17 il əvvəl bu gün

 

O VAXT CÜMHURİYYƏTİN 69 YAŞI TAMAM OLURDU  

 

Zaman keçir, ömür-günümün qürüba doğru hərəkətinin fərqindəyəm. 50-ni keçirdim, – deyimi tez-tez yada düşür. Bu səbəbdən yaşadığım, məhz yaşadığım günləri sıralamağa ara-sıra cəhd edirəm. Həmişə bu sıralamada 1992-ci ilin 29 oktyabrı birinci onluqda yer alır. Çünki həmin gün mən jurnalist olaraq ilk dəfə xarici ölkəyə, ancaq xoşbəxtəm ki, doğma Türkiyəyə səfər etmişəm.

17 il əvvəl bu gün Ankarada keçiriləcək türkdilli dövlətlərin ilk zirvə toplantısından əvvəl Atatürk Kültür Mərkəzində Cümhuriyyətin qurulmasının 69-cu ildönümünə həsr olunan çox möhtəşəm bir tədbir keçirildi. Mən ilk dəfə idi ki, Türkiyədə idim. On illərlə həsrətini çəkdiyim, tikanlı məftillərin arasından sərhədlərinə baxdığım ikinici vətənimin havasını udurdum. Gözlərimi dörd açıb hər şeyi görmək istəyirdim. Elə bil qanadlanıb uçacaqdım. Təxəyyülümdə ağlımız kəsəndən gözlərimizi qabar edən Moskvanın Qırmızı Meydanı Atatürk Kültür Mərkəzinin bir küncünə sıxışdırılıb əzilmişdi. Burda hər şey qədər doğma, qədər əziz, qədər qəlbdən gələn idi. Hər kəs qucmaq istədiyi qədər sevgini, doğmalığı, səmimiyyəti hər şeydən əvvəl Cümhuriyyəti quca bilirdi.

17 il əvvəl bu gün təxminən saat 11 radələrində Atatürk Kültür Mərkəzində sanki Yer yerindən oynadı. Mənə elə gəlirdi ki, bu nəhəng meydan belə Cümhuriyyətin ildönümü şərəfinə düzənlənən törənin ağırlığını öz çiynində daşıya bilməyəcək. Ətrafa yayılan marş sədaları, möhtəşəm türk musiqisinin fonunda qazilərin şərəfinə oxunan mahnılar, türk dünyası Cümhuriyyət haqqında Atatürkün deyimləri qəlbində türk sevgisi olan hər kəsi cuşa gətirirdi. Az sonra hərbi parad başladı. Səmada türk şahinləri – F 16-lar göründü. Onlar talxa vuraraq sürətlə aşağı şığıyır, sonra da perpendikulyar şəkildə səmanın bağrına dikilmək üçün gözdən itirdilər. Gözlər bu mənzərələri seyr edərkən zirehli tankların zəhmli səsi eşidildi. Onlar meydandan keçirdilər. Mənə elə gəlirdi ki, ürəyim boğazıma tıxanıb, nəbzim elə boğazımdaca vurur. Göz yaşlarımı saxlaya bilmirdim. Az qala hönkürtü ilə ağlayıb dünyaya səslənmək istəyirdim: “Baxın Türkün gücünə!”, “Baxın bizim gücümüzə!”. Piyada qoşun növlərinin əzəmətli keçidi törənə ayrı bir mənzərə qatdı. Bir sözlə, mən belə bir möhtəşəmlik heç vaxt görməmişdim. Mənə elə gəlirdi ki, Türkiyə Cümhuriyyyəti müstəqilliyinə yenicə qovaşan türk uluslarına səslənərək deyir: “Heç bir çətinlikdən, problemdən qorxmayın. Müstəqilliyinizi göz bəbəyiniz kimi qoruyun. Arxanızda belə bir gücə sahib olan qardaşınız, Türkiyə Cümhuriyyəti var”.

17 il əvvəl oktyabrın 29-da Türkiyədə bayram bayrama qarışdı. Qardaş ölkədə Azərbaycan böyük elçiliyinin təntənəli açılış mərasimi oldu. Prezident Turqut ÖzalınBir kərə yüksələn bayraq bir daha enməz! Bir azdan ay-ulduzlu, üçrəngli Azərbaycan bayrağı göylərə çəkiləcək bir daha Ankara səmalarından enməyəcək. Xeyirli, uğurlu olsun!” sözləri indi qulağımda cingildəyir. Mən uzun müddət həmin törənin təsiri altında oldum. İllər keçdi, mən dəfələrlə Türkiyədə olsam da, yaddaşımda qalan həmin günün izləri heç vaxt öləzimədi.

16 ildir ki, Cümhuriyyətin ildönümünə həsr olunan törənləri izləyirəm. Orada edilən çıxışlara qulaq kəsilirəm, qəhrəman türk əsgərinin Atatürk Kültür Mərkəzində qürur dolu addımlarını seyr edirəm. Amma elə həmin anlardaca paralellər aparıb 17 il əvvələ qayıdıram. Mənə elə gəlir ki, Atatürk Kültür Mərkəzində Qazinin yuxarı başda asılan portreti Cümhuriyyətin xarakterinə uyğun olmayan bəzi yad nəfəsləri hiss edir elə həmin andaca onun nufuzdici baxışları həmin nəfəs sahiblərinin iliyinə işləyir.

Ötən 17 il ərzində dünyada da, elə qardaş Türkiyədə çox şeylər dəyişib. Dəyişməyən bir şey var: ümummilli lider Heydər Əliyevin dediyibir millət, iki dövlətprinsipi. Biz bəzən bu prinsipə yanaşmada yaraşmayan müxtəlif çalarlar da görürük. Türkiyə Azərbaycan ətrafında qurulan tələləri, meydana sürülən yeni siyasi oyunları, məkrli planları daha nələri. Ancaq əsas odur ki, bizi bir-birimizdən ayıra biləcək qüvvə yoxdur heç vaxt da olmayacaq.

Bir milətin iki dövlətindən biriTürkiyə haqqında orada gedən ictimai-siysi proseslər, beynəlxalq aləmdə Cümhuriyyətlə bağlı baş verən hadisələrlə əlaqədar çoxsayalı yazıların müəllifiyəm. Onların hamısını da böyük Atatürkə onun yadigarı olan Cümhuriyyətimizə qarşı sonsuz sevgi sayğı ilə qələmə almışam. Tək birindən başqa. O da Türkiyədə nəşr olunanAqosqəzetinin baş redaktoru Hrant Dinkin öldürülməsindən sonra qardaş cümhuriyyətdə baş verən hadisələrlə əlaqədar olub. Onda mən yazımaİkinci məmləkətimi bu qədər əzişdirilmiş bayağılaşmış görmək istəməzdimsərlövhəsi vermişdim. Yazmışdım ki, qurulan tələ, siyasi oyunlar Türkiyəni elə silkələdi ki, sanki 600 metr eni olan Bosfor boğazı kükrəyərək sərhədlərini aşıb 600 metrə çatdı. Lakin İstanbul suda boğulmurdu, Ankara siyasi kulislərinin yaratdığı koma vəziyyətində ümidsiz halda çabalamağa çalışırdı. İndi qardaş Türkiyədəaçılım siyasətiaparılır bu siyasətin daha bir koma vəziyyəti yaratmasını heç arzulamazdım. Çünki çox açılmaların çox da pis fəsadları olur. Nədənsə bu məqamda qazi Mustafa Kamalın bir deyimini xatırladım: “Türkiyə Cümhuriyyəti şeyxlərin, dərvişlərin, digər mənsubların cəmiyyəti ola bilməz. Ən doğru, ən həqiqi təriqət mədəniyyət təriqətidir”. Yəqin ki, Türkiyə Cümhuriyyətini sevənlər yaxşı bilirlər ki, bu ölkənin ən doğru yolu Atatürk yoludur. Qazi Mustafa Kamal öyrədirdi ki, bir millət varlığı hüzuru üçün bütün gücünü, bütün maddi mənəvi sərvətləri ilə öz qüvvəsinə dayanaraq mücadilə etməzsə, onun-bunun oyuncağı olmaqdan qurtara bilməz. Budur doğru yol!

Qazi Mustafa Kamal öyrədirdi ki, bir millətin ruhu zəbt olunmadıqca, bir millətin əzm iradəsi qırılmadıqca o millətə hakim olmağın imkanları yoxdur. Budur doğru yol!

Bu gün Türkiyə Cümhuriyyətinin 86 yaşı tamam olur. Bu cümhuriyyətin qurulmasında azərbaycanlılar da qan töküb, şəhid olublar. Deməli, bu həm bizim bayramımızdır. Bu bayram əbədiyyətə qədər qeyd olunacaq. Bir millət, iki dövlət sərhədləri daxilində həm 29 Oktyabrı, həm 28 Mayı şərəflə, sevə-sevə qeyd edəcəkdir. Bayramınız mübarək olsun!

 

 

Səyyad Ağbabalı,

Arenaqəzetinin baş redaktoru

 

525-ci qəzet.- 2009.- 29 oktyabr.- S.2.