Nəriman Həsənzadənin poeması Ankarada dərc olunub

 

Xalq şairi Nəriman Həsənzadənin "Nuru Paşa" poeması Ankarada nəşr olunan "Edebiyyat, kültür ve sanat" jurnalının iyul nömrəsində işıq üzü görüb. Poemanı türkcəyə tanınmış türk şairi İsmet Bora Binatlı çevirib. Xalq şairinin verdiyi məlumata görə, poemada məşhur türk sərkərdəsi Nuru Paşanın 1918-ci ilin yayında Azərbaycanı bolşevik-daşnak birləşmələrinin təcavüzündən qorumaq üçün Gəncədə, Bakıda digər qəzalarımızdakı döyüşlərdə göstərdiyi şücaət qəhrəmanlığı əks olunub. Şair poemanı yazarkən tarixi sənədlərə, arxiv materiallarına əsaslanıb.

Türkiyədə böyük maraqla qarşılanmış poemanın yaxın günlərdə ölkənin digər jurnallarında da dərci planlaşdırılır. Bunu İsmet Bora N.Həsənzadəyə yazdığı məktubunda bildirib.

Xatırladaq ki, poemadan parçalar ilk dəfə bu ilin may-iyun aylarında "Azərbaycan" qəzeti və "525-ci qəzet"də dərc edilib.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 30 sentyabr.- S.7.