Qəşəm Nəcəfzadənin yeni
kitabı çapdan çıxıb
Tanınmış şair Qəşəm Nəcəfzadənin “Şirvannəşr” nəşriyyatında Qafqaz Universitetinin maliyyə dəstəyilə “Oğlum qapını aç, qapıda bir külək ölür” adlı şeirlər kitabı çap olunub. Kitabda şairin müxtəlif vaxtlarda və əsasən son illərdə yazdığı şeirləri toplanıb. Şeirlərin əsas məzmunu insan düyğularının təbiət və cəmiyyət, kainat və dünya hadisələri ilə əlaqəsindən, daha dəqiq insan bədii anatomiyasından, ölüm, həyat, müharibə, Allah, sevgi haqqında düşüncələrdən ibarətdir. Adından göründüyü kimi bu kitabda küləyin ölümü ədəbiyyatın, metoforanın, təbiətin, sözün ölümüdür. Bu ölüm, ölümlərin ən gözəli, həyatın isə başlanğıcıdır. Xatırladırıq ki, şairin indiyə kimi 21 kitabı işıq üzü görüb, bunlardan 7-si əcnəbi dillərdə çap olunub.
525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.7.