Xanəndə Mütəllim Dəmirov: “Bir ara Biləcəri dəmiryol stansiyasında fəhlə işlədim

 

“AMMA DOLANIŞIQ ÜÇÜN BAŞQA SAHƏLƏRDƏ ÇALIŞMAĞIM MƏNİM MUĞAM İFAÇILIĞINA OLAN HƏVƏSİMİ ZƏRRƏ QƏDƏR DƏ AZALTMADI”

 

Azərbaycan mədəniyyətini onun ayrılmaz hissəsi olan muğamı özünəməxsus ifası ilə təbliğ edən istedadlı sənətçilərdən biri Akademik Opera Balet Teatrının solisti, xanəndə Mütəllim Dəmirovdur. Bu yaxınlarda o, 2007-ci ilXalq ulduzuyarışmasının iştirakçısı İlahə İbrahimovayla birgə qardaş Türkiyədə keçirilən növbəti mədəniyyət tədbirinin iştirakçısı olub. “Muğam fırtınasıadlanan konsert proqramında xanəndəmizin iştirakı, qatıldığı tədbirlər, eləcə ümumən yaradıcılıq həyatı ətraflı məlumat almaq üçün Mütəllim Dəmirovun özü ilə görüşüb söhbətləşdik. 

Hər şeydən əvvəl, istərdim soruşam ki, səndə musiqiyə, xüsusən də muğama olan həvəs hardan qaynaqlanıb? 

Məndə musiqiyə marağı atam yaradıb. O, Kürdəmirdən olan məşhur sənətkar Aşıq Şakir Hacıyevi öz qoşanağarası ilə toylarda müşayiət eləyirdi. Bununla yanaşı, atamın gözəl səsi var idi. Aşıq Şakir bunu bildiyindən təkid eləmişdi ki, atam qoşanağaranı bir kənara qoyub, oxusun. Bu hadisədən sonra atam Aşıq Şakirlə birlikdə el şənliklərində xanəndəlik eləməyə başlayıb. 1960- illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində Seyid Şuşinskinin tələbəsi Nəriman Əliyevdən dərs alıb. Elə mənim ilk müəllimim evdə atam olub. Hələ 1980-ci illərdə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində orta məktəbdə oxuyarkən musiqiyə böyük maraq göstərmişəm. Əvvəlcə nağarada ifa etməyə başlamışam. Təxminən 9-10 yaşlarımda atam hiss elədi ki, mənim səsim var. Həmin vaxtdan etibarən kiçik həcmli aşıq mahnılarını əzbərləyib oxumağa başladım. 

Muğamın incəliklərini öyrənmək üçün musiqi təhsili, xüsusən də görkəmli muğam ustalarından dərs almaq vacib şərtlərdən biridir. Sən necə, bu şərtlərə əməl edə bilmisənmi? 

– 1988-ci ildə orta məktəbi bitirib musiqi məktəbinə sənəd vermişəm. Lakin qəbul ola bilmədiyim üçün hərbi xidmətə yollanmışam. 1991-ci ildə hərbi xidmətimi başa vurub Vətənə qayıtdım. Yenidən musiqi məktəbinə sənəd versəm , bu dəfə qəbul ola bilmədim. Bundan sonra bir müddət musiqidən kənarlaşdım. Dolanışıq üçün başqa sahələrdə çalışdım. Hətta bir ara Biləcəri dəmiryol stansiyasında fəhlə işlədim. Ancaq bütün bunlar mənim musiqiyə, muğam ifaçılığına olan həvəsimi, marağımı zərrə qədər azaltmadı. Əksinə, fəhlə işləyə-işləyə Asəf Zeynallı adına Musiqi Kollecinə gəlib-gedir buradakı dərslərə qatılırdım. Görkəmli sənətkarlarımız Hacıbaba Hüseynovun, Vahid Abdullayevin, Nəriman Əliyevin xalq artisti Alim Qasımovun dərslərində iştirak edirdim. 1995-ci ildə ümummilli lider Heydər Əliyev dahi şair Məhəmməd Füzulinin 500 illiyinin keçirilməsi barədə qərar qəbul eləmişdi. Bu yubiley YUNESKO tərəfindən qeyd edilirdi. Bu məqsədlə aprel ayında xanəndələr müsabiqəsinin keçiriləcəyi barədə elan verilmişdi. Mən sənədlərimi hazırlayıb müsabiqəyə qatıldım. Ümumilikdə 100-dən artıq adamın iştirak etdiyi bu müsabiqədə finala yalnız 4 nəfər çıxa bildi ki, onlardan da biri mən oldum. Bu 4 nəfər arasından isə seçilərək 1-ci yerə layiq görüldüm. Yalnız bu hadisədən sonra, yəni 1996- ildə mən, nəhayət, Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olundum. 2000-ci ildə ilk musiqi təhsilimi başa vurdum. 2002-2006- illərdə isə Milli Konservatoriyada təhsil almışam. Hər iki təhsil ocağında oxuyarkən xalq artisti Alim Qasımov mənə böyük köməklik göstərib. O, muğamın incəliklərini yorulmadan öz şagirdinə öyrədən ustad sənətkardır. 

Siz xanəndəlik etməklə bərabər, Akademik Opera və Balet Teatrının solisti kimi də fəaliyyət göstərirsiniz. Operada solist kimi ilk çıxışın necə yadında qalıb? 

Xanəndələr müsabiqəsinin qalibi olandan sonra 1996-cı ildə məni Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul etməklə yanaşı, həm də Opera və Balet Teatrına solist kimi çağırdılar. Muğamı az-çox bilsəm , aktyor kimi təcrübəm yox idi. Bunun üçün əvvəllər bir az çətinlik çəkirdim. İlk dəfə 1996- ildə Alim Qasımov Mələkxanım Əyyubova ilə birlikdəLeyli Məcnunda səhnəyə çıxıb, Zeyd obrazını canlandırdım. Sonralar isəAşıq Qəriboperasında oxumuşam. Hazırda isəLeyli Məcnunda İbn Salamı ifa edirəm. Bununla bərabər, əsasən solo muğam ifaçısı kimi fəaliyyət göstərirəm. 

Xaricdəki çıxışların barədə deyərdin? 

Vətəndən kənarda ilk dəfə Gürcüstanda konsert proqramlarının birində çıxış eləmişəm. Bu ilin mart ayında isə Türkiyə Respublikasında səfərdə olmuşam. Novruz festivalı ilə bağlı orada bir neçə konsertimiz oldu. Türkiyəyə hələlik sonuncu səfərim isə sentyabrın 22-dən 27- kimi davam etdi. “Muğam fırtınasıadlanan konsert proqramının təşkilatçıları Qars-Azərbaycan Dayanışma Azərbaycan Kültür mərkəzləri idi. Bakı Strateji Araşdırmalar Mərkəzi bu tədbirə dəstək verirdi. Kamu Sen Sindikatının İqdır təmsilçisi Cəfər Alakaş Hüseyn Kəsəmən isə İqdırda işlərimizi koordinasiya edirdilər. Əvvəlcə İqdır şəhərində, sonra Qars, Ankara, İzmir, İstanbul şəhərlərində konsert proqramı ilə çıxış etdik. Qarsdakı konsertə tamaşaçı kimi Qars bələdiyyə başqanı bir neçə siyasi partiya təmsilçisi qatılmışdı. Möhtəşəmliyi ilə yadda qalan konsertin təşkilinə bizim oradakı konsulluğumuz da böyük dəstək vermişdi. Ankaradakı konsertimizdə isə bizim səfirliyimizin nümayəndələri, səfirin müavinləri, bir çox təşkilat təmsilçiləri, o cümlədən Türkiyə Ulusal Strateji Araşdırmalar Mərkəzinin başçısı Sinan Oğan başqaları iştirak edirdilər. Ümumiyyətlə, bütün konsertlərimiz gözəl keçdi. Son vaxtlar Avropa ölkələrinin bir neçəsindəki diaspor təşkilatlarından konsertlərlə bağlı dəvət almışam. Ancaq maliyyə problemləri ilə əlaqədar olaraq hələlik bu səfərlərin reallaşması ləngiyir.

 

 

Rufik İSMAYILOV

 

 525-ci qəzet.- 2009.- 28 oktyabr.- S.7.