Süleyman Yağız:
"Bir millət-iki dövlət" duyğusuna zərər verilməməlidir"
DSP-dən olan millət
vəkili Süleyman Yağız Türkiyə-Azərbaycan əlaqələrilə
bağlı verdiyi açıqlamasında hazırda
yaşanan bu sıxıntılı dövrdə iki ölkənin
və xalqların qardaşlıq münasibətlərinə
ziyan dəyəməməsi üçün diqqətli
davranmağın vacibliyini vurğulayıb: "Bu baxımdan,
"Bir millət-iki dövlət" duyğusuna zərər
verə biləcək hər hansı addım
atılmamalıdır. Bu duyğulara heç cür zərər
verilə bilməz. Son günlər Türkiyə ilə Azərbaycan
arasında bir gərginlik hökm sürür. Təəssüf
ki, bu gərginliyin səbəbkarları Ermənistan
mövzusunda Azərbaycanın mövqeyini arxa plana keçirən
hazırkı Türkiyə hökumət dairələridir. Təbii ki, bu səbəbdən azərbaycanlı qardaşlarımız
dərin üzüntü
içərisindədirlər".
Millət vəkilinin
fikrincə, azərbaycanlılar Türkiyə-Azərbaycan
münasibətlərinə illər öncə mərhum
prezident Heydər Əliyevin dilə gətirdiyi "Bir millət-iki
dövlət" duyğusuyla yanaşırlar: "Türk
milləti tərəfdən də bu duyğu
qarşılıqlıdır. Dolayısıyla bu, hər iki
ölkə xalqının ortaq duyğusuna çevrilib. Ona
görə də yaşanan bu sıxıntılı
zamanın azəri-türk qardaşlığına zərər
verməməsi üçün hər iki tərəfin diqqətli
olması vacibdir. Biz qardaşlığımızı yoldan
tapmamışıq. Qardaşlar bir-birilərinin
maraqlarını qulaqardına vura bilməzlər. Heç bir
qardaşın buna haqqı yoxdur. Unutmayaq ki,
qardaşlarının maraqlarına əhəmiyyət verməyənlər
başqalarıyla da sağlam münasibət yarada bilməzlər.
Hörmətli prezident Gül və hörmətli baş nazir
Ərdoğan bunu dərindən dərk etməlidirlər. Ermənistan
məsələsi, əlbəttə ki, çözülməlidir.
Amma bu yöndə iş görülərkən bəzi kənar
çevrələrin marağına uyğun hərəkət
edilməməli, qardaş dövlətin və millətin
haqqı tapdanmamalıdır". Süleyman Yağız hesab
edir ki, ABŞ prezidenti Barak Obamanın qondarma soyqırım məsələsini
"böyük fəlakət" anlamı verən ermənicə
kəlməylə dilə gətirməsi kənar qüvvələrin
bu mövzuda səmimilikdən uzaq olduğunu, keçmişdəki
kimi, bu gün də aldatma və bəhrələnmə siyasətini
davam etdirdiyini bir daha ortaya qoyub: "Türkiyəni idarə
edənlər artıq bu cür tələlərə
düşməməlidirlər. Əlbəttə ki, kənar
münasibətlərə də önəm verməlidir, amma
bu zaman kimsəyə təslim olmamalı, öz ölkəmizin,
millətimizin və soykökümüzün gücünə
inanaraq hərəkət etməliyik".
Millət vəkili Azərbaycana
sevgisini, qardaş millətə bağlılıq
duyğularını şeirlə ifadə etdiyini də
bildirib: "10 il əvvəl ortaq bir dillə yazmağa
çalışdığım "Ay can Azərbaycan"
şeirimin azəri-türk qardaşlığının ifadəsi
kimi qarşılanmasını istərdim:
Men sana
kardaş diyerem,
men sana
yoldaş.
Men
sen mene can,
ay
can, Azerbaycan!
İktifa eyleyemem ne desem,
kucahlamak istiyerem.
Men
sen mene
men,
özlerem, özlerem,
can,
ay
can, Azerbaycan!
Menim
gönlüm sende,
seninki mendedir.
Gözlerim yolda,
üreyim sendedir,
indi sene
gelirem, can,
ay
can, Azerbaycan!
kağızlar yetmez kaleme,
yazsam neçe
kelime,
dün de, bugün
de
sevirem seni,
men
de
gel
mene can,
ay
can, Azerbaycan!
S. Yağız
525-ci qəzet.- 2009.- 2
may.- S.24.