Alman caz qrupu Sumqayıtda konsert verib

 

Sumqayıtda Cənubi Almaniya caz qrupunun gənc ifaçıları konsert proqramı ilə çıxış ediblər. Konsert Almaniyanın Azərbaycandakı səfirliyi Sumqayıt şəhər İcra Hakimiyyəti (SŞİH) tərəfindən təşkil edilib. Almaniya səfirliyinin mədəniyyət üzrə attaşesi Herbert Şmitter bu tədbirin ölkəsinin Azərbaycanda keçirilən mədəniyyət həftəsi çərçivəsində təşkil olunduğunu bildirib: “Ölkələrimiz uğurla əməkdaşlıq edir. Son illər Azərbaycan Almaniya arasında mədəniyyət mübadiləsi üzrə geniş proqram həyata keçirilir bu da xalqlarımızın tarixi irsi ilə tanış olmağa imkan yaradır. 2008-ci ildə Almaniyada Azərbaycan ili keçirilib. İndi isə estafeti Almaniya qəbul edib. Azərbaycanda Almaniya ili çərçivəsində 60-dan çox müxtəlif tədbir olub”.

Diplomat bu tədbirlərin Azərbaycanın regionlarını da əhatə etdiyini vurğulayıb. Diplomatın çıxışından sonra Almaniyanın Ştutqart şəhərindən gəlmiş Dominik Vaqnerin rəhbəri olduğu kvartetin gənc ifaçıları özlərinin bəstələdikləri əsərlərdən ibarət proqramı təqdim ediblər.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 17 oktyabr.- S.22.