Yol göstərən  

 

Afat müəllimin dünyasını dəyişməsi xəbəri Azərbaycan elmi ictimaiyyəti, pedaqoji aləmi üçün çox ağır üzücü bir hal yaşatdı. Bizim üçün, yəni çoxsaylı tələbələri üçün bu xəbər ata qayğıkeşliyini əsirgəməyən müəllimin, görkəmli alimin, elm xadimi təhsil təşkilatçısının itkisi deməkdi...

Afat müəllimlə mənim ilk tanışlığım 1977-ci ilin sentyabrında oldu. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunmuşdum. Onun adını eşitsəm , əsərlərindən xəbərim olsa da, özünü görməmişdim. Afat müəllimlə fakültənin dekanı görkəmli alim kimi çox maraqlanırdım. Xüsusilə adının mənası çoxları kimi məni cəlb edirdi. İlk dərs günlərindən birində Afat müəllim fakültənin digər rəhbərləri tələbə təşkilatının üzvləri ilə bizim auditoriyaya gəldi. Onları bizə təqdim etdi. Sonra qruplar üzrə ictimai aktivləri seçməyə başladılar. İlk sualı belə oldu: “Kim orta məktəbdə komsomol təşkilatının katibi olub?” Yalnız mən əl qaldırdım. Üç qrupun birləşdiyi yetmiş beş nəfərlik tələbə heyətini təbəssümlə seyr etdikdən sonra yanındakıBu oğlanın adını qeyd edindeyərək məni 131-ci qrupa nümayəndə seçdiyini bildirdi. Sonralar yuxarı kursda fakültənin tələbə həmkarlar təşkilatının sədri olmağıma da qərar verdi. Bütün tələbəlik həyatım elmi araşdırmalarımla maraqlandı. O bizlərə yalnız müəllim deyil, həm valideyn, qohum, tanış, dost, sirdaş, böyük qardaş kimi yanaşır, qayğılarımızı özünün problemi kimi yaşayırdı. Dəfələrlə tələbə yataqxanalarında keçirdiyi görüşlərdə bunu tələbələrimiz müşahidə edir, onunla fəxr etdiklərini gizlətmirdilər...

Əlbəttə, tələbəlik dövrünün xatirələri çoxdur, hər kəs üçün əziz unudulmazdır. AMEA-nın müxbir üzvü olan görkəmli alim Afat Qurbanov da həmin illərin Əbdüləzəl Dəmirçizadə, böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin oğlu Məmmədsəlim Tahirli, İsmayıl Şıxlı, professorlar Məmməd Məmmədov, Xeyrulla Məmmədov, Alməmməd Alməmmədov, Mürsəl Həkimov kimi tanınmış pedaqoq-alimləri ilə birgə indi yaddaşımızı işıqlandıran xatirələr dünyasının adamıdır. Mən onların adını çəkmədiyim onlarla digər müəllimlərimin əməyi sayəsində, qayğısının istiliyi ilə böyüdüm, fakültəni fərqlənmə diplomu ilə bitirdim, həyatımı ədəbiyyatşünas kimi yaşamağa qərar verdim...

Qoca tarix çoxlarını qarşılayıb yola salıb. Lakin elə şəxsiyyət müdriklər var ki, onlar bu dünyanın bir anında əbədi yaşamaq haqqını görüb, özünün adını milləti vətəninin yaddaşına həkk ediblər. Həmin şəxsiyyətlər saat əqrəbləri ilə ölçülən zamanın xronologiyası ilə deyil, hər gün Şərqdən çıxan Qərbdə batan Günəşin ölçüləri ilə yaşayıblar. Mənim fikrimcə, görkəmli Azərbaycan alimi Afat Qurbanov da həmin şəxsiyyətlər silsiləsində əzəmətli yer tutur. Çünki o, sələfləri kimi inanırdı ki;

 Dünya duracaq yer deyil, ey can səfər eylə, Aldanma anın alinə, andan həzər eylədeyə bilmək, türk təfəkkür tarixinə güvənməklə əbədi var olmaq mümkündür.

Afat müəllimlə ilk tanışlıq anından onun heyranı oldum. Vüqarlı duruşu, sadə, aydın sərrast nitqi ilə istənilən kəsdə böyük rəğbət yaradırdı. Həmin ildən başlayan xatirələr bolluğunda indi daha çox nəyi yada salmaq, ondan keçmiş zamanda danışmaq çox ağır kədərlidir. Ona görə ki, Afat müəllimlə bu dünyada bir görüşməyəcəyimi düşünəndə kimsəsizlik hissi güc gəlir. Afat müəllim bizə yalnız elmin sirlərini deyil, həm ictimai davranışın normalarını öyrədir, səliqəli geyinməkdən tutmuş gündəlik yeməyimizlə belə maraqlanırdı. Tələbə həyatı üçün bundan zəruri ola bilərdi ki?! O bizə fərd olmaqdan şəxsiyyət səviyyəsinə yüksəlməyin yollarını göstərir, həmin nümunəni yaşayırdı. Bəlkə elə buna görədir ki, o indi tələbəsi olan onlarla elmlər doktorunun, professorun, ictimai xadimin, millət vəkilinin, böyük müəllimlər ordusunun yaddaşında öz nurlu siması ilə şirin xatirələr oyadır.

Afat müəllim bundan sonra da var olacaq. Əsərləri, əməlləri ilə, övladları, ideyaları, tələbələri ilə var olacaq. Onun adı təkcə Azərbaycanda deyil, türkdilli respublikalarda, dilçilik aləmində hörmətlə yad ediləcək, dönə-dönə əsərlərinə istinadlar olacaq. Lakin heç özünün yerini əvəz edə bilməyəcək. Darıxanda, kimsəsizlik hiss edəndə, problemlə üzləşəndə, çətinliyə düşəndə mənəvi cəhətdən dayaq bildiyimiz ərklə üz tutduğumuz Afat müəllimin yerini heç kəsin tuta bilməyəcəyini onu tanıyanlar yaxşı bilir. Yaxşı bilir ki, o yalnız tələbələrinin deyil, həm cəmiyyətimizin yolgöstərəni idi... Yeri behişt olsun!

 

 

Şamil VƏLİYEV, 

filologiya elmləri doktoru,

professor 

 

525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.7.