Seyran SəxavətinBəhanəYəhudi əlifbasıkitablarının təqdimatı keçirilib

 

Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı Seyran SəxavətinBəhanəYəhudi əlifbasıkitablarının təqdimatı oxucularla imza günü keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən AYB-nin katibi Rəşad Məcid bildirib ki, Seyran Səxavət Azərbaycanın çağdaş ədəbiyyatının ən istedadlı yazıçılarından biridir. Yazıçının oxucularla hər görüşü ciddi ədəbi hadisə hesab olunur.

Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə isə bildirib ki, Azərbaycanda yazıçılar çoxdur, elə Yazıçılar Birliyinin üzvləri kifayət qədərdir: “Lakin hər yazıçının dünyaya baxış bucağı yoxdur. Seyran Səxavət belə baxış bucağı olan yazıçıdır. Onunla birlikdə həmin bucaq altında baxanda insan çox gözəgörünməz mətləbləri anlayır. Bugünkü Azərbaycanın çoxlu problemləri qayğıları var. Bunların hamısını işıqlandırmağa yaxşı bir yazıçı qələmi gərəkdir”.

Xalq artisti Fuad Poladov isə bildirib ki, Seyran Səxavət qürurlu adamdır, lakin təkəbbürlü deyil: “Sadə adamdır, amma zəif deyil. Ciddi adamdır, lakin sərt deyil. Məhz bütün bu insani keyfiyyətləri onun əsərlərində hiss olunur yazıçını sevdirir”.

 

 

525-ci qəzet.- 2009.- 29 oktyabr.- S.7.