Bakı Beynəlxalq Caz Festivalının təntənəli açılışı olub

 

Oktyabrın 21-də Azərbaycan Dövlət Filarmoniyasında Bakı Beynəlxalq Caz Festivalının təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirib ki, “Bakıislam mədəniyyətinin paytaxtı-2009” ili çərçivəsində keçirilən tədbirlərin sırasında mütləq beynəlxalq caz festivalı da yer almalı idi: Müəyyən səbəblərə görə bu festival keçən il baş tutmadı. Bu il baş tutmasaydı, Bakıda yaranmış bu ənənə pozulmuş olacaqdı. Məhz bu səbəbdən dövlət kifayət qədər vəsait ayırdı Azərbaycan bu məsuliyyətli işi bir daha öz üzərinə götürdü”. Ə.Qarayev deyib ki, Bakı Beynəlxalq Caz Festivalı gələn ildən dünyanın ən məşhur caz festivalı olan Montrö festivalının filialı kimi keçiriləcək. Açılış mərasimi əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə davam edib. Konsert, eləcə xalq artisti Şükür Məmmədov, gənc pianoçu, cazmen Emil Əfrasiyaboğlunun çıxışları tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Qeyd edək ki, Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Caz Festivalı oktyabrın 27-dək davam edəcək. Festival çərçivəsində bu gün Bakı Caz Mərkəzində Montrö Caz Festivalında birincilik qazanan azərbaycanlı cazmen İsfar Sarabskinin (fortepiano) konserti keçiriləcək. İsfarla birgə səhnəni Aleksandr Zinger (zərb) Ruslan Hüseynov (bass) paylaşacaq. Festivala ABŞ-danRichard BonaBranford Marsalisqrupları, Avstriyadan Zihan&Kamien dueti, Portuqaliyadan Jazzinho İsraildən Hard Jazz Knights qrupları, həmçinin Bakı Beynəlxalq Muğam Festivalının iştirakçıları olan hindistanlı Vasumathi Badrinathan amerikalı Amir Elsaffar dəvət olunublar.

 

 

525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.7.