Üzeyir Hacıbəyli adına
kamera musiqi salonunun açılışı
olub
Bəstəkarlar İttifaqının
yeni istifadəyə verilmiş inzibati binasında Üzeyir Hacıbəyli adına
kamera musiqi salonunun açılış
mərasimi keçirilib.
İttifaqın sədri, xalq artisti Firəngiz
Əlizadə 1912-ci ildə
inşa olunmuş bu üçmərtəbəli
memarlıq abidəsinin
ölkə başçısı
İlham Əliyevin təşəbbüsü ilə
əsaslı şəkildə
yenidən qurularaq bəstəkarların istifadəsinə
verildiyini diqqətə
çatdırıb: "Bugünkü
tədbirlə yeni mövsümə başlayırıq.
Müasir avadanlıqla
təchiz olunmuş bu binada yaradıcılıq
gecələri, müəllif
konsertləri, beynəlxalq
tədbirlər təşkil
ediləcək, sənət
adamları ilə görüşlər keçiriləcək.
Yeni yaradıcılıq
mərkəzinə çevriləcək
binada sənətlə
bağlı fikirlərin
müzakirəsinə geniş
yer veriləcək".
Bəstəkarlar İttifaqının
75 illik yubileyi ərəfəsində inzibati
binanın yenidən istifadəyə verilməsini
əlamətdar hadisə
kimi qiymətləndirən
F.Əlizadə noyabrda
yubiley tədbirlərinə
start veriləcəyini və
silsilə proqramların
təşkil ediləcəyini
açıqlayıb.
Qurumun rəhbəri
hazırda ittifaqın bir çox musiqi layihələrində
yaxından iştirak etdiyini bildirərək,
"Muğam" və "Üzeyir dünyası" layihələri
çərçivəsində artıq müəyyən
işlər görüldüyünü nəzərə
çatdırıb.
Açılış mərasimində
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Bakıda Üzeyir Hacıbəylinin
TÜRKSOY-un layihəsi əsasında səhnələşdirilmiş
"Koroğlu" operasının nümayişini, Üzeyir
Musiqi gününün təntənəli
açılışını, "Beynəlxalq musiqi həftəsi"
çərçivəsində silsilə tədbirlərin
keçirilməsini bir daha ölkəmizdə mədəniyyətin,
ədəbiyyatın, musiqinin təbliğinə,
inkişafına mühüm əhəmiyyət verilməsinin
əyani sübutu kimi dəyərləndirib: "Dövlətimizin
başçısının Bəstəkarlar İttifaqinin 75
illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamına
uyğun olaraq, tədbirlər planı hazırlanıb və
bununla əlaqədar məqsədyönlü işlərə
start verilib".
Sonra Bəstəkarlar
İttifaqının sıralarına yeni daxil olan 3 gəncə
üzvlük vəsiqəsi təqdim edilib.
Tədbirdə
Ü.Hacıbəylinin, A.Əlizadənin, T.Quliyevin,
Q.Qarayevin, F.Əlizadənin və başqa bəstəkarların
əsərlərindən parçalar səsləndirilib.
SARA