Doğmalıq hekayəçisi
Elşad Qoca 2
may 1959-cu ildə anadan
olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini
bitirib. "Kənd həyatı", "Günəş"
(keçmiş "Pioner")
jurnalları və
"Səhər" qəzetində
işləyib. "Günəş"
jurnalının redaksiya
heyətinin üzvüdür.
Dövri mətbuatda hekayə, tərcümə
və publisistik yazıları ilə çıxış edir.
Hekayələri rus və özbək dillərinə çevrilib.
"Sərhəd" qəzetinin
hərbi müxbiri olub, Azərbaycan Yazıçılar və
Jurnalistlər birliklərinin
üzvüdür. Elşad
Qocanın "Oğlum
mənim, arxam mənim" adlı ilk kitabı 1998-ci ildə çapdan çıxıb.
Sonralar "Cəllad etirafı" (1999) və
"Sibir dərsi"
(2000), "Gizli xidmətin
sirləri" (2000) kitabları
işıq üzü
görüb. "Azərbaycan
təhlükəsizlik və
xüsusi xidmət orqanları" (2000), "Tariximiz
və taleyimiz"
(2001) və "Azərbaycan
xüsusi xidmətləri"
(2004) kitabları bu sahə ilə bağlı maraqlı və dəyərli nəşrlər sırasında
yer alıb. Elşad Qoca bu gün də
gənclik enerjisi ilə işləyir.
"Körpülü və
körpülülər" tarixi-publisistik kitabını
tamamlamaq üzrədir.
Kitabda indi "Ermənistan" adlandırılan
ərazidə qalan qədim Körpülü
kəndinin və onun sakinlərinin keşməkeşli taleyindən
bəhs olunur.
Elşad Qocanı
50 yaşının tamam
olması münasibətilə
təbrik edir, tanınmış publisist
Möhbəddin Səmədin
ona həsr olunmuş yazısını
oxuculara təqdim edirik.
Çox vaxt yaşlı adamlar uşaqlara uşaq kimi baxır və bu səbəbdən
onların daxili dünyasına nüfuz edə bilmirlər. Həyatda gördüklərinə
heyrətlə baxan və bu heyrətdən
yaranan suallara aramsız cavalar axtaran uşaqlar valideynlərinə, yaşca
özlərindən böyük
olan adamlara belə suallar yağdırırlar: "İnsan
nədən və necə yaranıb?",
"Televizorda göstərilən
təsvirlər ekrana necə ötürülür?",
"Kosmosa insanlar necə gedib-gəlirlər?"...
Bəli, XX əsrin
sonunda dünyaya gələn, XXI əsrdə
yaşayan bugünkü
uşaqlar əvvəlki
əsrlərdə yaşayan
həmyaşıdlarından intellektual cəhətdən
çox yüksəkdə
dururlar. Buna görə
də, onların valideynləri, onlar üçün kitablar yazan yazıçılar uşaqların dəmir məntiqli sualları qarşısında çaş-baş
qalırlar.
Məşhur "Yüz
il tənhalıqda",
"Patriarxın payızı"
romanlarının müəllifi
Nobel mükafatı laureatı
Qabriel Qarsia Markes verdiyi müsahibələrinin birində
deyib: "Mən heç vaxt uşaqlar üçün
yazmamışdım. Dünya
şöhrətli yazıçı
olandan sonra uşaqlar üçün
iki hekayə yazdım, oxuyub
Bu, məşhur
yazıçının dünya
oxucuları qarşısında
açıq etirafıdır.
Söylənilənlərə söykək
olaraq yalnız onu deyə bilərik
ki, doğrudan da, uşaq psixologiyası
tamam başqa cürdür. Dünyaya uşaq sadəlövhlüyü
və uşaq təmizliyi ilə baxan körpələr yalanı, riyakarlığı
qətiyyən xoşlamırlar.
Təbiiliyə və
düzgünlüyə, bir
də xəyallarına
qanad verən zəngin fantaziyaya üstünlük verirlər.
Xristian Anderseni, E.Seton-Tompsonu, Süleyman Sani Axundovu, Nəriman Süleymanovu uşaqlara sevdirən də elə budur.
Yazıçı N.Süleymanov
ədəbi məktəbindən
keçmiş Elşad
Qocanın yazdığı
nağıllarından, hekayələrindən
və tərcümələrindən
açıq-aydın hiss edilir
ki, o, mürəkkəb
uşaq psixologiyasına
yaxşı bələddir.
Bu səbəbdən də
nağıl və hekayələrinin mövzuları
rəngarəng, bədii
tutumu cəlbedici, təbii və emosionaldır. Ən yaxşı xüsusiyyətindən
biri də odur ki, o, özünə
yaxın olan, bilavasitə dönə-dönə
görüb daxili dünyasından keçirtdiyi
mövzuları yazıya
çevirir. Məhz bu səbəbdən də həmin nağıl və hekayələr təbii və emosional təsir bağışlayır.
Yaşadığımız əsr mürəkkəb və təzadlı bir əsrdir. Bu əsrin möcüzələri və
paradoksları ağlasığmazdır.
Bir tərəfdən
insan əqli kosmosa yollar açır, bir tərəfdən isə insan əqlini üstələyən kompüterlər
yaradılır. Möcüzələrin
cövlan etdiyi indiki məqamda nağıl janrına müraciət etmək çoxlarına qəribə
görünə bilər.
Ammabi reallığı
unutmaq olmaz ki, bu möcüzələrin
ilkin ideyalarının
əksəriyyəti həmin
nağıllardan doğulub.
Çox güman ki, E.Qoca nağıl
mövzusuna müraciət
edəndə həmin
tarixi reallığı
nəzərə alır.
E.Qocanın nağıl
və hekayələri
bir növ zamanın portret cizgilərinin və ovqatının daşıyıcılarıdır.
Elşad Qoca hekayə janrına daha çox müraciət edir. Və özü də ona doğma
olan mövzulardan yazır. Elə buna görədir ki, oxucu həmin
hekayələrdə bir
doğmalıq hiss edir.
Qədim Oğuz eli Körpülünün
yer, yurd adlarını yaddaşında
canlandırır. Qeyri-ixtiyari
o yerlərə, o yerlərdə
yaşayan adamlara uzaqdan-uzağa sevgi yaranır.
E.Qocanın etdiyi tərcümələr də
maraq doğurur. Ən önəmli cəhət odur ki, o, azərbaycanlı uşaqlar üçün
nəyin gərəkli
olduğunu yaxşı
dərk edir və beləliklə, onların psixologiyasına,
estetik dünyagörüşünün
formalaşmasına təkan
verən əsərləri
dilimizə çevirir.
Adətən, təyyarəçilər
təyyarəni səmaya
qaldırmaq üçün
uçuş meydançasında
xeyli manevr edirlər. Müəyyən
hazırlıq və güc topladıqdan sonra səmaya qalxırlar. E.Qocanın nağılları, hekayələri,
tərcümələri mənə
bir növ uçuşa hazırlaşan
təyyarəçini xatırlatdı.
Güman edirəm ki, böyük ədəbiyyata qovuşmağa
can atan müəllifin
bir eksperimentləri onun gələcək uçuşlarına təkan
verəcək və onu öz imzası
olan bir yazıçı kimi formalaşdıracaq.
Möhbəddin SƏMƏD,
Publisist
525-ci qəzet.- 2009.- 1 may.- S.6.