Əliağa Vahid yad edilib
Vahid Poeziya Məclisinin
təşkilatçılığı ilə Əliağa
Vahidin İçərişəhərdəki büstü
önündə şairin anım günü keçirilib. Mədəniyyət
və Turizm Nazirliyindən aldığımız məlumata
görə, anım mərasiminə şairlər, mədəniyyət
və incəsənət xadimləri, Maştağa qəsəbəsində
Əliağa Vahidin adını daşıyan 293 nömrəli
orta məktəbin müəllim və şagirdləri
qatılıb.
Mərasimdə
çıxış edən Vahid Poeziya Məclisinin sədri
Hacı Rafiq Əliyev Əliağa Vahidin Azərbaycan ədəbiyyatının,
xüsusən qəzəl janrının inkişafındakı
misilsiz xidmətlərindən danışıb.
S.MÜRVƏTQIZI