Teatr, təhsil mənəviyyatımızlayihəsi həyata keçirilib

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Suraxanı rayon məktəblilərininTeatr, təhsil mənəviyyatımızbirgə layihəsi gerçəkləşib.

Teatrdan APA-ya verilən məlumata görə, layihənin rəhbəri, Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov, müəllifləri Rafiq Rəhimli Nigar Əzimovdur. Layihənin gerçəkləşməsində məqsəd teatrla məktəbin bir-birinə yaxınlaşması, gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynayan, onları vətənpərvərlik, sədaqət ruhunda tərbiyə edən teatr tamaşalarına cəlb etməkdir. Layihə Suraxanı rayonundakı 87 saylı orta məktəbə baş tutub. Tədbirdə teatrın ədəbi-hissəsinin rəhbəri Rafiq Rəhimli, xalq artisti Ağaxan SalmanlıTeatr, məktəb, ailəmövzusunda çıxış ediblər. Məktəbin müəllim kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrını məktəblilər üçün tərbiyə ocağı hesab etdikləri belə bir layihəni dəstəklədiklərini bildiriblər.

Tədbirdə teatrın repertuarı barədə geniş söhbət açılıb. Sonra cari repertuarda olan A.ŞaiqinTıq-tıq xanım”, S.S.Axundovun A.ŞaiqinQaraca qız”, Süleyman RüstəminÇimnaz xanım yuxudadırtamaşalarından parçalar oynanılıb. Əməkdar artistlər Lətifə Əliyeva Naibə Allahverdiyeva Səməd VurğununAnanın öyüdü”, Bəxtiyar VahabzadəninBir salama dəymədişeirlərini söyləyiblər.

 

 

525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.7.