Bakıda İordaniya Mədəniyyət Günləri başlayıb  

 

Bakı Muzey Mərkəzində İordaniya Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev İordaniya səfiri Adel Adalieh çıxış ediblər.

Ə.Vəliyev açılış nitqində qonaqları salamlayıb üç gün davam edəcək mədəniyyət günlərinin işinə uğurlar arzulayıb: “Məlum olduğu kimi, Bakı şəhəri 2009-cu il üçün islam mədəniyyətinin paytaxtı elan edilib. Bununla əlaqədar il ərzində şəhərimizdə beynəlxalq konfranslar, simpoziumlar, islam ölkələrinin mədəniyyət günləri çərçivəsində müxtəlif mədəni tədbirlər keçirilir. Bu gün start götürən İordaniya mədəniyyət həftəsi bu istiqamətdə keçirilən tədbirlərdən biridir”.

İordaniya səfiri Adel Adalieh isə onlara göstərilən qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkürünü bildirib. Səfirin sözlərinə görə, oktyabrın 22-dək davam edəcək mədəniyyət günləri çərçivəsində maraqlı proqram nümayiş olunacaq. Rəsmi çıxışlardan sonra İordaniya musiqiçilərinin ifasında mahnılar səslənib İordaniyanın milli geyimlərindən ibarət moda nümayiş etdirilib.

Muzey Mərkəzinin Sərgi Qalereyasında isə iordaniyalı rəssamların fotoqrafların əl işləri, təsviri sənət foto sərgisi nümayiş olunub.

 

 

525-ci qəzet.- 2009.- 21 oktyabr.- S.7.