Abdulla Şaiqin tərcüməsində Ruminin
"Məsnəvi"si
yenidən nəşr
edilib
Görkəmli ədib,
şair və pedaqoq Abdulla Şaiqin ev-muzeyində ədibin
"İbrət və müqabilə, yaxud ümmətlər
ixtilafı" kitabının təqdimatı keçirilib. Yenidən
çap olunmuş kitab dahi mütəfəkkir Mövlanə
Cəlaləddin Ruminin "Məsnəvi"sinin tərcüməsidir.
Kitab AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun
böyük elmi işçisi Arif Ramazanov tərəfindən
ərəb əlifbasından müasir əlifbaya transliterasiya
edilib.
Təqdimat mərasimində
Abdulla Şaiqin araşdırmaları, Nizami, Füzuli, Nəsimi,
Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə, M.Hadi, H.Cavid və
digər görkəmli söz adamları haqqında məqalələri
və tərcümələrinin bu gün də böyük
dəyər kəsb etdiyi vurğulanıb. Tədbirdə məktəblilərin
ifasında şairin uşaqlar üçün yazdığı
şeirlərdən ibarət kompozisiya təqdim olunub.
Sonda ədibin nəvəsi
Ülkər Talıbzadə babası ilə bağlı xatirələrini
bölüşüb, tədbir iştirakçılarına
A.Şaiqin yaradıcılığına göstərdikləri
diqqətə görə minnətdarlığını
bildirib.
SARA
525-ci qəzet.- 2009.- 2 may.- S.25.