Xəzərjurnalının yeni sayı çapdan çıxıb  

 

BugünlərdəXəzərdünya ədəbiyyatı jurnalının növbəti sayı işıq üzü görüb. Dərgi baş redaktor Afaq Məsudunİlahi keçidbölümündə təqdim olunan önsözü ilə açılır. Önsözdən sonra həmin başlıq altında X əsrin nəhəng sufi mütəfəkkiri Şeyxi Əziz Nəsəfi haqqında Lloyd Raycenin eyniadlı elmi-tədqiqat əsərindən bir parça təqdim olunub.

Selma Lagerlöfün jurnalda çıxan Nobel nitqi və nağıllarını dilimizə Ülkər Nəsibbəyli çevirib.

Ədəbi fenomenrubrikasında Ramiz Rövşənin tərcüməsində Qriqore Viyerunun şeirlər silsiləsi öz əksini tapıb.

Jurnalın bu sayında çap olunan Somerset MoeminLedi Frederiküçpərdəli komediyası yazıçı Yaşarın tərcüməsində oxucuların ixtiyarına verilib. Yaşarın təqdimatında S.MoeminTeatrromanının davamı da dərginin bu sayındadır.

Ülkər Nəsibbəylinin tərcümə elədiyi növbəti yazılar Milorad Paviçə aiddir. Dərginin bu sayında yazıçının avtobioqrafiyası, “Dövlətə bənzər roman” essesi, “Məbəd şəkilli Tunis qəfəsihekayəsi, “Yazıçı kimi mən iki yüz il əvvəl doğulmuşambaşlıqlı müsahibəsi oxuculara təqdim edilib.

Aleksandr Blokun yazıçı Firuz Mustafanın tərcüməsində şeirləri jurnalınBəşəri poeziyabölməsindədir.

Jurnalda işıq üzü görən maraqlı tərcümələrdən biri Jorj AmadununQumsallıq kapitanlarıəsəridir. Romanı dilimizə İ.Əlfioğlu çevirib.

Ü.Nəsibbəyli tərəfindən təqdim olunan ənənəviƏdəbi mozaikarubrikasında oxucular dünya ədəbiyyat aləmində baş verən ən son yeniliklərlə tanış olmaq imkanı əldə edəcəklər. Bölümdə təqdim olunmuş xəbərlər bu il üçünBukermükafatının kanadalı yazıçı, 77 yaşlı Elis Münroya verilməsi, görkəmli Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin yazmağa davam etməsi, XX əsrin ikinci yarısının ən görkəmli Latın Amerikası yazıçılarından Mario Benedettinin vəfatının səbəbləri, 1996-cı ilin bukerçisi Qrem Sviftin şəxsi arxivini Britaniya kitabxanasına satması başqa məlumatlar əks etdirilib.

 

 

S.MÜRVƏTQIZI  

 

525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.23.