Hər könül Kəbəyə bənzəməz...

 

Azərbaycanjurnalının  Əməkdaşı Südabə Ağabalayevaya 

 

Əziz, mehriban Südabə xanım, salam! 

Azərbaycanjurnalında (¹ 6, 2009) haqqımda yazdığınızDurulacaq bir dünya” oxudum. Qayğı diqqətiniz üçün sağ olun, minnətdaram! Oxucunu ram edən, riqqətə gətirən mühakimə təhkiyə tərziniz mənə anamın laylasıtək xoş gəldi; elə bilSənsizromansını, “Füzulikantatasını, “Karvansüitasını eşitdim, qəlbimdə qalaq-qalaq olmuş həsrət, kədər, ümid duyğuları selə döndü, varlığımı bürüdü, həyəcandanmı, yetim ümidlərimin tam tükəndiyinə inamdanmı?.., nədənsə, qəhərdən körpə uşaq kimi xısın-xısın ağladım... Kişilər ağlamazdeyiblər. Xeyir, kişilər taleyin döyüşündə, namərdlə vuruşda çıxış yolunun yoxluğuna ağlamazlar, hörmət-izzətlə dopdolu ömrə son nöqtə qoyulduğuna inananda göz yaşlarını saxlamaqda aciz qalarlar. Yazınızda ömrümə-günümə sübh üfüqünün heç zaman doğmayacağınalabüd həqiqətə kimsəni inandırmağa zərrəcə səy etməsəniz , uzun ömür yolunun şairanə təsviri məni kövrəltdi, əzizim. Könül dünyama zərifmüdaxiləüçün sağ olun! Essenin son vərəqini çevirəndə, qəfildən xəyalımda qərib bir mənzərəyarandı”: Çoxdan bəritanıdığımNəcib Fazil Qısakürək mənə yaxınlaşıb məxməri səslə deyir:

 

Ruhumu əridərək qəlibə doldurmuşlar,

Onuİstanbuldeyə torpaq üstə qoymuşlar.

 

Siz, ötən uzun illərimə ehya verib, elə halətə gətirdiniz ki, onun ilğım vuran lövhələri , ətri ... məni mütəəssir edib dünyanın faniliyinə yox, yaşamağın şirinliyinə inandırıb gələcəyə müsəlləh elədi.Qəhr olsun ümidsizlik” – budur, yazınızdakı müəllif qayəsinin cövhəri!..

Bilirsiniz ki, haqqımda az yazılmayıb. Məlum iki kitab da daxili dünyamın dünyəvi fəaliyyətimin hekayəti kimi mənə əzizdir. Sizin əsərinizi oxuyanda, istər-istəməz, məlum bir hikməti xatırladım: “Könüllər Kəbəyə bənzər, Haqq onun mehrabıdır!” Əlbəttə, hər könül Kəbəyə bənzəməz...

Bu yazıda Siz, Müqəddəs Ocağın mehrabını da ziyarət eləmiş lütfkar ziyalı xanım kimi xeyli doğma göründünüz. Siz, dəbdəbə-rəyasət, rəsmi səlahiyyət həvəsindən ilim-ilim uzaq bir əyalət ziyalısının ömür yolundan yaza-yaza öz büllur təbiətinizi ifadə etmiş, eyni zamanda söhbətimiz fonunda dünyamızın xətti dolaşıq mənzərəsini çəkmiş, ən başlıcası isə, oxucunugəncləri inandırmağa çalışmışsınız ki, insanın öz inamına etibarı, hövsələsi, nəcib inadkarlığı arzulara qovuşduran ilahi qüvvədirsə, təkəbbürlə qürurun vəhdəti fəlakətə aparan yolun başlanğıcıdır. Gərək ki, Xoca Yasəvinin sözləridir: “Mənim hikmətimi dərdsizlərə deməyin”. Mən isə ulu Yasəvinin məzarı önündə diz çöküb ucadan deyərdim ki, duyanlar qarşısında könlümü varaq-varaq açın!

Qardaşım oğlu İntiqamın imzaladığıAzərbaycan”da nigaran, yorğun qəlbimin pərdələrini elə həssaslıqla, doğmalıqla səsləndirirsiniz ki, minnətdarlığımıSizə yetirmək istədiklərimdən az təşəkkür kimi təsəvvür edirəm! Mənə belə gəlir ki, Siz, vurğularının xitam dövrünü yaşayan ürəyimi xəyalən təşrih etmişsiniz. Siz vəfalı, zəkalı övlad kimi ömrümün günbatar çağlarının ab-havasını elə duymuş, bu mənəvi iqlimi ifadə edən rəngləri elə seçmişsiniz ki... Buna görə təşəkkürümü cüzi mənəvi təqdimatdan başqa heç hesab eləmirəm!

Düşünmək xoşdur ki, S.Vurğun, M.Hüseyn, Y.Məmmədəliyev, R.Rza, S.Rüstəm, S.Rəhimov, İ.Əfəndiyev, Mir Cəlal, M.İbrahimov, B.Vahabzadə, Xudu Məmmədov, İ.Şıxlı, Anar, Elçin kimi söz hikmət xiridarları ilə bahəm, Südabə xanım da uzun ömrümün müəyyən mərhələsində işıqlı bir iz, bir naxış payı qoydu...

Ömrünüz uzun, arzularınız çin olsun!

Sizə ürəkdən hörmət edənlərə, əzizim İntiqam müəllimə, ədəbiyyatımızın qara fəhləsi, şərəfli təəssübkeşi Vaqif Yusifliyə, Tofiq Mahmudova, “Azərbaycan”ı yaşadan hünərvər əməkdaşlarınıza salam yetirin!

 

 

Dərin ehtiramla: 

 

İmamverdi müəllim,

Neftçala

 

525-ci qəzet.- 2009.- 22 oktyabr.- S.7.