Ərtoğrol Cavid – 90 Bir fotoşəklin tarixçəsi 

 

vaxtsa lentə alınmış fotoşəkildə insan ömrünün bir anı əbədiləşir. Acılı-şirinli xatirələri özündə yaşadan həmin fotoşəkillərə baxdıqda insan ömrün o çağlarına qayıdır, həmin illəri bir daha yaşayır. Elə fotoşəkillər var ki, özündə təkcə bir insan ömrünün hər hansı anını yaşatmaqla yanaşı, lentə alındığı dövrün xoş anlarından, dəhşətli məqamlarından xəbər verir.

Hüseyn Cavidin Bakıdakı ev muzeyinə ziyarətə gələnlər bir fotoşəklin qarşısında dayanır, dərin xəyallara dalır, həyəcan kədər hissi keçirirlər. Repressiya qurbanı olan dahi filosof şair dramaturqun 24 yaşında stalinizmin qurbanı olmuş yeganə, istedadlı oğlu Ərtoğrolun o zaman Naxçıvanın dindar mühitində tabutda, özü üzüaçıq şəklini kim üçün çəkib? Tabutun ətrafındakı iki kişi cəmi bir neçə çadralı qadın kimdir? Bu günə qədər heç bir mənbədə tam açıqlanmayan bu suallara Ərtoğrol Cavidin anadan olmasının 90 illiyi günlərində aydınlıq gətirmək istərdim...

1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU-nun) filologiya fakültəsini bitirən Ərtoğrol Cavid elə həmin il Konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil olur. Burada dahi Üzeyir bəydən başqa məşhur musiqiçilərdən sənətin incəliklərini öyrənən istedadlı gəncin arzularını həmin ildə başlanan İkinci Dünya müharibəsi ürəyində qoyur...

1942-ci ildə ordu sıralarına çağırılan ƏrtoğroluXalq düşməni”nin oğlu kimi ön cəbhəyə deyil, Tiflisdəki fəhlə batalyonuna göndərirlər. Kübar bir ailədə boya-başa çatmış, fiziki cəhətdən o qədər bərkə-boşa düşməmiş gənc buradakı ağır şəraitə dözə bilmir, tez bir zamanda soyuqlayır, sağalmaz ciyər xəstəliyinə (vərəmə) düçar olur. O zaman Gürcüstanda məsul vəzifədə çalışan atasının yaxın dostu Əziz Şərif onu Naxçıvana gətirməyə müvəffəq olur.

Atamın dediklərindən:

Leninqradın blokadası yarıldıqdan sonra mühasirədə uzun zaman olmazın müsibətlər çəkmiş bütün insanları döyüşən ordudan azad etmişdilər. Mən onlardan biri idim. 1943-cü ildə doğma Naxçıvana qayıtdım. Eşitdim ki, Cavid dayımın oğlu Ərtoğrol da buradadır. Dərhal onun görüşünə getdim. İlahi, xəstəlik məndən 9 yaş kiçik olan yaraşıqlı dayıoğlumu hala salmışdı...

Leninqradda ali təhsil aldığımdan, orada aspiranturanı bitirdiyimdən rus dilini çox mükəmməl bilirdim. O zaman Naxçıvanda yerləşən hərbi hissələrin yüksək rütbəli zabitləri ilə dostluq əlaqələri yarada bilmişdim ki, bu da dayım oğluna lazım olan dava-dərmanları tapmaqda karıma gəlirdi. Rəhmətlik tez-tez mənə deyirdi: “Qoy bir sağalım ayağa qalxım, sənə simfoniya həsr edəcəyəm”.

Ərtoğrol Cavid 1943-cü ildə Naxçıvandan Bakıya anasına yazdığı məktubların (ev muzeyində qorunur) əksəriyyətində atamdanbibisi oğlu Süleyman Məmmədovdan razılıq edir. Məktubların birindən oxuyuruq: “Mənim bir əmioğlum (Tahir), bir bibioğlum (Süleyman) var.

Çox uzun çəkmir ki, Ərtoğrol dünyasını dəyişir. Bakıya xəbər verilsə Cavid yadigarının dəfninə anası bacısı məlum səbəblərə görə gələ bilmirlər. Naxçıvan sərhəd zonasında yerləşdiyindən, həm müharibənin qızğın bir çağında kim idiXalq düşməni”nin ailəsinə buraxılış verən?!

Atam çox götür-qoy etdikdən sonra tabut düzəltdirir, onu gül-çiçəklə bəzəyir Ərtoğrolu dəfn etdiklərinə onun əzizlərini inandırmaq üçün üzüaçıq şəklini çəkdirir. Həm atam yaxşı anlayırdı ki, bu dahi Cavidin oğludur, ona görə çəkilən fotoşəkil zamansa öz sözünü deyəcək”.

Bəs şəkildətabutun ətrafındakılar kimlərdir? İki kişidən biri bu şəklin çəkilməsinin təşəbbüskarı, Ərtoğrolun bibisi oğluatam Süleyman Məmmədov, digəri Müşkinaz xanımın dayısı Məhəmməddir. Çadralı qadınlar isə ədibin böyük qardaşı Şeyx Məhəmmədin həyat yoldaşı Zərri xanım, Şeyx Məhəmmədin həyat yoldaşının nənəsi Şahsənəm xanım, Mişkinaz xanımın dayısı arvadı Zərnişan xanım, Cavidin bacısı Ümmi Səlimənin qızı Səltənət xanımdır.

Bu fotoşəkli mən 1982-ci ildə Hüseyn Cavidin Naxçıvandakı ev muzeyinə bağışladım. Turan xanımda olan nüsxə isə hazırda ədibin Bakıdakı ev muzeyindədir.

“... öncə öylə səadət, böylə zillət olaydıdeyən dahi Cavidin istedadlı oğlunu o zaman beləcə cəmisi yeddi-səkkiz nəfər yaxın qohumu son mənzilə yola saldı. Qoy o zamanlar sonsuz mərhumiyyətlər içərisində boğulan Cavidlər ailəsinə qorxudan yaxın düşməyən, bu gün ağızları köpüklənə-köpüklənə harada gəldi özünü böyük dramaturqun yaxın qohumu adlandıran bəzi insanlar heç olmasa bir azca mənlikləri varsa bu fotoşəklə baxıb xəcalət çəksinlər. Tarix vaxtı çatanda hər şeyi öz yerinə qoyur. Bu gün şöhrət zirvəsində dayanan dahi Cavid, bir zamanlar onu ailəsini sonsuz əzab-əziyyətə düçar etmiş, indi adı tarixin səhifələrindən silinmişidrakı, sönük başçılarınaqibətinə acı-acı gülür.   Bu günlərdə 90 yaşı tamam olan, gözəl musiqi, rəsm əsərlərinin, ədəbi parçaların müəllifi olan Ərtoğrol Cavid qəlblərdə əbədi yaşayır. Xalq yazıçısı Anar demişkən: “Sənətkarın cismani ömrü qədər qısa olsa da, onun sənət ömrü, yəni onun əsərlərinin ömrü uzun olacaqdır”. Ərtoğrolun sənət ömrü mənə belə gəlir ki, indi başlanır...

 

 

Əbülfəz NAXÇIVANLI

 

525-ci qəzet.- 2009.- 22 oktyabr.- S.7.