Azərbaycan-Almaniya mədəni əlaqələrində
yaradıcı gənclərin
rolu artır
"KULTUR UND ART
İNİTİATİVE" TƏŞKİLATININ NÜMAYƏNDƏSİ
SEVDA SULTANOVA BU SAHƏDƏ SİLSİLƏ LAYİHƏLƏR
HAZIRLADIQLARINI BİLDİRİR
Millətlərin
yaxınlaşmasında və anlaşmasında mədəniyyətlərin
dialoqunun rolu böyükdür. Müxtəlif mədəniyyətlər
həm də qarşılıqlı əlaqədə
inkişaf edir. Bu mənada Azərbaycan mədəniyyətinin
də digər mədəniyyətlərlə dialoqu zəruridir.
Musahibimiz, Almaniyanın "Kultur und Art İnitiative" təşkilatının
və bu qurumun dəstəyilə hər il keçirilən
İnternational Short Film Festival Detmoldun (Detmold Qısa Filmlər
Festivalı) Azərbaycandakı rəsmi nümayəndəsi
Sevda Sultanova ilə bu
barədə söhbətləşmişik.
- "Kultur und Art İnitiative"
qurumu ilə əlaqələriniz necə
yarandı?
- Qurumun fəaliyyəti ilə İnternet saytlarından birində
- Festivalda Azərbaycan hansı filmlərlə təmsil olunacaq?
- Bu gün Azərbaycanda
keyfiyyətli qısametrajlı filmlər çəkilir və
istedadlı rejissorlar nəsli yetişir. Onu da deyim ki,
öncə festivalda Azərbaycan filmlərinin nümayişinə 45 dəqiqəlik
yer ayrılmışdı. Seçimin geniş
olması üçün
1 saatlıq material göndərdim.
Onlar bütün filmləri bəyəndiklərini və
hamısını göstərəcəklərini
dedilər. Tamilla İbrahimova
əla video-artlar çəkir və onun festivalda 2 işi göstəriləcək.
Elçin Əsədovun da
2 filmi nümayiş olunacaq. "Yeni dalğa" prodüser mərkəzinin
reallaşdırdığı "1000 saniyə" layihəsini
xüsusi qeyd etmək istərdim. Layihə çərçivəsində 10 rejissorun hərəsi 100 saniyəlik film çəkib
və filmlərdən
biri İranda "Qran Pri" alıb. "Dərviş" prodüser
mərkəzinin və
"Butafilm"in də
işləri diqqətəlayiqdir.
Digər layihəmiz isə
bu il Almaniyanın qurucusu kimi anılan Hermannın 2000 illik
yubileyinin qeyd edilməsilə əlaqədardır. Hermannın
abidəsi Detmoldda yerləşir. Yubiley münasibətilə
bölgədə iyulun 17-29 aralığında böyük tədbirlər
silsiləsi nəzərdə tutulub. "Kultur und Art
İnitiative" tədbirin təşkilatçılarından
biridir. Dünyanın müxtəlif yerlərindən tədbirə
200 gənc qatılacaq. Azərbaycandan bu tədbirə 11 nəfər
yaradıcı gənc yollanacaq. Onlar Hermannın Almaniya tarixində
oynadığı rol haqda bilgilər əldə edəcək,
Hermann barədə filmin çəkilişlərinə, onun
şərəfinə keçirilən küçə
teatrı tamaşalarına, karnavallara qatılacaq, musiqi ifa edəcəklər.
Tədbirə qatılacaq jurnalistlər isə bu haqda reportaj
hazırlayacaqlar.
- Almaniya-Azərbaycan mədəni
əlaqələrilə bağlı perspektivdə daha
hansı layihələr var?
- Məlum olduğu kimi,
ötən il Almaniyada Azərbaycan Mədəniyyəti
İli keçirildi. 2009-cu il isə Azərbaycanda Almaniya Mədəniyyəti
İlidir və Almaniya səfirliyi bir sıra mədəni tədbirlər
keçirməkdədir. "Kultur und Art İnitiative" əsasən
yaradıcı gənclərlə işlədiyi
üçün bizim əsas məqsədimiz Azərbaycan-Almaniya
əlaqələrini hər iki ölkənin yaradıcı gənclərinin
mədəni sahədə əməkdaşlığı
vasitəsilə daha da möhkəmləndirməkdir. 2010-cu
ildə Detmoldda Azərbaycanın gənc rejissorlarının
filmlərindən ibarət həftə keçirmək istəyirik.
Həftə çərçivəsində həm də
fotosərgi, musiqi nömrələri və başqa tədbirlər
nəzərdə tutulur. Tədbirin ən önəmli cəhəti
Avropa kino mütəxəssislərinin kinomuzla
tanışlığı olacaq və bu sahədə Azərbaycanla
Avropa əməkdaşlığının təməli
qoyula bilər. Həmçinin zəngin tarixi olan alman kinosunun
klassiklərinin və gənc rejissorların filmlərindən
ibarət Azərbaycanda Almaniya Kinosu Həftəsi keçirməyi
də planlaşdırırıq və bu kino həftəsini
hər il təşkil etmək niyyətindəyik.
Bundan başqa, Avropa
Birliyi Gənclər Təşkilatının proqramları
çərçivəsində alman və azərbaycanlı
gənclərin iştirakı ilə mədəniyyət layihələri
gerçəkləşdirməyi nəzərdə tuturuq. Almaniyada
gənclərin maraqlı bir eksperimental tamaşasında oldum.
Məsələn, birgə bu cür eksperimental tamaşalar
hazırlamaq, təcrübə mübadiləsi etmək olar. Sözsüz
ki, ölkələrimiz arasında mədəni əməkdaşlığın
daha da inkişaf etməsi və layihələrin daha səmərəli
olması üçün ölkəmizdəki Almaniya səfirliyinin,
eyni zamanda Azərbaycanın Almaniyadakı səfirliyinin, Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyinə
ehtiyacımız var.
- Bir qədər şəxsi
məzmunlu sual: Almaniya sizdə necə təəssürat
yaratdı?
- Bir neçə xarici
ölkədə olmuşam. Amma mənə alman ruhu daha
doğmadır. Çünki mənim formalaşmağımda
alman fəlsəfəsi və ədəbiyyatının
böyük rolu olub. Hətta təyyarə Düsseldorfa enəndə
gözlərim doldu - vaxtilə əsərlərini oxuduğum,
filmlərini izlədiyim böyük insanların - Hötenin,
Şillerin, Şopenhauerin, Nitsşenin, Fassbinderin, Vim Vendersin və
digər böyük şəxsiyyətlərin vətənində
olduğum üçün. Qədim və zərif alman
arxitekturasından, almanlarla ünsiyyətdən zövq
aldım. Frankfurtdakı İsa Məsih heykəlləri isə
ruhuma rahatlıq gətirdi. Almanlar istiqanlı, başqa mədəniyyətlərə
açıq, ünsiyyətcil və kübar millətdir. Azərbaycana
qayıdan kimi almancanı öyrənməyə qərar
verdim. Artıq 2 aydır ki, alman dili dərsləri alıram.
Almanca sərbəst danışmaq ən böyük
arzularımdandır. Təəssüf ki, Azərbaycanda
çoxu ingiliscənin arxasınca qaçır. Bizim əsas
məqsədlərimizdən biri həm də gənclər
arasında alman dilini təbliğ etməkdir. Axı,
dünyanın ən nəhəng, köklü mədəniyyətlərindən
biri məhz alman mədəniyyətidir və Almaniya fəlsəfənin,
klassik musiqinin beşiyi sayılan ölkələrdəndir.
525-ci qəzet.- 2009.- 5 may.- S.7.