Yazıçı Mehdi Hüseyn Pedaqoji Universitetdə anılıb

 

Bugünlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli yazıçı və dramaturq Mehdi Hüseynin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. ADPU-dan verilən məlumata görə, tədbirdə yazıçının həyat və yaradıcılığı barədə danışan universitetin rektoru Yusif Məmmədov M.Hüseyni ədəbiyyat tariximizin inkişafında, yüksək ixtisaslı filoloq kadrlarının yetişdirilməsində əvəzsiz xidmətləri olan pedaqoq və ədib kimi xarakterizə edib: "O, hələ çox gənc yaşlarından yazdığı əsərlərlə böyük nüfuz qazanıb. Əsərləri bir çox xarici dillərə tərcümə olunmuş Mehdi Hüseyn, həm də tənqid və publisistika sahələrində uğurla fəaliyyət göstərib".

Tədbirdə çıxış edən universitetin müəllimləri, digər qonaqlar M.Hüseynin yaradıcılığından, tənqidçi və pedaqoq kimi fəaliyyətindən söz açıblar.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 1 may.- S.7.