“Kitabla dost ol!..” müsabiqəsi
başa çatıb
M.Qorki adına
Səyyar Kitabxana Fondunda Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin (BŞMTİ) dəstəyi
ilə tədbir keçirilib. BŞMTİ-dən
verilən məlumata görə, kitabxananın
direktoru Nüşabə
Ələkbərova, İdarənin
rəisi Əlikram Əliyev 2009-cu ilin Azərbaycanda “Uşaq ili” elan edilməsi
ilə əlaqədar
şəhər kitabxanalarında
ilin əvvəlindən
bəri keçirilən
“Kitabla dost ol, ən fəal oxucu ol!” müsabiqəsinə
yekun vurulduğunu, qaliblərin müəyyənləşdirildiyini
elan ediblər.
Tədbirdə yazıçı
Natiq Rəsulzadə, şair İlyas Tapdıq, filologiya elmləri doktoru, professor Gülrux Əlibəyli, jurnalist Şəmistan Nəzirli müsabiqənin
keçirilməsində başlıca
məqsədin kitaba, mütaliəyə, kitabxanalara
marağın artırılması
olduğunu vurğulayıblar:
“Uşaqların şəxsiyyət
kimi formalaşmasında
kitablar, kitabxanalar hər zaman əhəmiyyətli rol oynayıb”.
Sonda müsabiqənin 20 nəfər
qalibinə mükafatlar
təqdim edilib, onlara BŞMTİ-nin fəxri fərmanları və xatirə hədiyyələri verilib.
SARA
525-ci qəzet.- 2009.- 29 oktyabr.- S.7.