Azərbaycanlı rəqqasə Rusiyada hind rəqsləri müsabiqəsində birincilik qazanıb

 

Rusiyanın paytaxtı Moskvada keçirilən iki beynəlxalq hind rəqsləri festival-müsabiqəsində azərbaycanlı rəqqasə Oksana Rəsulova da iştirak edib. O.Rəsulovanın APA-ya verdiyi məlumata görə, həmin festival-müsabiqələrdən biri Hindistanın Mədəniyyət FestivalıDivaly –2009” olub. Həmin festivalda Azərbaycanı təmsil edən həmyerlimiz birinci yerə layiq görülüb: “Bu müsabiqədə 10-a yaxın ölkə iştirak edirdi. Festivalda solo hind rəqsləri müsabiqəsi keçirildi. Həmin müsabiqədə Azərbaycan birinci yeri qazandı. Müsabiqədə müxtəlif ölkələri təmsil edən münsiflərin hamısı mənə ən yüksək 10 xalı verdilər”. Həmyerlimizin qatıldığı ikinci müsabiqə isə oktyabrın 15-18- keçirilib: “Bu müsabiqə Rusiyada keçirildi. Ötən illərdə bu müsabiqədə mən birinciliyi qazanmışdım. Bu dəfə isə müsabiqədə birinci ikinci yer Rusiya rəqqaslarına, üçüncü yer isə Azərbaycana verildi. Azərbaycanın adını üçüncü çəkəndə bütün zaldakı tamaşaçılar gülüşürdülər, çünki nəticə onları qane etməmişdi. Festivaldan sonra münsiflər heyətində təmsil olunan müasir klassik hind rəqslərini tədris edən müəllim Aşvanini Neqam mənə yaxınlaşdı mənim rəqsimə heyran olduğunu bildirdi. Bildirdi ki, həm artistlik, həm rəqs, həm hind elementlərinə görə mənə ən yüksək xalı verib. Orada olandaİndia TV” kanalından təkliflər aldım. Həmin kanalın proqramlarına, konsertlərə dəvət olundum. Eləcə Hindistanda keçiriləcək müsabiqələrdə iştirak etməyə dəvət almışam”.

 

 

525-ci qəzet.- 2009.- 22 oktyabr.- S.7.