Qəşəm Nəcəfzadə yeni kitabını oxucular üçün imzalayıb
Dünən Azərbaycan Yazıçılar
Birliyinin “Bayatı” kitab mağazasında şair Qəşəm Nəcəfzadənin yeni şeirlər kitabının
imza günü keçirildi. Tədbiri
ənənəvi olaraq
AYB-nin katibi Rəşad Məcid açaraq, imza günlərinin əhəmiyyətindən
və Q.Nəcəfzadənin
yaradıcılığından danışaraq, sözü
tanınmış şair
Ənvər Əhmədə
verdi. Ənvər Əhməd
Q.Nəcəfzadənin şəxsiyyət
və yaradıcılığı
barədə fikirlərini
bölüşdü. Daha sonra şairə Mahirə Abdulla çıxış
edərək, Q.Nəcəfzadənin
şeirlərinin orijinallığından
söz açdı, bu barədə nümunələr gətirdi.
Tənqidçilər Vaqif Yusifli və Balayar Sadiq də Q.Nəcəfzadə
yaradıcılığının xüsusiyyətlərindən danışdılar.
Q.Nəcəfzadənin şeirlərini ingiliscəyə
çevirən Sevil Gültənin çıxışı
bu barədə oldu. Şairlər Dayandur Sevgin,
Səlim Babullaoğlu,
Əkbər Qoşalı
müəllifi təbrik
edərək, yeni uğurlar arzuladılar.
Şairin oğlu, gənc
yazar Kəramət Böyükçöl atasının
yaradıcılığı barədə öz fikirlərini tədbirə
toplaşanlarla bölüşdü.
Sonda Qəşəm Nəcəfzadə
çıxış edərək, imza gününə
qatılanlara minnətdarlığını bildirdi və
alınmış kitablara imza atdı.
525-ci qəzet.- 2009.- 17 oktyabr.- S.23.