Yunus OğuzunTəhmasib şahromanı çapdan çıxıb

 

Tanınmış yazıçı, türkoloq-alim Yunus Oğuzun yeni əsəri olanTəhmasib şahtarixi romanı işıq üzü görüb (“Olaylar”). Apostrofnəşriyyatında nəfis şəkildə çap olunmuş kitabda böyük Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi Şah İsmayılın oğlu I Təhmasibin həyat fəaliyyətindən bəhs edilir.

Kitaba ön sözü (“Tarixi müasir roman”) Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Nizami Cəfərov filologiya elmləri doktoru Şamil Vəliyev (“Arxada qalmış gələcəyi təsvir edən roman”) yazıblar. Romanda 52 il hakimiyyətdə olmuş, Şəki Şirvan hakimliyini ləğv edərək Bütöv Azərbaycan qurmuş Təhmasib şahın sərkərdə diplomat kimi fəaliyyəti əks etdirilib.

 

 

525-ci qəzet.- 2009.- 20 oktyabr.- S.7.