Moskvada Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi qeyd olunub

 

Moskva Millətlər Evində Azərbaycan Yazıçılar Birliyinin 75 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin, “OcaqAzərbaycan Mədəniyyəti Cəmiyyətinin, Moskva Millətlər Komitəsinin Moskva Millətlər Evinin təşkil etdikləri tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycanın tanınmış yazıçıları, Moskva ədəbi cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli təntənəli gecəni açaraq, Birliyin yaradılması tarixi fəaliyyəti, onun Rusiya ədəbi cəmiyyəti ilə sıx əməkdaşlığı barədə danışıb. O qeyd edib ki, Azərbaycan rəhbərliyinin himayəsi ilə bu gün Yazıçılar Birliyi yaşayır tam fəaliyyət göstərir, bir neçə ədəbi jurnal qəzet nəşr etmək imkanına malikdir. Azərbaycan Yazıçılar Birliyinin Rusiya paytaxtında yaşayan azərbaycanlı yazıçıları birləşdirən Moskva bölməsi barədə xoş sözlər deyən Tofiq Məlikli bildirib ki, AYB-ın Moskva bölməsinin fəaliyyəti Azərbaycan Rusiya ədəbiyyat xadimləri arasında sıx əlaqələr yaratmağa kömək göstərir.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar vurğulayıb ki, prezident İlham Əliyev Yazıçılar Birliyinin 75 illiyinin Birliyin ədəbi orqanı olanƏdəbiyyat qəzeti”nin nəşrə başlamasının qeyd edilməsi barədə sərəncam imzalamışdır. Anar bildirib ki, bu mühüm sənəd təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə yubiley tədbirlərinin keçirilməsini nəzərdə tutur. AYB sədri qeyd edib ki, Azərbaycan hökuməti Yazıçılar Birliyinə, klassik müasir ədəbiyyat nümunələrinin nəşr olunmasına böyük kömək göstərir, ədəbiyyatçıların həyat şəraitinin daim yaxşılaşdırılması qayğısına qalır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təbrik nitqində bildirib ki, Yazıçılar Birliyinin 75 illik yubileyi ölkənin həyatında böyük əhəmiyyətə malik hadisədir. Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu sahədə rolunu xüsusi vurğulayıb. O deyib ki, Heydər Əliyev xalqın mənəvi dəyərlərinin, ədəbiyyatının, mədəniyyət incəsənətinin qorunub inkişaf etdirilməsinin vacibliyini hamıdan yaxşı başa düşürdü ən çətin dövrlərdə buna köməyini əsirgəmirdi. Polad Bülbüloğlu bildirib: “Bu görkəmli dövlət xadiminin himayəsi qayğısı sayəsində Azərbaycan Yazıçılar Birliyi keçmiş Sovet İttifaqı məkanında böyük nüfuza malik yazıçılar təşkilatlarından birinə çevrildi. Bu mövqe qorunub saxlanılır daha da möhkəmləndirilir”. Polad Bülbüloğlu xüsusilə vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədə ədəbiyyata qayğı ilə yanaşılması ənənəsini bu gün davam etdirir. Azərbaycan yazıçıları üçün hər cür şərait yaradılmaqdadır. Yazıçılar Birliyinin binası əsaslı təmir edilib, dövlət Azərbaycan yazıçılarının ən yaxşı əsərlərinin nəşr edilməsinə vəsait ayırır.

Təntənəli gecədə Beynəlxalq Yazıçılar Təşkilatları Assosiasiyasının sədri İvan Pereverzin, Beynəlxalq Yazıçılar Publisistlər Assosiasiyasının prezidenti Marat Kalandarov, Altay Yazıçılar İttifaqının sədri Brontay Rkarduş, Rusiya Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının icraçı katibi Maksim Zamurışev, yazıçılar Çingiz Abdullayev, Mixail Sinelnikov, İlham Bədəlbəyli, şair Nəsib Nəbioğlu başqaları təbrik nitqi ilə çıxış ediblər. Onlar bildiriblər ki, Azərbaycan ədəbiyyata bütövlükdə mədəniyyətə münasibətin gözəl nümunəsi ola bilər. Tədbirdə yazıçılar təşkilatlarının beynəlxalq əlaqələrinin fəallaşdırılması, tərcümə mərkəzlərinin yaradılması vacibliyindən bəhs edilib bildirilib ki, bu, Azərbaycan rus ədəbiyyatlarının yayılması coğrafiyasının genişləndirilməsinə kömək göstərəcək.

 

 

525-ci qəzet.- 2009.- 28 oktyabr.- S.7.