Temiskira) şəhərlərini
saldıqları yazılmışdır. Hətta İzmir
(Smurna) şəhərini də Murina adında bir amazon
qadının qurduğu bildirilir. Həmçinin Ephesosda
(Efes) olan Artemis məbədi Amazonlar tərəfindən
qurulub. Lakin amazonların saldığı ilk “şəhər”
- Qayalar yurdu - əzəmətli Qobustan olub!
Yunanıstanda olan Tamnos,
Lemnos və Lesbos adaları zaman-zaman “Qadın adaları”
adlanıb. Amazonlar Qafqazdan Qara dəniz sahillərinə, oradan
isə Ege sahillərinə yayılıblar. Qeyd edim ki, Mənim
amazonlar haqqında keçirdiyim mətbuat konfransı
Gürcüstan, Rusiya və Ermənistan mətbuatında da
yer aldı və tezislərimin qarşısına heç
kimsə tutarlı fikir çıxara bilmədi. Hətta ermənilər
belə Moisey Kalankatuklunun “Alban tarixi“ kitabından mənim
ortaya çıxardığım bir ifadəyə önəm
verərək, təkrar edirlər:
“Bu ölkənin qədim adları budur: Atropatena, Albaniya, Amazoniya...“ Burada sıxıntılı heç nə yoxdur. Təsadüfi deyil ki, Böyük İsgəndər Cənubi Azərbaycana gəldiyi zaman Atropatla görüşündə ona demişdi: “Bəs deyirlər, sənin ölkən amazonlar ölkəsidir, hanı sənin amazonların?” Atropat ona: “Darıxma, gələrlər” - deyərək, Albaniyadan at belində 100 amazon qadının gəlməsini xahiş etmişdi. İsgəndər amazonları görüb o qədər vəcdə gəlmişdi ki, qoşununda döyüşmək üçün onlardan bir neçəsini özü ilə götürmüşdü. Amazonların şöhrəti qədim yunan və romalılar arasında o qədər güclü idi ki, Roma imperiyasında döyüşçüyə ən yaxşı kompliment olaraq: “O əsl amazon kimi döyüşdü” - demək dəb idi. Roma imperatoru Commodus eramızın 170-ci ildə xalq qarşısında Kolesseumda belə bir şüarla salamlanmışdı: “Sən dünyanın hökmdarısan. Sənin şöhrətin amazonların şöhrətinə bərabərdir!”Bu gün Azərbaycanın güclənməsi, nüfuzunun artması həm də bu ölkənin qədim və şöhrətli tarixə malik olduğunun göstəricisidir. Mən 15 ildən bəri apardığım müşahidələrə əsasən deyə bilərəm ki, indi dünyada, Avropada Azərbaycana maraq, ehtiram, bu ölkəylə yaxınlaşma, işbirliyi qurma arzusu çox güclüdür. Bir neçə il bundan qabaq mən siyasətçilərimizin “dünyada Azərbaycanla hesablaşırlar“ ifadəsini qəbul etmirdim. Hazırda institutumuz tərəfindən Amazonlar, Qobustan və Novruz haqqında beynəlxalq film və tədqiqat proyektlərilə bağlı bir çox yüksək səviyyəli görüşlər, danışıqlar gedir. Bütün beynəlxalq təşkilatlar, nüfuzlu siyasətçilər, tarix, mədəniyyət qurumlarının təmsilçiləri bu fikirdədir ki, bu proyektlərlə Azərbaycanın özünəməxsusluğu, milli, mənəvi kimliyi bir daha dünyaya çıxarıla bilər və bunlar tam zamanında işlənən layihələrdir. Ümidvaram ki, avropalıların bəyənib dəyər verdikləri bu proyektlər Azərbaycandan da lazımi maraq və dəstək görəcək.
Nuridə ATƏŞİ
525-ci qəzet.- 2009.- 17 oktyabr.- S.25.