Azərbaycanlı fotoqraf Çindəki sərgidə mükafat qazanıb

 

Fotoqraf Aqdəs Bağırzadə Çinin Quancou şəhərində keçirilən VI beynəlxalq humanitar sərgidə mükafata layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sentyabrın 15-dən 21-dək keçirilən tədbirdə dünyanın 78 ölkəsindən 8 min nümayəndə (35 min şəkil) iştirak edib. Yekunda 6 kateqoriya üzrə 60 fotoqraf qalib gəlib.

A.Bağırzadə "İnner town in Baku" silsiləsindən işi ilə "Memarlıq" nominasiyasında ilk onluğa düşə bilib. Azərbaycanlı fotoqraf kubok və diplom qazanıb.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 30 sentyabr.- S.7.