Hüseynbala Mirələmov: “Postmodernizm hoqqabazlıqdır”

 

AYDIN CANIYEVİN YAZIÇI HÜSEYNBALA MİRƏLƏMOVLA MÜSAHİBƏSİ  

 

– Hüseynbala müəllim, əgər bir gün əsərlərinizi hər yerdən yığışdırıb, yandırsalar, Azərbaycan ədəbiyyatı nələrisə itirəcək?

– Mənim yazdığım əsərlərdə Azərbaycan əxlaqı, qlobal insan psixologiyası, Qarabağ dərdi, Vətən məhəbbəti var. Üstəlik də, Azərbaycan ədəbiyyatına ilk dəfə məhz mən Heydər Əliyev obrazını gətirmişəm. Onacan əsərimdə Onun həyat və fəaliyyətini, dövlət quruculuğundakı müstəsna xidmətlərini qələmə almışam. Ədəbiyyat üçün deyə bilmərəm, mənim üçün böyük faciə olardı...

– Əsərləriniz dərc olunandan sonra onları özünüz oxuyursunuz?

– Hamısını oxumuşam! “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabını və “Gəlinlik paltarı”nı isə dəfələrlə oxumuşam.

– Henrika Broniatovskanı tanıyırsınızmı?

– Sözünü de...

– Soljenitsını tərcümə edəndi. Elə əsəriniz varmı ki, versinlər, o da tərcümə eləsin?

– Əvvəla, mənim əsərlərim səkkiz dildə çap olunub. “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabım isə təkrarən Moskvada nəşr olunub, bu yaxınlarda da Türkmənistandakı səfirliyimizdən məktub almışam. Məndən icazə istəyirlər ki, türkmən dilində də çap olunsun.

– Bəs onda niyə üstünüzə belə gəlirlər? Necə hesab edirsiniz: Sizə olan iradlar qısqanclıqdan irəli gəlir, yoxsa vicdanınızla üz-üzə qalanda razılaşırsınız ki, onlar haqlıdır? Necə deyərlər, adamın vicdanı min şahidə bərabərdir...

Bax, onu çox gözəl dedin. Vicdan min şahidə bərabərdir. Üstümə gələnlər niyə gəlir? Biri qəbuluma düşə bilməyib, biri işini gördürə bilməyib. Bir sətrimi oxumayıb, ağzına gələni yazır haqqımda. Bunlar həzm edə bilmir ki, mən deputatam, böyük bir müəssisənin rəhbəriyəm, hələ yazıçılıqla da məşğul oluram.

Bəs onda niyə onları bir yerə yığıb diskussiya açmırsınız? Bəlkə dostlarınız deyir ki, uşaqdırlar, qələt eləyirlər, yazarlar, cavablarını verərik?! Axı “istənilən yazının canında redaktə yeri vardeyiblər ustadlar...

Mən peyğəmbər deyiləm, yazdığım da Quran ayəsi. Amma mən sağlam tənqidin tərəfdarıyam. Bəkir Nəbiyev, Nurlana Əliyeva, Vaqif Yusifli... imzasına, rəyinə, tənqidinə çox hörmətlə yanaşdığım insanlar da məni tənqid edir, əsərimin canında xəstə yeri açıq deyirlər, bundan xoşlanıram, yoxsa ki, dur, qələmini mənə təzyiq vasitəsinə çevir, bunu qəbul etmirəm. Onlar qələmləriylə təzyiq edirlərsə, mən onların səviyyəsinə enə bilmərəm.

Elə isə onları, eləcə də o tip oxucuları tərbiyələndirə biləcək obrazı yaradın da...

Yaradıcılığımda bir amalım olub: ən mənfi obrazın da nütfəsində vicdan itməsin. Hesab edirəm ki, nəinki bizləri, bütövlükdə bəşəriyyəti təmiz, pak, ləkəsiz vicdan daşıyıcıları xilas edəcək. Üstəlik də qələmə aldıqlarım həyatımızın reallıqlarıdır, qurama səhnələrdən, detektiv priyomlardan uzaq qaçmışam ki, qoy insanlar həyatın amansız qanunlarından xəbərdar olsunlar..

– Əsərlərinizdə qəribə adlar sərgisi var: Qəmxar, Didar, Salqar, Vətən...

Hər bir adın taleyi varmüharibə, mühacirət, müstəmləkə əyyamları, qaçqınçılıq, torpaq itkisi... yaddaşlarda həsrətə-nisgilə çevriləni də var, dilə-dişə düşəni də. Həmişə çalışmışam ki, mənfi obraz üçün belə, ad seçəndə, eləsi olsun ki, həmən assosiasiya yaratsın.

– Ədəbiyyatımızın ehtiyacı nəyədir?

Deyək müsbət obraz çatmır, yox, var, deyək mənfi çatmır, yenə yox, o da var, amma ən yaxşı müsbət, ən yaxşı mənfi obraz çatmır.

Nə fikirləşirsiniz?

Heydər Əliyev haqqında roman yazmaq istəyirəm. Görünür, yazdıqlarımız azdır. Düşünürəm ki, ədəbiyyatımızda mükəmməl şəxsiyyət obrazının qələmə alınması ehtiyacı digər əyərskikləri də aradan qaldırar.

– Bu qədər gərginlikdən, – seçicilərin problemləri, istehsalatın əyər-əskikləri, ədəbi tənqidçilərin “mırhamır”ı, – yorulmursunuz?

Fiziki iş məni yormur. Vaxtımın sahibiyəm. Dahilərdən birinin sözüdür: günümüz 24 saatdır, bəs eləmir, gecəni də işlə. Məni mənəvi kasadlıq yorur.

 İki il qabaq Şamaxıdan keçəndə bir restoranın qabağında ağzı qızıllı, boynu-boğazı brilyantlı, əyin-başı zərxaralı dəstənin qəfəsdəki canavarı “insanlaşdırma”sına-təlxəkləşdirməsinə şahid oldum. Ağladım! İnanın, ağladım!!! Adamlar hər şeyin təyinatını dəyişdirməkdədirlərcanavarı canavarlıqdan çıxarırlarzövq alırlar, təbiəti təbiətlikdən çıxarırlarzövq alırlar, adamı adamlıqdan çıxarırlarzövq alırlar, siyasəti siyasətlikdən çıxarırlarzövq alırlar. Bax, bu mənəvi kasadlıq məni yorur!!!

Şahidi olduğum bu hadisəni son povestim “Cəza”da qələmə almışam. Təbiətin cəzası heç də Allahın cəzasından geri qalmır!

– Özünüz həmvətənlərinizi düşünüb yazıçılıq mantosunu çiyninizə atıbsınız. Bəs Sizin yazıçılar kimdir? Təklik burulğanında kimlərharayınıza” çatır?

Dostoyevski, Çexov, həddən artıq doğma bildiyim Aytmatov, fransız yazıçısı Saqan, bizimkilərdən Məmməd Araz, Bəxtiyar Vahabzadə, Ağacəfər Həsənli, Vaqif Bəhmənli...

Həll etmək istəyib, bacarmadığınız iş...

– Mən sona qədər gedə biləcəyim işlərin dalınca gedirəm. Heç vaxt düşünmədən addım atmamışam.

Postmodernizmə münasibətiniz...

– Vallah, bir neçə dəfə postmodernistlərin bədii nümunələrini əlimə alıb tanış olmaq istəmişəm, amma ürəyimcə olmayıb. Bizim cavanlığımızda bir abstraksionizm ortaya atılmışdı, elə bir şeydi: əllərini batırırdılar rəngə, çırpırdılar divara, bəs deməzsənmi, bu filan şeyi ehtiva edir. Mənim zövqümdə deyil. Postmodernizm hoqqabazlıqdır. Mən əvvəli və sonu məlum olanı bəyənirəm, onu təqdir edirəm. Ədəbiyyatinqilabçılıq platsdarmı” yox, fikir, düşüncə qalaktikasıdır.

 Doğrudanmı, Azərbaycan ədəbiyyatı dünyada təmsil olunmaq qədərincə “böyüməyib”?

Azərbaycan ədəbiyyatı doğrudan da dünyada təmsil olunmağa layiq ədəbiyyatdır. İkicə şərtlə.

Birincisi, itirilmiş oxucu kütləsini qazanmalıyıq. Böyük ədəbiyyat böyük oxucu auditoriyası hesabına yaranır. Biz indi bu oxucunu ədəbiyyatın yoxluğundan, iqtisadiyyatın əyərskiklərindən, ya da qarmaqarışıq zamanın yaralarından itirmişik, deyə bilmərəm, amma itirmişik. O böyük auditoriyanı formalaşdırmaq lazımdır ki, yazan bilsin: sabah onu yazdıqlarıyla bir yerdə məhşərə çəkəcəklər. İkincisi də kitab mağazalarıdır.

Mən əsərlərimin tərcüməsiylə bağlı Moskvada tez-tez oluram. Bir fakt deyim: “Nikitinskiy pereulokda bütün sutkanı işləyir kitab mağazası. Bizdə, Bakıda, “Azərbaycan mədəniyyətinin pasportusayılan kitab pasajında kitab əvəzinə... qadın alt paltarı satırlar! Ağlamalı vəziyyətdir! Kitaba məhəbbət yoxdurfaciə budur!

Bu iki amil dünya standartları səviyyəsinə tay olsun, yazıçılarımızın dünyanın özü boyda böyüklüyü üzə çıxacaqadının fərqi olmaz ki, bu Hüseynbala Mirələmovdur, Əkrəm Əylislidir, yoxsa ki, bir ayrısı! İstənilən halda, ad Azərbaycanın olacaq! Təmsil olunan Azərbaycan olacaq!

– Ədəbiyyat təmsilçiləri yaratdıqları obrazlarla düz mütənasib həyat yaşamalıdırlarmı? Ümumiyyətlə, düşüncə və əməl fərqliliyi sərgiləyən yazıçılarda şəxsiyyətin ikiləşməsinə münasibətiniz?

– Bəri başdan deyim ki, bu, ümumiyyətlə, mümkün deyil, yazıçı-şair yaratdığı obraz kimi həyat nümayiş etdirsin – Hitlerin, Stalinin, Çingiz xanın obrazını yaradan yazıçı onlar kimi necə yaşaya bilər?! Absurddur! Digər tərəfdən, Əlağa Vahid içirdi, bilirsən necə kişiydi? Kişiydi, kişi! Dostoyevski! İndi neyniyək, deyək qumar oynayırdı, oxumayaq? O qədər üçqat-beşqat “həci” tanıyıram, toxumluq düz söz yoxdu ömründə, ancaq görürsən ki, Allah-bəndə söhbəti eləyir.

Başqalarını deyə bilmərəm, mənim əsərlərimdə mənim iç dünyam yatır – əqidəm, şüurum, vicdanım bir amalla birləşir! Kişi bütöv olmalıdır, şəxsiyyət ikiləşməməlidir. Belə yaşamağa çalışmışam. Güman edirəm də ki, buna nail olmuşam, ancaq gözə necə görünürəm, o artıq görənlərin problemidir!

– Hüseynbala müəllim, “Xəcalət”in müəllifinin belə “xəjələttik” işi yoxdu?

– Vicdan min şahidə bərabərdir!

– Hə-ə, demişdim, vicdan min şahidə bərabərdir. Dediklərinizə imza atırsınız da?

– Vicdanım qarşısında təmizəm. Hamını da vicdanlı olmağa çağırıram – məni tənqid edəndə də, məndən narazı qalanda da...

 

 

525-ci qəzet.- 2009.- 29 oktyabr.- S.6.