Berlində xalq yazıçısı Anarla görüş olub
Almaniyanın paytaxtı
Daha sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya
Mərkəzində (AAKM) Berlindəki
Azərbaycan diaspor nümayəndələri ilə
xalq yazıçısı
Anarın görüşü
təşkil olunub.
Mərkəzin icraçı direktoru Samirə Patzer-İsmayılovanın
Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi xəbərə görə,
AYB sədri ilə görüşə Almaniyada
fəaliyyət göstərən
müxtəlif cəmiyyətlərin
rəhbərləri və
nümayəndələri, ədəbiyyatsevərlər qatılıblar. Xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatının müasir
dövrdə inkişafından,
türkdilli xalqların
ədəbiyyatlarının qarşılıqlı münasibətlərindən,
ümumiyyətlə Türkiyə
və Azərbaycan mədəniyyətlərinin tarixi
əlaqələrindən danışıb.
Anar çıxışından
sonra müxtəlif sualları cavablandırıb.
Müzakirələrdən sonra Naiba Tural
Anarın yaradıcılığından
nümunələr oxuyub.
Görüşdən məmnun
qaldığını deyən
xalq yazıçısı
Anar AAKM-ə və tədbirə toplaşanlara diaspor işində uğurlar arzulayıb. Görüşdə
ölkəmizin Almaniyadakı
səfirliyinin nümayəndələri
də iştirak ediblər.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 27 oktyabr.- S.2.