Azər Abdullanın "Havalı sular, sevdalı sular"ı işıq üzü görüb

 

Bu yaxınlarda şair Azər Abdullanın "Havalı sular, sevdalı sular" kitabı çap olunub. Kitabda şairin müxtəlif mövzuları əhatə edən şeir poemaları toplanıb. Toplu şairin Tanrıya ünvanladığı sevgi şeiri ilə açılır şeirin son bəndi, demək olar ki, A.Abdullanın bütün yaradıcılığının mahiyyətini əks etdirir:  

 

   Gözümü aç, yolumu aç,

   Sənsiz hər şey havayı.

   Sevməyə bir şey qalmayıb,

   Tanrım, səndən savayı.    

 

Şairin şeirlərinin əksər hissəsi Tanrıya yönələn dualara, tövbələrə bənzəyir. Kitabda A.Abdullanın ilahi sevgi hisslərini tərənnüm edən poetik nümunələri ilə yanaşı anaya, vətənə həsr olunan şeirləri, bədii peyzajları, ülvi məhəbbət duyğuları da yer alıb:

 

   Bir dilbərin tellərini

   gah daradım, gah hördüm.

   Birdən ayıldım,

   Yer kürəsini

   ayaqlarım üstə gördüm,

   inandım gücümə.    

 

Kitabda şairin "Gec batan ulduz", "Yeddi qızla gülyanaq oğlan" və başqa poemaları yer alıb. A.Abdullanın kitaba adı verilən poeması isə dahi şair Məhəmməd Füzuliyə həsr olunub.
   

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 30 sentyabr.- S.7.