Yaxın, uzaq Misir

 

Misir ehramlarını ziyarətdən əvvəl tərcüməçimiz Adri xəbərdar etdi ki, özünü pis hiss edənlər, səhhətində problem olanlar ehramın içinə enməsin. Çünki aşağı düşdükcə orada hava çatışmazlığı yaranır bu da insana mənfi təsir edir. Bəzi həmkarlarım yolu yarı edib, qayıtdılar. Çünki ehrama enmək doğurdan da hər kəsin işi deyildi. 

 

(Əvvəli ötən saylarımızda) 

 

SİRLİ-SEHİRLİ  MİSİR EHRAMLARI

 

5 min il əvvəl yaradılan indi dünyanın 7 möcüzəsindən biri olan daşdan düzəldilmiş Misir ehramları inşa edilən zaman fironların hakimiyyəti hüdüdsuz idi, onları allahlara bərabər tuturdular. Möhtəşəm sərdabələr fironların ölümündən sonra da onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi.

Bizi o dövrdən uzun tarix ayırsa da, bu gün ehramlar özündə bir çox sirri gizlədir. Onları tikən insanlarınmetranlayışından xəbəri olmayıb. Amma onların ehramları gözəyarı tikmələri ağlabatan deyildir...

Giza ərazisindəki üç ehram fironlar Xeops, Xefren Mikerinin şərəfinə yaradılıb. Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldılıb. Onun hündürlüyü 146.6 metrdir təqribən eramızdan əvvəl 38-ci əsrdə tikilib. Xeopsun piramidasında 230000 daş istifadə olunub. Kub şəkilli bu daşların orta çəkisi 2.5 tondur. Ən ağır daşın çəkisi isə 15 tondur. Hesablamalara görə piramidanın ümumi çəkisi 5.7 milyon tondur. Xeopsun piramidası 30 ilə tikilib. Burada eyni zamanda 10 minlərlə adam işləyirdi: əziyyətdən ölənləri başqaları əvəz edirdi.

Firon Xeopsun oğlu Xefrenin ehramı ondan 2 metr alçaqdır. Bu fironu dağ boyda sərdabə qane etməmiş o, sərdabənin yanına bütöv qayadan yonulmuş daşkeşikçiqoymağı əmr etmişdir. Keşikçiinsanbaşlı aslanbədənli Sfinksdir.

Giza ehramlarının ən kiçiyi firon Xefrenin oğlu üçün tikilmiş 62 metr olan Mikerin ehramıdır.

O dövrdə lazımi alətlər olmadığı halda misirlilərin bu piramidaları necə tikməsi sual yaradır. Deyilənə görə, misirlilər qeyri-adi güclərdən istifadə ediblər. Bəzi fərziyyələrə görə isə guya misirlilər sehirli eliksir düzəldib bu eliksirləri içib, onun köməyi ilə insanda ola bilməyəcək dərəcədə güc alıblar. Misirlilərin sehrli üsullardan istifadə etməsi fərziyyələr sırasındadır.

Xeops ehramı hələ hamını heyrətə gətirir. Səhərlər piramidanın zirvəsi dumana bürünərkən o açıq qırmızı rəngə boyanır. Buludlu havada isə ehram bozumtul rəngə çalır. Soyuq gecələrin ay işığında piramida ağappaq qarla örtülmüş dağa bənzəyir. Onu da qeyd edim ki, turistlərə yalnız ən kiçik piramidaya daxil olmağa icazə verirlər.

Ehramlardakı bəzi otaqların içərisində nəyin olduğu məlum deyildir; oraya girməyə müvəffəq olmuş tədqiqatçılar geri qayıtmayıblar. Bəzi tədqiqatçılar isə müxtəlif texnoloji üsullardan istifadə etsələr məqsədlərinə nail ola bilməyiblər.

Ehramların içərisi yayda soyuq, qışda isə isti olur.

Sfinksə məmlüklərin topatma təlimləri zamanı hədsiz zərər dəyib. Napoleon Bonapartın 1799-cu ildə Misirə yürüşü zamanı baş vermiş toqquşmalarda Sfinksin burun hissəsi top atəşi nəticəsində qopub.

Ehramların yerləşdiyi sahədə Qədim Misir əsilzadələrinin dəfn olunduğu 7 mindən artıq sərdabadan ibarət nekropol var. Bu ərazidə 19-cu əsrdən arxeoloji qazıntılar aparılır.

 

QƏDİM VƏ MÜASİR  İSGƏNDƏRİYYƏ

 

Uzun müddət Misirin paytaxtı olmuş İsgəndəriyyəyə səfərimizin sonuncu günü baş çəkdik. Qayıdan kimi isə bir neçə saat istirahət edib dərhal Qahirə aeroportuna yollanmalı idik. Buna görə İsgəndəriyyənin ən tarixi yerlərində olacaqdıq. Aralıq dənizinin sahilində yerləşən bu şəhər Qahirədən çox fərqlənir. İsgəndəriyyə əsl Avropanı xatırladır. Şəhər müasirliyi, təmizliyi, gözəlliyi ilə göz oxşayır. Üstəgəl Aralıq dənizinin sahilində yerləşməsinə görə, hava həmişə sərin küləkli olur. İsgəndəriyyə Misirin turizm məkanı kimi dünyada məşhurdur.

Tarixə görə, İsgəndəriyyənin əsası e.ə 332-ci ildə qoyulub. Onun yaranması tarixi çoxsaylı çox vaxt bir-birinə zidd olan tarixi mənbələrdə öz əksini tapıb. Əfsanələrdən birinə görə, İsgəndər şəhərin əsas planını tərtib etmiş, əlinin altında təbaşir olmadığından əsas xətləri isə buğda ilə işarələmişdir.

Bəzi müəlliflər, böyük hökmdarın ayağına düşüb buğda dənləyən quş dəstələrindən bəhs edirlər. İsgəndərin yoldaşları bunu yeni salınacaq şəhərin çiçəklənəcəyi bir çox xalqları yedirdəcəyi kimi yozmuşlar.

Əsrlər sonra İsgəndəriyyə Misir gəmilərinin bütün Aralıq dənizi üçün çörək daşıdığı iri ticarət limanına çevrilmişdir.

Şəhərin əsas meydanında müasir Misirin yaradıcısı olanMəhəmməd Əlinin heykəli qoyulub.

İsgəndəriyyədə ilk baş çəkdiyimiz yer Roma imperiyası dövründə tikilmiş amfiteatr oldu. Hələ tarixi abidə kimi qorunub saxlanılan amfiteatr Misir tarixinin, mədəniyyətinin bir parçası olmaqla yanaşı hazırda dünya ölkələri içərisində keçmişdən qalmış amfiteatrlardan biri sayılır.

 

İSGƏNDƏRİYYƏ  KİTABXANASINDA AZƏRBAYCAN  DİLİNDƏ QURAN 

 

    Bütün dünyada məşhur olan İsgəndəriyyə kitabxanası da öz möhtəşəmliyi ilə fərqlənir. Bu kitabxananın əsası eramızdan əvvəl qoyulub. İki dəfə böyük yanğına məruz qalıb sonuncu dəfə Makedoniyalı İsgəndərin dövründə atışma zamanı ora düşən top mərmisi onu yerlə-yeksan edib. Deyilənlərə görə, Zərdüştə məxsus məşhurAvesta”nın əlyazmaları da həmin vaxt orada məhv olub. Sonradan bərpa edilən İsgəndəriyyə kitabxanası son dövrlərdə o qədər müasirləşdirilib ki, baxanda sadəcə heyran olursan. Kitabxana ən müsair kompyuter texnologiyaları ilə təchiz edilib. Təsəvvür edin ki, burada kompyuterə toxunmaqla 7-8 dəqiqəyə kitab çap etmək mümkündür. Dünyanın ən müasir bu çap maşını bizim diqqətimizi çəkdi. Bununla yanaşı, kitabxanada böyük işıqlı oxucu zalları var. Kitabxanada 600 min adda 8 milyona yaxın kitab toplanıb. Onların hər biri kompyuterləşdirilib. Yəni, oxucu burada birbaşa kompyuterin monitorundan həmin kitabları mütaliə etmək imkanına malikdir. Kitabxanada qədim maraqlı eksponatlar da saxlanılır. Məsələn, onların içərisində indiyədək müxtəlif dillərdə çap olunmuş “Quran” nüsxələridə var.

Biz nəhəng kitabxanada Azərbaycan dilində kitab axtararkən, bələdçimiz Azərbaycan dilində çap olunmuşQuran”ı bizə göstərdi. Amma miniatür kitablar sırasında Azərbaycana aid çap nüsxəsi görmədik.

Məhəmməd peyğəmbərin imzası olan dörd məktub da maraqlı tarixi-dini eksponatdır. Bələdçimiz bildirdi ki, həmin məktubların əsl nüsxələri İstanbulda saxlanılır.

İsgəndəriyyədə sonuncu tanış olduğumuz tarixi abidə İsgəndəriyyə qalası oldu.

Əsrlərin sınağından üzüağ çıxan bu qala indi möhtəşəm topdağıtmazdır....

 

 

(Davamı növbəti sayımızda)

 

Pərvanə SULTANOVA,

Bakı-Qahirə-Bakı

 

525-ci qəzet.- 2009.- 31 oktyabr.- S.7.