SONU OLMAYANIN BAŞLANĞICI

 

Fü­zu­li nə de­mək­dir?

Bu su­a­lın bir­ba­şa lü­ğə­tə söy­kə­nən ca­va­bı var ki, onu Fü­zu­li özü də ya­zıb, biz­dən əv­vəl çox­la­rı da söy­lə­yib, biz də yoz­mu­şuq.

An­caq "Fü­zu­li nə de­mək­dir?" sor­ğu­su­nun mən­tiq­dən, ma­hiy­yət­dən qay­naq­la­nan ca­va­bı (da­ha doğ­ru­su, say­sız ca­vab­la­rı) da var ki, yü­zil­lər­cə hər kəs o su­a­lı öz duy­du­ğu və an­la­dı­ğı sə­viy­yə­də aç­maq tə­şəb­bü­sün­də olub, gə­lə­cək­də də bu ca­va­bax­tar­ma­lar şüb­hə yox, da­vam edə­cək.

Elə Fü­zu­li özü də öm­rü bo­yu hə­min su­a­la ca­vab gə­zib, öm­rü­nün ən müx­tə­lif dö­nəm­lə­rin­də giz­lin­ci­ni bil­mək is­tə­di­yi bu sor­ğu­nu elə özü­nə yö­nəl­dib.

Hər də­fə də ay­rı-ay­rı ca­vab­la­ra gə­lib çı­xıb:

 

Mən ol bül­bil-i gül­şən-i aşi­na,

Ki qür­bət­də qal­mış əsir-i bə­la­yəm.

 

Bu, bir ca­vab, bu da bir ay­rı­sı:

 

Mən ki­məm? Bir fə­qir-i bi­sər ü pa,

Kəm­tə­rin bən­də vü kə­mi­nə gə­da.

Sa­yir-i (sey­re­dən – R.H.) kar­gah-i səbr ü sü­kun,

Sa­lik-i (yol­çu, tə­ri­qət­çi – R.H.) şah­rəh-i fəqr ü fə­na.

 

Ye­nə hə­min sual, am­ma baş­qa ca­vab:

 

Mən ki­məm? Bir bi­kəs ü bi­ça­rə vü bi­xa­ni­man,

Ta­le­yim aşüf­tə, iq­ba­lım ni­gun, bəx­tim ya­man.

 

Ye­nə də hə­min sual və o su­a­la ca­vab tap­maq­da aciz qal­dı­ğı mə­qam:

 

Öy­lə sər­məs­təm ki, id­rak et­mə­zəm dün­ya nə­dir,

Mən ki­məm, sa­qi olan kim­dir, mey-i səh­ba nə­dir.

 

La­kin Fü­zu­li kim­dir, Fü­zu­li nə­dir su­a­lı­na bir ca­vab var ki, bü­tün za­man­lar üçün, bəl­kə də, ca­vab­la­rın ən dü­rüs­tü, ən çək-çe­vir­si­zi­dir.

Mən ki­məm su­a­lı­na hət­ta Fü­zu­li­nin özü­nün ver­di­yi ca­vab­la­rın han­sıy­la­sa ra­zı­laş­ma­yıb Us­ta­dın özüy­lə də mü­ba­hi­sə­yə gi­riş­mə­yin ye­ri var­sa da, mü­ba­hi­sə­siz say­dı­ğı­mız ca­vab qeyd-şərt­siz qə­bul edil­mə­yə məh­kum­dur.

Fü­zu­li kim­dir, Fü­zu­li nə­dir?

Fü­zu­li şe­ir­dir!

Fü­zu­li­nin bü­tün yaz­dıq­la­rı bə­dii əsər­lər­dir.

Hət­ta nəs­ri də şe­ir­li­dir.

"Şi­ka­yət­na­mə"­ni alın, içə­ri­si­nə şe­ir­lər sə­pi­lib.

"Səh­hət və Mə­rəz"i gö­tü­rün. Ru­hun, Eş­qin, Hüs­nün, Fə­rə­hin, Mə­həb­bə­tin... hə­rə­si­nin bir can­lı in­san cil­di­nə gi­rə­rək di­lə gəl­di­yi ta­ma­şa­nın qoy­nu­na dü­şə­cək­si­niz.

Nəzm­lə yaz­dı­ğı mək­tub­la­rı öz ye­rin­də, am­ma nəsr­lə qə­lə­mə al­dı­ğı mək­tub­la­rı oxu­yun – on­la­rı da şeir ti­kə­lə­riy­lə na­xış­la­yıb.

Bir söz­lə, ili­yi­nə­cən şe­ir­ləş­miş, şe­i­rin tay­da­şı, an­lam­da­şı rüt­bə­si­nə di­kəl­miş Fü­zu­li­nin bü­tün yaz­dıq­la­rı şe­ir­dir, şe­ir­li­dir, şeir ov­qat­lı­dır – bir­cə əsə­rin­dən sa­va­yı.

Us­ta­dın tək əsə­ri var ki, nə içə­ri­sin­də şeir var, nə də hə­min ya­di­gar bə­dii əsər­lər cər­gə­si­nə qa­tı­la bi­lər.

O sax­lanc bir el­mi əsər­dir və bu qə­bil qə­ləm bəh­rə­lə­ri­nə də or­ta çağ­da "ri­sa­lə" de­yib­lər.

"Mət­lə ül-eti­qad"!

An­caq hə­min şe­ir­siz əsər Fü­zu­li­nin baş­dan-ba­şa şeir olan bir ay­rı məc­mu­ə­si – "Hə­dis-i ər­bəin" və nəsr­lə ya­zıl­sa da, əv­vəl­dən so­na 540 par­ça (14-1 ərəb­cə, qa­la­nı ana di­lin­də) şe­ir­lə süs­lən­miş di­gər əsə­ri "Hə­di­qət üs-sü­ə­da" ilə bi­la­va­si­tə bağ­lı­dır.

Və bu 3 əsə­rin bir kör­pü­sü var – azər­bay­can­çı­lıq.

İyir­min­ci yü­zil­dən dü­şün­cə­miz­də və di­li­miz­də bol-bol tək­rar­lan­ma­sı vər­diş­ləş­miş bu kəl­mə­ni və qav­ra­mı onal­tın­cı yü­zil­də Fü­zu­li baş­lı­ca məf­ku­rə və ya­zı hə­də­fi­nə çe­vir­miş­di.

O, "Hə­di­qət üs-sü­ə­da"­nı, "Hə­dis-i ər­bə­in"i və "Mət­lə ül-eti­qad"ı ey­ni bir ama­lı ger­çək­ləş­dir­mək­çün qə­lə­mə al­dı.

On­dan əv­vəl də dö­nə-dö­nə həm şe­ir­lə, həm nəsr­lə məş­hur məc­mu­ə­lə­rə çev­ril­miş 40 seç­mə Pey­ğəm­bər hik­mə­ti­ni duy­ğu­lu, şux mis­ra­la­ra dön­dər­di ki, soy­daş­la­rı Ulu Mə­həm­mə­din müd­rik söz­lə­ri­ni bu min­val­la ra­hat­ca əz­bər­lə­yib yad­da sax­la­sın­lar və el­çi, və­tən­pər­vər şair məq­sə­di­ni dörd­lük­lə­rə yaz­dı­ğı qı­sa­ca ön­söz­də də açıq­ca elan et­di: "Ümum feyz üçün tər­cü­me-yi tür­ki olu­nur".

"Hə­di­qət üs-sü­ə­da"­nı ona gö­rə yaz­dı ki, soy­daş­la­rı İmam Hü­seyn mü­si­bə­ti­ni baş­qa dil­lə­rin va­si­tə­çi­li­yi ilə de­yil, öz dil­lə­rin­də­cə oxu­sun­lar, doğ­ma dil­lə­ri­nin di­gər dil­lər­dən qə­tiy­yən əs­kik ol­ma­dı­ğı­na şa­hid kə­sil­sin­lər.

"Mət­lə ül-eti­qad"ı da ona gö­rə qo­şub-düz­dü ki, İs­la­ma ta­pın­mış soy­daş­la­rı di­nə kor-ko­ra­nə si­ta­yiş et­mə­sin­lər, bu di­nin ta­ri­xi­ni, fəl­sə­fə­si­ni, ma­hiy­yə­ti­ni dərk et­sin­lər. Də­rin­dən-də­ri­nə du­yan­dan son­ra sə­mi­miy­yət­lə onu da­ha ar­tıq sev­sin­lər.

Ona gö­rə də Fü­zu­li­nin bu 3 əsə­ri zən­cir həl­qə­lə­ri ki­mi bir-bi­riy­lə vəh­dət­də­dir və möv­zu din ol­sa da, məq­səd yurd­daş­la­rı­nın ma­a­rif­lən­mə­si­nə xid­mət­dən iba­rət­dir.

Sə­tir­lə­rin­dən qan-yaş da­man "Hə­di­qət üs-sü­ə­da"­da Fü­zu­li Kər­bə­la ha­di­sə­si­ni təs­vir edər­kən da­ha çox Vaiz Ka­şi­fi­nin "Röv­zət üş-şü­hə­da"­sı­na sa­diq qal­sa da, yal­nız ona bel bağ­la­ma­mış­dı, müx­tə­lif məq­təl­lə­ri və­rəq­lə­mək və tu­tuş­dur­maq­la ya­na­şı, ay­rı-ay­rı ta­ri­xi mən­bə­lə­ri də nə­zər­dən ke­çir­miş­di.

Hə­min Fü­zu­li araş­dır­ma­çı­lı­ğı­nın əks-sə­da­sı "Hə­di­qə"­də­ki bu Azər­bay­can­çı par­ça­dan da eşi­dil­mək­də­dir: "Bu va­qiə sə­bah-i cü­mə əşər-i Mə­hər­rəm, hic­rə­tin alt­mış al­tın­cı yi­lin­də vü­qu bul­du. Və ləş­kər-i mü­xa­lif bir rə­va­yət­də on yed­di bin nə­fər və bir rə­va­yət­də otuz bin nə­fər, am­ma əsəhh-i əq­val­la igir­mi iki bin mü­ba­riz olub və ləş­kər-i İmam bir qövl­lə sək­sən nə­fər və bir qövl­lə yet­miş iki nə­fər olub, otuz iki at­lu və ba­qi pi­ya­də idi.

Və ək­sər-i rə­sa­il­də ic­mal ilə şərh et­miş­lər, am­ma Həz­rət-i Möv­la­na Hü­seyn Vaiz əley­hir­rəh­mə fil-cüm­lə tə­riq-i təf­sil tut­muş".

Fü­zu­li "Röv­zət üş-şü­hə­da"­dan bəh­rə­lən­mə əs­na­sın­da bir çox mə­qam­la­rı ix­ti­sa­ra sa­lıb, han­sı­sa tə­fər­rü­at­la­rı çıx­daş edə­rək mət­lə­bi yığ­cam­laş­dı­rıb. Am­ma 72 şə­hi­din son sa­at­la­rı­nın təs­vi­rin­də xü­la­sə­ləş­dir­mə­yə üs­tün­lük ver­miş baş­qa məq­təl­lə­rə yox, ge­niş bəhs et­mə­yi la­zım bil­miş Ka­şi­fi­yə ar­xa­la­nıb.

İna­nı­ram ki, bu­nun üm­də sə­bəb­lə­rin­dən bi­ri Fü­zu­li­ni hə­min əsə­ri ana di­lin­də yaz­ma­ğa sə­fər­bər et­miş yurd­çu, xalq­çı his­siy­yat­dan ri­şə­lə­nir.

Ey­ni möv­zu­lu baş­qa əsər­lə­rin xey­li­sin­də hə­min 72 nə­fər ara­sın­da iki azər­bay­can­lı­nın və Fa­ris ad­lı bir türk qu­la­mın ol­ma­sı­nın ay­rın­tı­la­rıy­la rast­laş­mı­rıq, bə­zi­lə­ri on­la­rı heç yer­li-dib­li xa­tır­lat­mır. La­kin Ka­şi­fi bu ba­rə­də yer­li-ya­taq­lı söz açır və Fü­zu­li də ana­dil­li məq­təl­çi­lik­də ilk də­fə ola­raq Kər­bə­la sa­va­şın­da­kı 3 tür­kün şü­ca­ə­ti­ni hey­ran­lıq­la tə­rən­nüm edir.

Yurd­daş­la­rı­nı qə­lə­miy­lə şə­rəf­lən­dir­mə­yin be­lə mü­na­sib gi­rə­və­si­ni Fü­zu­li ki­mi el­se­vər əl­dən bu­ra­xar­dı­mı?

"Hə­di­qə"­də hər igi­din mey­da­na atıl­ma­sı ay­rı­ca anı­lır.

Bi­ri haq­qın­da ge­niş, han­sı­nın­sa ba­rə­sin­də yüy­rək­cə nəql edi­lir. ...Ömər ibn Xa­lid, Səd Hən­zə­lə, Ömər bin Ab­dul­la Rəm­hi, Vəq­qas bin Ma­lik dö­yü­şə qa­tı­lır­lar, can­la­rı­nı fə­da edir­lər və on­la­rın hər bi­ri­nin rə­şa­də­ti bir­cə cüm­lə­də əks edi­lir.

On­la­rın ar­dın­ca isə şə­hid­lik növ­bə­si soy­da­şı­mı­za ye­ti­şir.

Və Fü­zu­li da­ha bir­cə cüm­lə ilə doy­mur, azər­bay­can­lı dö­yüş­çü­nün gah qı­lınc çal­dı­ğı­nı, gah ox­la­rıy­la düş­mən­lə­ri xar et­di­yi­ni, nə­ha­yət, ya­ra­la­rın­dan axan qa­nın onu zəif sal­ma­sı uc­ba­tın­dan at­dan yı­xı­lan­da İma­mın bir si­lah­da­şıy­la onu dö­yüş mey­da­nın­dan qı­ra­ğa çək­di­yi­ni, qib­lə­ga­hı­nın qu­ca­ğın­da ke­çi­nər­kən Müs­lü­mün son nə­fə­sin­də ölü­mü tə­bəs­süm­lə qar­şı­la­dı­ğı­nı hə­ra­rət­lə qə­lə­mə alır və bu ürək­par­ça­la­yan hüzn­lü par­ça­la­rı iki cüt beyt­lə də bə­zə­yir: "An­dan son­ra Müs­lim-i Azər­bay­ca­ni sa­qi-yi bəzm-i rəzm olub nə­re-yi məs­ta­nə ilə gün­bəd-i gər­du­nə sə­da­lar bu­ra­xub çox bi­xə­bər­lə­ri cam-i fə­na­dan sər­məst et­di. Gah şəm­şir-i atəş­bar­la rəzm edib, gah tir-i tiz­rəf­tar­la mü­ha­ri­bə qı­lur­kən kəs­rət-i cə­ra­hət­dən zəf olub mər­kə­bin­dən düş­dü.

Həz­rət-i İmam və Hə­bib Mü­za­hir üzə­ri­nə gə­lib anı mə­rə­kə­dən çı­xa­rıb səf-i si­pa­hə ye­tir­dik­də hə­nuz hə­ya­tın­dan bir rə­məq (son nə­fəs – R.H.).

Həz­rət-i İmam ayıt­dı: "Ey Müs­lüm, əhl-i be­hiş­tə sa­la­mım ye­tir ki, bən də­xi mü­tə­a­qib (ar­dın­ca – R.H.) gəl­mək­də­yəm".

Müs­lüm göz açıb, tə­bəs­süm qı­lıb bu məz­mun­la gu­ya ol­du ki: 

Ey xoş ol saət ki, can sərf-i rəh-i ca­nan ola,

Gös­tə­rib aşiq və­fa, mə­şu­qi­nə qur­ban ola. 

Hə­bi­bi Mü­za­hir ayıt­dı: "Ey Müs­lüm, əgər bil­səy­dim sən­dən son­ra qal­dı­ğı­mı, il­ti­mas-i və­siy­yət edər­dim".

Müs­lüm ayıt­dı: "Ey Hə­bib, və­siy­yət bu­dur ki, Həz­rət-i İma­ma ca­nın fə­da qı­la­san və anın xid­mə­tin sə­a­dət-i dün­ya vü axi­rət bi­lə­sən".

Bu tə­kəl­lüm­də ikən ahəng-i röv­ze-yi riz­van et­di.

Rəh­mə­tul­lah-i əleyh.

An­dan son­ra anın nəqd-i pa­kı və xə­ləf-i sa­le­hi mey­da­nə gi­rib ba­ba-yi bü­zürg­va­rı­nın in­ti­qa­mı­nı alıb bir şə­qi (al­ça­ğın – R.H.) zər­bə­tiy­lə bəzm­gah-i bə­qa­yə in­ti­qal et­di. 

Xoş ol arif ki, bil­di mülk-i dün­ya­nın sə­rən­ca­mın,

Hə­ya­tın­dan tə­mət­tö bul­ma­yıb iç­di əcəl ca­mın". 

Bu, İs­lam və Azər­bay­can ta­ri­xi­nin hüzn­lü və şə­rəf­li sə­hi­fə­si­dir.

Bu və­rə­qi tə­lə­sik ört­mək ol­maz.

Hə­lə vur-tut hic­rə­tin 66-cı ili­dir, İs­lam möh­tə­şəm dün­ya di­ni­nə çev­ril­mə­yin qan­lı-qa­da­lı, əzab­lı və mü­ba­ri­zə­li yol­la­rı­na ye­ni­cə baş­la­yıb.

Və o mü­qəd­di­mə­də Azər­bay­can mö­hü­rü, azər­bay­can­lı im­za­sı var.

Dün­ya ta­ri­xin­də­ki ən əzə­mət­li bir ya­ra­nış­da – mü­səl­man­çı­lı­ğın ayaq üs­tə du­rub bər­qə­rar ol­ma­sın­da soy­daş­la­rı­mı­zın qan­la­rıy­la qa­zan­dıq­la­rı pay­la­rı var.

Bu if­ti­xar­lı ger­çə­yi gə­rək hər kəs bi­lə!

Həm də bu məs­lək fə­da­i­si Müs­lüm Azər­bay­ca­ni ali sər­kər­də­si və ru­hu­nun qib­lə­si İmam Hü­sey­nə, əqi­də­si­nə və yo­lu­na elə aşiq­dir ki, zər­rə­cə tə­rəd­düd­süz öz ca­nı­nı da peş­kəş edir, bu mü­ba­rək se­çi­mi dos­tu­na da və­siy­yət edir, oğ­lu­nun da hə­min qey­rət im­ta­ha­nın­da sidq-ürək­dən ölü­mün ağu­şu­na atıl­ma­sıy­la, əs­lin­də, iki­qat şə­hi­də çev­ri­lir.

Bir qə­dər son­ra ye­nə növ­bə­ti cə­sur şə­hid­lə­rin hə­rə­si­nə bir­cə cüm­lə it­haf edən, bə­zən isə iki­si­ni bir­cə cüm­lə­də anan Fü­zu­li ona bir köy­nək ya­xın növ­bə­ti doğ­ma türk şə­hi­də ça­tan­da tə­əs­süb­keş­li­yi­ni sax­la­ya bil­mir, ix­ti­yar­sız bu qan­da­şı­nın hə­ya­tı haq­qın­da da qı­sa bil­gi ve­rir, həm­çi­nin, di­gər iki azər­bay­can­lı ilə bağ­lı par­ça­da ol­du­ğu ki­mi, bu his­sə­si­ni də ya­nıq­lı mis­ra­lar­la mü­şa­yiət edir: "Fa­ris-i qu­lam döv­lət-i pa­bu­sa mü­şər­rəf olub ərz-i ni­yaz et­di: 

Ey hə­rim-i dər­gəh-i qəd­rin­də xa­dim sübh ü şam,

Şam bir Hin­di kə­ni­zək, sübh bir Ru­mi qu­lam. 

"Ya İmam-i zə­man, feyz-i şə­ha­dət xan-i ümum-i eh­san (şə­hid ol­maq ləz­zə­ti ha­mı üçün eh­san süf­rə­si – R.H.) açıb hər kim miq­da­rın­ca bəhr­mənd ol­maq­da­dır. Xa­zin-i gən­ci­ne-yi qə­za fəth-i əb­vab edib hər kim nə­sib ol­maq­da­dır. Bən­də­yə də­xi bu sə­a­dət mət­lub­dur (ar­zu edir – R.H.)".

Həz­rət-i İmam ayıt­dı: "Ey Fa­ris, sən İmam Zey­na­lab­di­nə mən­sub­san, an­dan ica­zə is­tə".

Və Həz­rət-i İmam Zey­na­lab­din ol əy­yam­da bi­mar­dı.

Fa­ris xid­mə­ti­nə mü­şər­rəf olub ica­zət is­tə­dik­də ayıt­dı: "Ey Fa­ris, bən sə­ni azad et­dim, ha­la şü­ru-i mü­ha­ri­bə (da­va­ya baş­la­maq – R.H.) sə­nin ira­də­ti­nə mü­tə­əl­liq­dir".

Fa­ris da­xil-i sil­si­le-yi əh­rar olub (azad adam­lar sı­ra­sı­na qo­şu­la­raq – R.H.), mər­da­nə mey­da­nə gi­rib səf-i əda-yi mü­qa­bil (düş­mən­lə­rin dəs­tə­si ilə qar­şı-qar­şı­ya – R.H.) du­rub bu məz­mun­la bir rə­cəz in­şa qıl­dı ki:

 

Bə­nəm Fa­ris ol türk-i xən­cər­gü­zar,

Ki Bəh­ra­mə ti­ğim­dir ayi­nə­dar.

Bə­nə xid­mət-i xa­nə­dan-i Rə­sul,

Ye­tər pa­ye-yi ri­fət-i iq­ti­dar.

Sə­a­dət rə­fi­qim olub qıl­mı­şam,

Hü­seyn-i Əli xid­mə­tin ix­ti­yar".

 

Gah ni­zə­siy­lə, gah ox­lar­yı­la, gah qı­lın­cıy­la düş­mə­nə ölüm yağ­dı­ran, elə bu mey­dan­da qu­lam­lıq­dan qur­tu­la­raq azad in­san­lar cər­gə­si­nə qo­şu­lan türk Fa­ris də şə­hid­lik zir­və­si­nə uca­lır.

(Bu da diq­qət­dən qaç­ma­sın ki, son­ra gə­lən di­gər mərd şə­hid­lə­rin hə­rə­si ye­nə qı­sa bir cüm­lə içə­ri­sin­də öyü­lür).

72 Kər­bə­la şə­hi­di ara­sın­da­kı 3 türk­dən Fü­zu­li­nin xü­su­si rəğ­bət­lə­ri­ni giz­lət­mə­dən bəhs et­mə­si, on­la­rı ox­şa­yıb əziz­lə­mə­si qəl­bin hök­müy­dü, da­xi­lin­də­ki və­tən­çi duy­ğu­la­rı­nın coş­ma­sı­nın nə­ti­cə­si idi.

Elə hə­min püs­kü­rən hiss­lər idi ki, bü­töv­lük­də "Mət­lə ül-eti­qad"ın özü­nü ər­sə­yə gə­tir­miş­di.

 

***

Fəl­sə­fi və di­ni möv­zu­da əsa­sən ərəb­cə, qis­mən də fars və türk­cə or­ta əsr­lər­də ya­ran­mış ri­sa­lə­lə­rin sa­yı yüz­lər­lə yox, min­lər­lə­dir. On­lar ək­sə­rən həsr olun­du­ğu sa­hə­nin qə­liz su­al­la­rı­nın təf­si­ri­nə yö­nəl­miş, son­ra­lar hə­min ri­sa­lə­lə­rin öz­lə­ri­nə də bir çox şər­he­di­ci ri­sa­lə­lər həsr edil­miş­sə də, çox öy­nə xü­su­si ha­zır­lı­ğı ol­ma­yan oxu­cu­nun hə­min əsər­lə­rin iç qat­la­rı­na nü­fu­zu, məz­mu­nu ye­tə­rin­cə qav­ra­ma­sı na­ra­hat müş­kül­lə­rə di­rə­nir.

İn­di, mü­a­sir dövr­də yox, lap or­ta əsr­lər­də də bu çə­tin­lik möv­cud imiş.

La­kin Fü­zu­li­nin ərəb­cə yaz­dı­ğı "Mət­lə ül-eti­qad fi-mə­ri­fət-il-məb­dən vəl-məad" "Mən­şə və qa­yı­dış ye­ri­ni ta­nı­ma­ğa dair eti­qa­dın baş­lan­ğı­cı" ad­lı ri­sa­lə­si hə­min qə­liz əsər­lə­rin ək­sə­rin­dən fərq­lə­nir.

Çün­ki el­mi sə­ciy­yə da­şı­sa da, bu ri­sa­lə­nin tə­yi­na­tı an­la­şıq­lı bir dərs­lik ol­maq, eti­qad əh­li­nə kö­nül bağ­la­dıq­la­rı yo­lun il­kin və mü­hüm hə­qi­qət­lə­ri­ni ay­dın­lat­maq­dır.

Əv­və­lən, Fü­zu­li hər soy­da­şı­na fay­da­lı bir işin qul­pun­dan ya­pış­ma­ğı məs­lə­hət gö­rür və öz nü­mu­nə­si­nə əsas­la­na­raq be­lə bir ina­mı­nı da ifa­də edir ki, bir məs­lək ar­dın­ca ge­dən hər kəs is­tər-is­tə­məz gün­lə­rin bi­rin­də ka­i­nat, hə­yat, ya­ra­dı­lış, Xa­liq haq­qın­da dü­şün­cə­lə­rə dal­ma­lı ola­caq. Və hə­min mə­qam­da müt­ləq bir bə­ləd­çi­yə eh­ti­yac du­ya­caq.

Məhz hə­min eh­ti­ya­cı ödə­mək üçün Us­tad soy­daş­la­rı­na yol­gös­tə­rən sa­yı­la­sı bir dərs­lik qə­lə­mə al­ma­ğı qət edir: "Mən var­lıq­la­ra id­rak və his­siy­yat gö­zü ilə ba­xa­raq, tə­fək­kür və dü­şün­cə ad­dım­la­rı ilə on­la­rı seyr edə­rək gör­düm ki, hər han­sı bir cin­sə aid olan növ, hər han­sı bir nö­və aid olan si­nif, hər han­sı sin­fə aid olan fərd və hər han­sı fər­də aid olan bir üzv is­tər ira­də ilə, is­tər­sə də ira­də­siz ola­raq, müt­ləq bir iş­lə məş­ğul­dur. Bu­na gö­rə də fə­a­liy­yət­siz­lik və la­qeyd­lik­dən çə­ki­nə­rək öm­rü­mü qəf­lət­də kor­la­maq­dan sa­qın­dım və iş­lər­dən bi­ri­ni seç­dim ki, onun­la qis­mə­tim və ba­car­dı­ğım qə­dər bi­lik kəsb edim.

...Be­lə­lik­lə, mən söz­lə­ri nəz­mə çək­mək yo­lu­na düş­düm və bu yol­da ka­i­na­tın ni­za­mı­nın hik­mə­ti­ni dərk et­dim. Mə­nim nəz­mim mə­nə gös­tər­di ki, əş­ya­da­kı ahəng­dar­lıq üçün bir ni­zam­la­yı­cı, his­si və əq­li rə­qəm­lər üçün də bir he­sab­la­yı­cı ol­ma­lı­dır. Bu­na gö­rə də Onun tam mər­hə­mə­tin­dən yar­dım is­tə­yə­rək Onu ta­nı­maq yo­lu­nu ax­tar­dım".

Sə­fə­ri­nə çıx­dı­ğı Al­la­hı ta­nı­maq yo­lu ilə çox ge­dib-gəl­miş Fü­zu­li hə­min yo­lun ağıl­lı yol­çu­su ol­ma­ğın sir­lə­ri­ni yurd­daş­la­rı­na öy­rət­mə­yə baş­la­yır.

Bu­nun­çün dörd sü­tun­lu bir ev qu­rur.

Onun "dörd sü­tun­lu ev" de­di­yi ima­rət dörd bö­lüm­dən iba­rət ri­sa­lə­si idi.

İçə­ri­sin­də şeir ol­ma­yan bu ri­sa­lə­nin şe­ir­lə­ri isə var.

O şe­ir­lər Fü­zu­li­nin di­gər mən­zum əsər­lə­ri­nə sə­pi­lib ki, "Mət­lə ül-eti­qad"­da­kı mət­lə­bi ora­lar­da da da­vam et­dir­sin­lər. Gə­ti­rib o par­ça­la­rı bu ri­sa­lə­yə qo­vuş­du­ran­da gö­rür­sən ki, əs­lin­də, ey­ni mət­lə­bi bə­yan edir­lər və bir bü­tö­vün his­sə­lə­ri­dir­lər.

Bu­nu ri­sa­lə­də ya­zır: "Müx­tə­lif əqi­də sa­hib­lə­ri­nin tə­ri­qət­lə­ri ilə ta­nış ol­dum və on­la­rın fay­da­lı­sı­nı mə­nim­sə­dim. Za­man tə­ləb edir­di ki, bun­la­rın möv­cu­diy­yə­ti qo­ru­nub sax­lan­sın və əs­ra­rı giz­li qal­ma­sın. Bu­na gö­rə də on­la­rı mü­ha­fi­zə et­mək üçün 4 rük­nü olan bir ev tik­dim. Be­lə ki, onun tə­mə­lin­də iman ba­ğı­na açı­lan bab­lar – qa­pı­lar var­dı".

Şe­ir­siz "Mət­lə ül-eti­qad"­dan cü­da düş­müş və ey­ni is­tə­yi di­lə gə­ti­rən bu mis­ra­lar­sa "Ley­li və Məc­nun"­da­dır:

 

Döv­rün bu dörd fəs­li­lə bir mö­tə­dil za­man,

Şə­rin (şə­ri­ə­tin – R.H.) bu dörd rük­ni­lə bir mö­tə­bər bi­na.

Ya Mus­tə­fa, Fü­zu­li-yi möh­ta­cə rəhm edüb

İz­har-i il­ti­fat ilə qıl ha­cə­tin rə­va.

Eti­qad et­mək is­tə­yən, iman yo­lu­nu in­ti­xab edən in­sa­na əzəl baş­dan nə­lə­ri bil­mə­li ol­du­ğu­nu nəql edən Fü­zu­li bi­li­yin özün­dən baş­la­yır. Və bi­li­yi elm­dən ayı­rır. El­mi da­ha üs­tün he­sab edir. "Qu­ran"ın "Əsr" su­rə­si­nin "yal­nız iman gə­ti­rib xe­yir iş gö­rən­lər"in zi­yan içə­ri­sin­də ol­ma­dı­ğı­nı təs­diq­lə­yən 3-cü ayə­si­nə is­ti­nad edən Fü­zu­li bi­li­yi bü­tün xe­yir iş­lə­rin mü­qəd­di­mə­si ad­lan­dı­rır və Al­la­hın sev­di­yi ən ali ne­mə­tin də məhz bi­lik ol­du­ğu­nu vur­ğu­la­yır. Fik­ri­ni is­bat üçün Pey­ğəm­bər­dən kö­mək umur, Al­la­hın qut­sal hə­dis­lə­rin bi­rin­dən eşi­di­lən bu söz­lə­ri­ni din­lə­yib de­yir: "Mən giz­li bir xə­zi­nə idim və is­tə­dim ki, Mə­ni ta­nı­sın­lar, bil­sin­lər. Bu­na gö­rə məx­lu­qa­tı ya­rat­dım".

Bi­lik vur­ğu­nu olan alim Fü­zu­li xal­qı­nın uc­dan­tut­ma alim ol­ma­sı niy­yə­ti­nə dü­şə­cək qə­dər sa­də­lövh de­yil­di­sə də, hər hal­da hər bir soy­da­şın­da el­mə hə­vəs oyat­ma­ğı di­lə­yir­di və bi­li­yə can at­ma­ğı elə Al­la­hı ta­nı­ma­ğın əla­mət­lə­rin­dən bi­ri ki­mi mə­na­lan­dı­rır­dı: "Al­lah in­sa­nı baş­qa var­lıq­lar­dan ona gö­rə üs­tün tut­muş­dur ki, in­san iş­lə­ri ağıl və id­rak ilə ida­rə edir. Bu­na gö­rə də ağıl və id­rak­dan qəf­lət et­mək bu alət­lə­ri iş­lət­mə­mə­yə, fə­a­liy­yət­siz­lik­lə və eti­na­sız­lıq­la bu ne­mət­lə­ri kor­la­ma­ğa sə­bəb olar. Yax­şı­sı bu­dur ki, ağıl­lı adam öz ya­ran­ma­sı haq­qın­da dü­şün­sün, öz xil­qə­ti­nin əs­li­ni araş­dır­sın".

Baş­qa­la­rı­na töv­si­yə et­di­yi bu zəh­mə­tə da­ha ön­cə Fü­zu­li özü qat­laş­mış­dı və iti ağ­lı, bə­si­rət­li­li­yi, dər­ya bi­lik­lə­riy­lə ye­tiş­di­yi ən ali hə­qi­qət bu ol­muş­du ki, alə­min, xil­qə­tin mən­şə­yi Tan­rı­ya bağ­lı­dır.

Və din, iman qar­daş­la­rı­na bu ül­vi ger­çə­yi aşı­la­maq­dan öt­rü Fü­zu­li din ki­tab­la­rın­dan də­lil gə­tir­mir­di.

Dün­ya­nın da­hi alim­lə­ri­nin, öl­məz mü­tə­fək­kir­lə­ri­nin, o kəs­lə­rin ki, on­la­rın sö­zü­nün mö­tə­bər­li­yi hər kə­sə agah idi, qə­na­ət­lə­ri­ni cəm­lə­yib qo­yur­du oxu­cu­su­nun ov­cu­na.

"Alə­min bir Ya­ra­dı­cı­sı var­dır" de­yən Mi­let­li Fa­le­si iq­ti­bas edir­di:

"İlk ün­sür su­dan iba­rət­dir, su­yun hər bir şək­lə düş­mək qa­bi­liy­yə­ti ol­du­ğu­na gö­rə onun sıx­la­şıb bər­ki­mə­sin­dən yer, du­ru­lub in­cə­ləş­mə­sin­dən od və ha­va əmə­lə gəl­miş­dir. Göy isə odun tüs­tü­sün­dən tö­rən­miş­dir".

Və yu­nan müd­ri­ki­nin bu söz­lə­riy­lə "Qu­ran"ın söz­lə­ri­nin üst-üs­tə düş­dü­yü­nü is­bat et­mək­çün "Hud" su­rə­si­nin 7-ci ayə­si­ni ni­şan ve­rir­di: "Onun ər­şi su üzə­rin­də idi".

Ar­dın­ca da Anak­sa­qo­run, Em­pe­dok­lun, He­rak­li­tin, Pi­fa­qo­run, Plu­tar­xın, Sok­ra­tın, De­mok­ri­tin ey­ni dü­şün­cə­də ol­duq­la­rı­nı nü­ma­yiş et­di­rən fi­kir­lə­ri­ni sı­ra­la­yır­dı.

Ay­dın­dır ki, Fü­zu­li bu mü­əl­lif­lə­rin ha­mı­sı­nı ərəb­cə­yə tər­cü­mə­də dö­nə-dö­nə oxu­muş­du, mə­nim­sə­miş­di və hə­min ki­tab­lar­dan əxz et­di­yi özək­lə­ri "Qu­ran"­la, hə­dis­lər­lə tu­tuş­du­rur­kən bir tə­rəf­dən "Qu­ran"ın el­mi əsas­la­ra ma­lik ol­du­ğu­nu gös­tər­mək qəs­din­də idi­sə, di­gər yan­dan çağ­daş­la­rı­nı, əs­lin­də, həm də "Qu­ran"­la səs­lə­şən və de­mək, də­yə­ri yük­sək olan hə­min əsər­lə­ri mü­ta­li­ə­yə sövq edir­di.

Ərəs­tu­nun – Aris­to­te­lin söz­lə­ri­ni nü­mu­nə ve­rir­di: "Va­hid Ya­ra­dı­cı­dan il­kin fəal ağıl nə­şət et­miş­dir".

Dər­hal da əla­və edir­di: "Bu fi­kir Pey­ğəm­bə­rin de­di­yi "Al­la­hın ilk ya­rat­dı­ğı şey ağıl­dır" söz­lə­ri­nə uy­ğun­dur".

Fü­zu­li ağ­lın gü­cü ilə dün­ya­da­kı su­al­la­rın ən qə­li­zi­nin ən qə­li­zi­nə – Al­la­hın var­lı­ğı nə­dən iba­rət­dir – sor­ğu­su­na ca­vab tap­maq­da bə­ləd­çi ol­maq­çün dü­şür oxu­cu­su­nun qar­şı­sı­na.

Qə­dim yu­nan və Şərq fi­lo­sof­la­rı­nın, or­ta çağ­da möv­cud olan baş­lı­ca dü­şün­cə cə­rə­yan­la­rı­nın vaxt sı­naq­la­rın­dan ad­la­mış və ina­nıl­mış qə­na­ət­lə­rin­dən si­tat­lar gə­ti­rə-gə­ti­rə Nur olan Tan­rıy­la əla­qə­dar qa­ran­lıq mə­qam­la­ra işıq sa­lır.

Al­la­ha ənə­nə­vi ola­raq inan­maq, elə ümu­mi axı­na qo­şu­la­raq əta­lət­lə Al­la­hın var­lı­ğı­nı qə­bul et­mək­lə Al­la­hı dərk et­mək ara­sın­da yer­lə göy­cə fərq var.

Fü­zu­li özü də bu Ger­çək Al­lah­çı ol­maq yük­sək­li­yi­nə bir­dən-bi­rə ye­tiş­mə­miş­di.

Fü­zu­li­nin oxu­du­ğu, öy­rən­di­yi mü­tə­fək­kir­lə­rin, mi­sil­siz şa­ir­lə­rin də heç bi­ri bu an­la­maq uca­lı­ğı­na qə­fil­cə çat­ma­mış­dı.

Bu, sü­rək­li yo­xuş­lar qal­xan­dan son­ra iri­şi­lən, Al­lah haq­qın­da dü­şün­cə­lə­ri uzun za­man­lar bo­yu bey­nin­də və ürə­yin­də gəz­di­rən­dən son­ra də­rin zə­ka­lı­la­ra nə­sib olan feyz­dir.

Bu elə müt­ləq hə­qi­qət­dir ki, dün­ya da­hi­lə­ri­nin ha­mı­sı­na gec-tez o pən­cə­rə açı­lır.

Adi adam­lar­dan da­ha çox, da­ha ge­niş, da­ha də­rin bil­dik­lə­ri­nə, bü­tün bi­lik­lə­rin nə­ha­yət­də gə­lib Al­lah­da da­yan­mas­nı kəşf et­dik­lə­ri­nə gö­rə.

O mər­tə­bə­yə Əf­la­tun da ye­tiş­miş­di, Ərəs­tu da ye­tiş­miş­di, Əbu Əli İbn Si­na da ye­tiş­miş­di, Fü­zu­li də ye­tiş­di.

Və zə­ma­nə­mi­zin da­hi­si Al­bert Eyn­şteyn də, öz eti­ra­fı­na gö­rə, Ali Var­lı­ğı tam­lı­ğıy­la yal­nız öm­rü­nün son par­ça­sın­da dərk et­di.

Tan­rı haq­qın­da öy­rən­dik­lə­ri­ni Fü­zu­li ne­cə öy­rə­dir­di, Al­la­hın han­sı tə­yin və tə­rif­lə­ri­ni biz­lə­rə təl­qin edir­di?

...Al­lah yox­lu­ğa mə­ruz qal­maz və yox­dan əmə­lə gəl­mə­miş­dir. Hər şe­yi özün­də bir­ləş­di­rir və əha­tə edir.

...O, əzə­li və əbə­di­dir, ye­ga­nə var­lıq­dır.

...O, əzə­li ira­də sa­hi­bi­dir.

...O, hiss et­mə mə­na­sın­da de­yil, dərk et­mə mə­na­sın­da eşi­dən və gö­rən­dir.

...O, mə­kan və səmt da­xi­lin­də de­yil­dir; çün­ki mə­kan və səmt onun ci­sim ol­ma­sı­nı tə­ləb edir, hal­bu­ki Tan­rı ci­sim de­yil­dir.

...O, kə­dər duy­maz. Çün­ki ələm zid­din (məq­sə­də uy­ğun ol­ma­yan şe­yin və ya ha­di­sə­nin) nə­ti­cə­si­dir. Hal­bu­ki Tan­rı­ya zidd yox­dur.

...O, ləz­zət al­mır. Çün­ki ləz­zət tə­sir qə­bul et­mək nə­ti­cə­si olub, can­lı­la­rın mi­za­cı­na aid olan xü­su­siy­yət­dir.

...O öz za­tı­nı dərk edən­dir və öz za­tı­nı dərk et­mək isə ən bö­yük ləz­zət­dir. Bu, ləz­zət­dən fərq­li bir xü­su­siy­yət­dir – zövq­dür. Fərq bu­ra­sın­da­dır ki, zövq da­i­mi­dir, ləz­zət ötə­ri­dir.

...O, bir­ləş­mə qə­bul et­məz. Çün­ki bir­ləş­mə iki şe­yin bir şe­yə çev­ril­mə­si­dir. Tan­rı isə za­tən va­hid­dir.

...O, özün­dən baş­qa di­gər şe­yə ox­şa­mır. Çün­ki ox­şa­maq xü­su­siy­yə­ti­nin fərq­lən­di­ri­ci­yə eh­ti­ya­cı var. Eh­ti­ya­cı olan şey isə va­cib ola bil­məz.

Yox, bu, Al­la­ha Fü­zu­li­nin ver­di­yi də­yər­lən­dir­mə­lə­rin hə­lə ha­mı­sı de­yil və ola da bil­məz.

ONUN si­fət­lə­ri­nin ha­mı­sı­nı ifa­də et­mək müm­kün ol­say­dı, onu tam ta­nı­ma­ya ya­xın­la­şar­dıq.

Bu isə heç pey­ğəm­bər­lə­rin də mü­yəs­sər ol­ma­dı­ğı sə­a­dət­dir.

Və Fü­zu­li özü­nə də, bi­zə də tə­səl­li ki­mi Mə­həm­məd Pey­ğəm­bə­rin de­yi­şi­ni ör­nək ve­rir: "Biz sə­ni (Al­la­hı) la­zı­mın­ca ta­nı­ya bil­mə­dik".

Sə­hi­fə-sə­hi­fə əl­çat­maz Al­la­hın çev­rə­si­nə do­la­nan Fü­zu­li qə­lə­mi­nin şe­i­rə sa­rı qan­rıl­ma­ma­ğa səb­ri ne­cə ça­tır­mış?

La­kin şe­ir­siz "Mət­lə ül-eti­qad" sə­hi­fə­lə­ri­nin bə­zə­yi ola­sı Al­lah şe­ir­lə­ri­ni bu ri­sa­lə içə­ri­sin­də ver­mə­sə də, Fü­zu­li hər hal­da ya­zıb. "Di­van"ın­dan, di­gər mən­zu­mə­lə­rin­dən ayı­ra­raq "Mət­lə ül-eti­qad"a əla­və edin­cə bu hik­mət­li sə­hi­fə­lər gül açan ki­mi olar, elə əv­vəl­dən bu sə­hi­fə­lə­rin qoy­nu­na qa­tıl­say­dı­lar, bəl­kə ri­sa­lə də da­ha ra­hat oxu­nub an­la­nar­dı.

 

Ey va­rı yox ey­lə­yən, yo­xu var,

Yox var­lı­ğın­da zənn ü in­kar!

...Əş­ya­da əgər­çi raz çox­dur,

Ol kim ola ra­zın on­da yox­dur.

Əş­ya ne­cə sən­dən ol­sun agah,

Əl­qüd­rət ü vəl-bə­qa ü lil­lah

(Qüd­rət və əbə­diy­yət Al­la­ha məx­sus­dur – R.H.).

...Cis­mə ərə­zi kim et­di qa­im,

Na­rə nə­dən ol­du nur la­zim?

Hər xil­qə­tə gər­çi bir sə­bəb var,

Aya sə­bə­bi kim et­di iz­har?

Hər zər­re-yi za­hi­rin zü­hu­ri,

Bir öz­gə­yə bağ­lı­dır zə­ru­ri.

Gər qa­yə­tə ey­lə­sən tə­əm­mül,

Za­hir olur on­da məz­hər-i küll.

Ver­sən özü­nə fə­na-yi müt­ləq,

İs­bat olur ol fə­na ilə həqq.

...Ol pər­də­yə kim­sə rah bul­maz,

Təh­qiq bil, onu bil­mək ol­maz.

Gər yet­sə idi bu sir­rə id­rak,

De­məz­di rə­sul "ma­ə­rəf­nak".

Al­la­hın ən açıl­maz sir­ri, ya sir­lə­ri han­sı­lar­dır?

Hər hal­da ən azı bi­ri­ni elə öz işa­rə­sin­dən bi­li­rik – ruh!

 

Çün­ki "Qu­ran"ın "Əs­ra" su­rə­sin­də Al­lah öz El­çi­si­nə mü­ra­ci­ət­lə aş­kar­ca söy­lə­yib: "Ey Mə­həm­məd! De ki, ruh mə­nim Tan­rı­mın iş­lə­rin­dən­dir və si­zə bu el­min az bir his­sə­si ve­ril­miş­dir, siz bu­nu dərk edə bil­məz­si­niz".

La­kin Us­tad Fü­zu­li cəhd edib ki, haq­qın­da hət­ta "Qu­ran"ın be­lə az bil­gi ver­di­yi ru­hu in­sa­na da­ha yax­şı ta­nıt­sın, məh­dud so­raq­lar çər­çi­və­sin­də ol­sa da, ru­hun ma­hiy­yə­ti­ni da­ha asan fəhm edi­lə­si bir bi­çim­də aç­sın.

Fü­zu­li bu ki­ta­bı­nı da, bü­tün baş­qa əsər­lə­ri­ni də, be­lə du­yu­lur ki, əsas bir məq­səd­lə qə­lə­mə alıb – in­sa­na özü­nü da­ha ya­xın­dan gös­tər­mək, in­sa­nı özü­nə da­ha yax­şı ta­nıt­maq üçün.

Və is­ti­nad nöq­tə­si də Mə­həm­məd Pey­ğəm­bə­rin kə­la­mı olub: "Hər kim özü­nü ta­nı­yar­sa, Al­la­hı­nı da ta­nı­yar".

Və Fü­zu­li ru­hun in­sa­nı in­san edən baş­lı­ca amil ol­ma­sı inan­cın­da­dır.

"Mət­lə ül-eti­qad"ın ikin­ci rük­nü­nün "İn­san haq­qın­da bi­li­yə aid" dör­dün­cü fəs­lin­də ya­zır­dı: "İn­san ruh və bə­dən­dən iba­rət­dir. Ru­hun var­lı­ğı sa­bit­dir, in­san baş­qa hey­van­lar­la ira­di hə­rə­kə­ti­nə gö­rə müş­tə­rək­dir. La­kin ağıl­lı təd­bir­lə­ri, mə­sə­lən, ti­ca­rət, zi­raət (əkin­çi­lik) və sa­i­rə ilə hey­van­lar­dan fərq­lə­nir. Mə­lum olur ki, in­sa­nın baş­qa hey­van­lar­dan üs­tün­lü­yü­nün, yə­ni, təd­bir və ira­də et­mə­si­nin sə­bə­bi ruh­dur".

Və Fü­zu­li Al­la­hın tə­yin və tə­rif­lə­ri­ni ver­di­yi ki­mi, so­na­can dər­ko­lun­maz qa­lan ru­hun da hü­dud­la­rı­nı mü­əy­yən­ləş­di­rə­rək öz qiy­mət­lən­dir­mə­lə­ri­ni sa­da­la­yır.

...Ruh cis­ma­ni de­yil. Çün­ki ci­sim his­sə­lə­rə bö­lü­nür. Ruh isə bö­lün­məz­dir.

...Ruh nə mad­də­dir, nə də su­rət. Çün­ki mad­də ilə su­rət bir-bi­rin­dən ay­rıl­maz­dır, hal­bu­ki ruh mad­də və su­rət­dən ay­rı­la bi­lər.

...Ruh be­yin­də qə­rar­la­şan bir qüv­və olub, hiss və hə­rə­kə­tin mən­şə­yi­dir.

...Ru­hun üç qüv­və­dən iba­rət ol­du­ğu da söy­lə­nib. On­lar­dan bi­rin­ci­si be­yin­də olub hik­mət mən­şə­yi, ikin­ci­si ürək­də olub qə­zəb mən­şə­yi, üçün­cü­sü qa­ra ci­yər­də olub eh­ti­ras mən­şə­yi­dir.

...Ruh bə­də­nin po­zul­ma­sın­dan son­ra da qal­maq­da da­vam edən mü­cər­rəd və bə­sit bir cöv­hər­dir ki, onun var­lı­ğı bir hə­qi­qət ol­du­ğun­dan yox­lu­ğa uğ­ra­ma­sı im­kan xa­ri­cin­də­dir.

Be­lə­cə, Fü­zu­li ru­hun bir dal­ğa ki­mi yox ol­maz­lı­ğı­nı, bir qüv­və ki­mi da­i­mi var ol­ma­sı­nı təs­diq­lə­yir və əs­lin­də, onun bu təs­diq­lə­rin­də ru­hun elə Al­la­hın hər bə­dən içə­ri­sin­də bir zər­rə şək­lin­də tə­za­hür et­mə­si­nə xə­fif işa­rə se­zi­lir.

Bəl­kə elə bu sə­bəb­dən – özü­nə bir­ba­şa dəx­li ol­du­ğun­dan Al­lah ruh­la əla­qə­dar qa­pı­nı lap aza­cıq aça­raq çox ay­rın­tı­la­rı müb­həm sax­la­yıb?

Şe­ir­siz "Mət­lə ül-eti­qad"­da alim əda­sıy­la da­nı­şan Fü­zu­li o ri­sa­lə­yə düş­mə­miş bu mis­ra­lar­da da təx­mi­nən ey­ni mət­ləb­lə­ri gö­tür-qoy edir. Bu­ra­da da, əs­lin­də, elm var. Şa­i­ra­nə ha­lə­yə bü­rün­müş elm:

 

Hər riş­tə ki, həqq əyan edib­dir,

Sər­riş­tə­si­ni ni­han edib­dir.

Bir kim­sə əgər olay­dı agah

Kim, xəl­qi ne­cə ya­ra­dır Al­lah,

Müm­kün ki, ira­də­ti­lə Ol həm

Xəlq edə bi­ləy­di öz­gə aləm.

Ver­məz çü kə­mal-i hik­mət-i həqq

Təh­qiq-i rü­mu­zə rah-i müt­ləq.

Faş ol­du ki, sirr-i həqq ni­han­dır,

Aləm­də ni­şa­nı bi­ni­şan­dır.

Göy üzün­də say­sız-he­sab­sız ruh­lar uçu­şur.

Mil­yon­lar­la, mil­yard­lar­la.

 

Ruh öl­məz­dir­sə, de­mə­li, dün­ya var olan­dan bə­ri ke­çib-get­miş in­san­la­rın ha­mı­sı­nın ruh­la­rı və­fa­sız bə­dən­dən fərq­li ola­raq po­zul­ma­dan, da­ğıl­ma­dan, çü­rü­mə­dən, it­mə­dən döv­ran et­mək­də­dir.

Bu­na inan­ma­ğı­mız gəl­mir.

Am­ma sa­ğı­mız­da-so­lu­muz­da elə ruh ki­mi uçu­şan dal­ğa­la­rı cib te­le­fon­la­rı­mız, ra­di­o­la­rı­mız, te­le­vi­zi­ya­la­rı­mız tu­tur, on­la­rı sə­sə, təs­vi­rə çe­vi­rə­rək bi­zim­çün əya­ni­ləş­di­rir, bun­la­rı ən adi hə­qi­qət­lər ki­mi qav­ra­yır, tə­əc­cüb-fi­lan da et­mi­rik.

La­kin axı his­siy­ya­tı güc­lü tək-tək müs­təs­na in­san­lar var ki, ruh­la­rı din­dir­mə­yi, on­lar­la ün­siy­yə­tə gir­mə­yi, on­la­rı da­nış­dır­ma­ğı ba­ca­rır­lar.

Tək-tək­lər bu­na qa­dir­sə, bəl­kə ha­çan­sa biz­lər­də də elə hə­min ruh dal­ğa­la­rı­nın tez­li­yi­nə uy­ğun­la­şa­raq on­la­rı "tut­maq" im­ka­nı ya­ran­dı?

Fü­zu­li hər hal­da söz­lə­rin, fi­kir­lə­rin dal­ğa­sı­nın ən ağ­la­sığ­maz tez­lik­lə­ri­nə uy­ğun­la­şa­raq on­la­rı ram edə, əya­ni­ləş­di­rə bi­lir­miş.

Sü­bu­tu həm nəsr­lə, həm nəzm­lə, həm şa­ir­cə, həm alim­cə yaz­dıq­la­rı­dır.

Hər üs­tün ağıl sa­hi­bin­də, hər seç­kin dər­ra­kə da­şı­yı­cı­sın­da aza­cıq da ol­sa pey­ğəm­bər­lik­dən əsər var.

Fü­zu­li mə­ra­mı öy­rət­mək olan Pey­ğəm­bə­ri "mü­əl­lim" ad­lan­dı­ran­da tam haq­lı idi.

O mə­na­da, hər da­hi mü­əl­lim­dir və mü­əl­lim­dir­sə, pey­ğəm­bər­lik­dən uzaq de­yil.

Mə­həm­məd Pey­ğəm­bər­sə mü­əl­lim­lər mü­əl­li­mi idi və Fü­zu­li ma­sa­üs­tü ol­ma­ğa la­yiq ri­sa­lə­sin­də Son El­çi­nin mü­əl­lim mə­ziy­yət­lə­ri­ni alim sə­riş­tə­siy­lə bir­cə-bir­cə in­cə­lə­yir, qa­fa­la­ra ötü­rür­dü.

Həm də bir az uzaq­dan baş­la­yır­dı, Tan­rı­nın adil ol­du­ğu­nu və məhz əda­lət­li­li­yi sə­bə­bi­lə hər xal­qa mər­hə­mə­ti­nin sü­bu­tu ki­mi bir pey­ğəm­bər gön­dər­di­yi­ni ya­zır­dı.

Bir pey­ğəm­bər ki, o, xal­qa "ge­də­cək­lə­ri yo­lu gös­tər­sin, məş­ğul ola­caq­la­rı iba­də­ti tə­yin et­sin".

Bu nə­yə gö­rə zə­ru­riy­miş?

İzah edir: "İn­san tə­bi­ə­tən mə­də­ni­dir. Mə­də­niy­yət isə cə­miy­yə­tə əsas­la­nır. Cə­miy­yət də öz qar­şı­lıq­lı iş-əla­qə­lə­rin­də qa­nu­na möh­tac­dır ki, in­ti­za­mın sə­bə­bi olan mə­də­niy­yət­də poz­ğun­luq əmə­lə gəl­mə­sin. Bu­na gö­rə la­büd ola­raq elə bir qa­nun­ve­ri­ci ol­ma­lı­dır ki, Al­lah tə­rə­fin­dən mü­qəd­dəs bir nəf­sə və mə­lək­lə­rə aid əx­la­qa nail ol­muş ol­sun və be­lə­lik­lə, əmr­lər və nəhy­lər (qa­da­ğan­lar) ba­rə­də onun rəh­bər­li­yi doğ­ru ol­sun. Be­lə bir qa­nun­ve­ri­ci pey­ğəm­bər­dən, qa­nun isə şə­ri­ət­dən iba­rət­dir".

Fü­zu­li eti­qad bə­ləd­çi­si, iman dərs­li­yi ya­zır­dı, ona gö­rə dü­şün­dük­lə­ri­ni elə sa­də və ay­dın mi­sal­lar­la əla­qə­lən­di­rir­di ki, ən ko­ra­ze­hin ada­mın da on­la­rı ba­şa düş­mə­si ra­hat idi.

Hər kə­sin bə­də­ni, yax­şı, ya pis iş­lər gör­mə­yə qa­dir bə­dən üzv­lə­ri, fit­rə­tən şəh­və­tə mail olan tə­bi­ə­ti, cı­zı­ğın­dan çıx­ma­ğa yö­nə­lik nəf­si, bir də in­sa­nı ida­rə edə­rək bəd əməl­lər­dən çə­kin­di­rən ağ­lı var.

Bun­lar hər kə­sə mə­lum.

Fü­zu­li ay­dın­laş­dı­rır­dı – bə­dən elə içə­ri­sin­də ya­şa­dı­ğı­mız cə­miy­yət­dir, alə­min əha­li­si bə­də­nin pis və yax­şı iş­lər gör­mə­yə qa­dir his­sə­lə­ri­dir, ib­lis bə­dən­də­ki hə­min nəfs, şəh­va­ni duy­ğu­lar, ağıl isə in­sa­nı yo­lun­dan az­ma­ğa ma­cal ver­mə­yən pey­ğəm­bər­dir.

Ən ka­mil dün­ya fi­lo­sof­la­rı­nın əsər­lə­rin­dən zər­bül­mə­səl ifa­də­lə­ri tu­tal­qa ki­mi ri­sa­lə­si­nə cəlb et­mək­lə ya­na­şı, bun­ca sa­ya an­lat­ma üsu­lu Fü­zu­li əsə­ri­ni elə şe­i­ri ki­mi ha­mı­nın­kı ol­maq sə­viy­yə­si­nə ("en­di­rir­di", ya­xud "qal­dı­rır­dı" fel­lə­ri­nin heç bi­ri bu­ra­da tam ye­ri­nə düş­mə­diyn­dən ya­zı­ram ki) ye­ti­rir­di.

Fü­zu­li Mə­həm­məd Pey­ğəm­bə­rin bir na­dir şəx­siy­yət və mü­qəd­dəs var­lıq ki­mi vur­ğu­nuy­muş.

Şe­ir­siz "Mət­lə ül-eti­qad"­da Pey­ğəm­bə­ri mədh edən nə qə­dər tu­tar­lı söz­lər ya­zır­sa da, Fü­zu­li­nin mə­həb­bə­ti bü­tün çıl­paq­lı­ğı və bö­yük­lü­yü, qay­nar­lı­ğı və sə­mi­miy­yə­ti­lə şe­ir­də­ki ki­mi əl­van­lıq və ca­zi­bə­dar­lıq­la tə­za­hür et­mir.

Mə­həm­məd Pey­ğəm­bə­rə həsr et­di­yi bol­lu­ca qə­zəl və qə­si­də­lə­rin­də hə­min eşq bu­laq ki­mi çağ­la­ma­da­dır.

Məz­mun, fi­kir, ma­hiy­yət­sə ey­ni­dir.

Bu­ra­da nə­lə­ri de­yib­sə, şe­ir­də də hə­min hiss­lə­ri ifa­də edib.

Sa­də­cə, şe­i­ri da­ha gö­zəl edən elə on­da­kı Pey­ğəm­bə­rə də xas olan key­fiy­yət – ila­hi il­ham­dır.

 

Hər ki­ta­bə kim ləb-i lə­lin hə­di­sin ya­zə­lər,

Riş­te-yi can bir­lə zövq əh­li onu şi­ra­zə­lər.

Bu nə sir­dir, sirr-i eş­qin aç­ma­dan bir kim­sə­yə,

Şəh­rə düş­müş mən sə­ni sev­dim de­yən ava­zə­lər.

 

Pey­ğəm­bə­rin do­da­ğın­dan qop­muş hər hə­di­sin ya­zıl­dı­ğı hər və­rə­qə ürə­yi­nin tel­lə­riy­lə na­xış­lı ha­şi­yə­lər vur­ma­ğa ha­zır olan Fü­zu­li bi­zim Pey­ğəm­bə­rin pey­ğəm­bər­li­yi­nin yal­nız özü­nün ya­şa­dı­ğı za­man­lar­da de­yil, hə­yat­da ol­ma­dı­ğı vaxt­lar­da da sü­bu­ta yet­di­yi­nə iki də­lil gös­tə­rir.

Bi­rin­ci­si, onun bu­yur­du­ğu iş­lə­ri ye­ri­nə ye­ti­rən­də doğ­ru­lu­ğu­na, gə­rək­li­li­yi­nə daim şa­hid kə­sil­mə­yi­miz, ikin­ci­si, ya­saq bil­di­yi əməl­lə­rə qur­şa­nar­kən dər­hal büd­rə­mə­yi­miz, peş­man­lı­ğa dü­çar ol­ma­ğı­mız, qa­da­ğa­nın doğ­ru­lu­ğu­na təc­rü­bə­də əmin­lik tap­ma­ğı­mız.

Və Fü­zu­li bi­zim Pey­ğəm­bə­ri di­gər pey­ğəm­bər­lə­rin ha­mı­sın­dan üs­tün sa­yır və bu­nu da mən­tiq­li də­lil­lər­lə is­ba­ta ye­ti­rir­di.

Bi­rin­ci­si, Mə­həm­məd Pey­ğəm­bə­rin Tan­rı tə­rə­fin­dən se­çi­lən Son El­çi ol­ma­sı.

Fü­zu­li bu­na məx­su­si önəm ve­rir.

Çün­ki pey­ğəm­bər­siz dövr ol­mur, keç­miş pey­ğəm­bər­lə­rin hər bi­ri­nin­sə mü­əy­yən za­ma­nı və döv­rü ol­muş, bu dövr bi­tin­cə ye­ni bir pey­ğəm­bər gəl­miş, ye­ni eh­kam­lar gə­tir­miş­dir.

Bi­zim Pey­ğəm­bər isə so­nun­cu ol­du­ğun­dan, onun eh­ka­mı baş­qa bir pey­ğəm­bə­rə kö­çü­rül­mə­dən dün­ya­nın so­nu­na­dək qa­la­caq­dır.

İkin­ci­si, Fü­zu­li pey­ğəm­bər­lə­rin mö­cü­zə­lə­ri sa­rı­dan da bi­zim El­çi­nin da­nı­şıq­sız üs­tün­lü­yü­nü qa­bar­dır.

Di­gər­lə­ri­nin mö­cü­zə­lə­ri heç bir ya­şa­yan, di­ri əsər-əla­mət qoy­ma­dan keç­miş­lə­rə qa­rış­mış­sa, bi­zim Pey­ğəm­bə­rin mö­cü­zə­si olan "Qu­ran" mö­cü­zə­li­li­yi­ni hifz edə­rək qa­lır və qa­la­caq­dır.

Üçün­cü­sü isə Pey­ğəm­bə­ri­mi­zin me­rac mə­sə­lə­si­nə gö­rə bü­tün pey­ğəm­bər­lər cər­gə­sin­də tam ye­ga­nə ol­ma­sı­dır: "Pey­ğəm­bər me­rac ge­cə­sin­də ər­şə doğ­ru qalx­dı­ğı za­man göy­lə­rin hər bi­ri­sin­də Pey­ğəm­bə­ri apa­ran mə­lək­lər on­dan ge­ri qal­mış­dı­lar (onun get­di­yi yer­lə­rə mə­lək­lə­rin da­xil ol­maq ix­ti­ya­rı yox idi). Son­ra­lar on­dan (me­ra­cın key­fiy­yə­ti haq­qın­da) so­ruş­duq­da Pey­ğəm­bər de­miş­di ki, bu, an­caq bə­şə­riy­yə­tin seç­mə fər­di­nə mü­yəs­sər ola bi­lər və Al­lah öz əm­ri­ni si­zin bil­mə­di­yi­niz­də za­hir et­miş­dir".

"Di­van"ın­da­kı bu qə­zəl san­ki Fü­zu­li ürə­yi və qə­lə­mi­nə "Mət­lə ül-eti­qad"­da­kı hə­min böl­mə­ni ta­mam­la­maq­çün sə­ma­dan ər­mə­ğan edi­lib:

 

Ey olub me­rac bür­han-i ülüvv-i şan sa­na!

(Ey me­rac şə­ra­fə­ti­nin yük­sək­li­yi sə­nin şa­nı­na də­lil olan– R.H.)

Ye­rə en­miş göy­dən is­tiq­bal edib Für­qan ( "Qu­ran" – R.H.) sa­na.

Hiyn-i də­va-yi mə­həb­bət müd­dəi il­za­mi­nə,

Ca­hil ikən el, kə­mal-i elm bəs bür­han sa­na.

...Ba­qi­yi mö­cüz nə ha­cət əmr-i həqq is­ba­tı­na

(Pər­vər­di­ga­rın bu­yur­du­ğu­nun sü­bu­tun­dan öt­rü axi­rət mö­cü­zə­si­nə nə eh­ti­yac – R.H.),

Aləm iç­rə mö­cüz-i ba­qi ye­tər "Qu­ran" sa­na.

Vəsf Cib­ril-i əmin et­miş qə­bul-i xid­mə­tin,

Sirr-i həqq kəş­fi­nə ayət­lə ye­tib fər­man sa­na.

Sən­sən ol xa­təm (so­nun­cu – R.H.) ki, dəf et­miş tə­mam-i ha­ki­mi,

Xa­təm-i hökm-i ri­sa­lət (pey­ğəm­bər­lik mö­hü­rü­nü vur­ma­ğı – R.H.) tap­şı­rıb döv­ran sa­na.

 

La­kin Fü­zu­li dərs­lik yaz­dı­ğı­nı bir an da unut­mur­du.

Dərk edir­di ki, kim­sə baş­qa mən­bə­lər­dən Pey­ğəm­bə­rin da­nıl­ma­sı, eti­raf edil­mə­mə­si ilə də bağ­lı nə­lə­ri­sə oxu­yar və son­ra "Mət­lə ül-eti­qad"ı və­rəq­lə­yib yal­nız təq­dir­lə­ri gö­rün­cə mü­əy­yən şək­kə də dü­şər. Ona gö­rə də Fü­zu­li Pey­ğəm­bə­rə əks fi­kir­lə­ri də gə­ti­rir, on­la­rı da təh­lil edir, on­la­rın puç­lu­ğu­nu, əsas­sız­lı­ğı­nı da­nıl­maz tərz­də sü­but edir­di.

Və son­da Fü­zu­li Pey­ğəm­bə­ri pey­ğəm­bər edən iki üm­də cə­hət üzə­rin­də da­ya­nır­dı.

Pey­ğəm­bər­lə­rin qey­bə aid olan giz­li mət­ləb­lər­dən agah ol­ma­sı, bir də pey­ğəm­bər­lə­rin Tan­rı əx­la­qı­na ma­lik­li­yi.

Tan­rı əx­la­qı­nı ne­cə tə­səv­vür edir Fü­zu­li: "Əgər on­la­rın əməl­lə­ri­nin iz­lə­ri və söz­lə­ri­nin nə­ti­cə­lə­ri xal­qın əməl və söz­lə­ri ilə mü­qa­yi­sə­də sırf xe­yir­dən iba­rət olub heç bir poz­ğun­lu­ğa sə­bəb ol­maz­sa, fay­da­sı hədd-i bu­lu­ğa çat­mış bü­tün adam­la­ra a­id­dir­sə, be­lə bir şəxs pey­ğəm­bər­dir. Əgər onun əməl və söz­lə­ri özü üçün mü­əy­yən məq­səd­lər gü­dür­sə, o, pey­ğəm­bər de­yil­dir. Çün­ki pey­ğəm­bər­lər­də Al­lah əx­la­qı var­dır və on­la­rın əməl­lə­ri­nin məq­sə­di in­san­lar üçün­dür. Ne­cə ki, Al­la­hın da əməl­lə­ri be­lə­dir".

Öm­rü bo­yu Al­lah­la, Pey­ğəm­bər­lə, nə­cib­lik­lər­lə və Al­la­hın ən ül­vi ne­mə­ti Söz­lə ürək-ürə­yə ol­muş, mə­ra­mı mü­dam in­sa­na xid­mə­tə yö­nəl­miş Fü­zu­li­nin özü də be­lə bir əx­la­qın yi­yə­si de­yil­di­mi?

Ona gö­rə də ba­qi – qa­la­rı ol­ma­sı­na hə­lə özü sağ­kən ina­nan­da haq­lı idi:

 

Biz bə­qa mül­kü­nün is­tiq­lal ilə sul­ta­ni­yiz,

Mə­ni ilə ba­qi­yiz, su­rət­də gər­çi fa­ni­yiz.

 

Su­rət bə­dən idi ki, get­di, qa­lan ruh­dur.

Və so­nu ol­ma­yan eti­qad, amal yo­lu­nun baş­lan­ğı­cı­na, tə­məl kər­pic­lə­ri­nə, bü­növ­rə daş­la­rı­na ki­tab həsr edən Fü­zu­li o qiy­mət­li ri­sa­lə­si­nin so­nun­da hər hal­da ye­nə so­nu ol­ma­yan bir məf­hum – ruh haq­qın­da dü­şü­nür­dü.

Gö­rü­nür, bu sə­tir­lə­ri yaz­dıq­ca yal­nız ümu­mən ruh, mü­cər­rəd ruh ba­rə­sin­də de­yil, bir gün onun da si­nə­sin­dən uça­raq sə­ma­ya, gə­lə­cə­yə pər­vaz­la­na­caq öz ru­hu ba­rə­də fik­rə da­lır­mış: "Ruh­lar bə­dən­dən ay­rıl­dıq­da gö­yə doğ­ru yö­nə­lir. Çün­ki ruh­lar göy­lə­rə mən­sub­dur. Bu ruh­la­rın bə­zi­si keç­miş­də heç bir gü­nah et­mə­di­yi­nə gö­rə yu­xa­rı qal­xır, özü­nün fə­lək­lər­də­ki mə­qa­mın­da yer­lə­şir və mə­lum gü­nə­dək – qi­ya­mə­tə­cən tam ol­ma­yan ləz­zət­lər apa­rır. Bə­zi­lə­ri isə gü­nah­la­ra bu­laş­dı­ğı­na gö­rə göy­lə­rə doğ­ru yu­xa­rı qalx­maq is­tə­di­yi za­man mə­lək­lər on­la­ra ma­ne­çi­lik tö­rə­dir və be­lə­lik­lə, on­lar od kü­rə­sin­də yer­lə­şir, mə­lum gü­nə­dək – qi­ya­mə­tə­cən ora­da tam ol­ma­yan ələm içə­ri­sin­də qa­lır.

Həm­çi­nin de­miş­lər ki, ruh­lar bə­dən­lər­dən ay­rıl­dıq­da yax­şı ruh­lar dün­ya əh­li­nin yax­şı ruh­la­rı ilə ün­siy­yət sax­la­yır, yax­şı iş­lər­də on­la­ra yar­dım gös­tə­rir və on­lar­la gə­zir, pis ruh­lar isə pis ruh­lar­la ün­siy­yət sax­la­yır, şər iş­lər­də on­la­ra kö­mək edir, on­lar­la gə­zir".

Bu, ba­ba­mız Fü­zu­li­nin uca­lar­da say­rı­şan pak ruh­la­rın ara­sın­da ol­du­ğu yo­lay­rı­cın­dan, Cən­nət­lə bu dün­ya­nın ara­lı­ğın­dan biz­lə­rə gön­dər­di­yi cid­di xə­bər, gö­zü­mü­zü aç­maq cəh­di­dir.

Biz­lə­rə et­mək is­tə­di­yi son yax­şı­lıq­dır.

Bu hə­yə­can­lı sə­si eşit­məz­li­yə vur­ma­yaq.

Bir də hər kəs bax­sın ki, için­də han­sı ru­hu gəz­di­rir, için­də­ki ruh han­sı ruh­lar­la otu­rub-du­rur.

Nə qə­dər ki, möh­lət bit­mə­yib!..

 

 

(Da­va­mı var)

 

Hüseynov Rafael

 

525-ci qəzet.- 2009.- 24 oktyabr.- S.15-18.