"Eurovision-2009"un münsiflərinə Flipp Kirkorov rəhbərlik edəcək

 

"Eurovision-2009" müsabiqəsinin münsiflər heyətinə rəhbərlik edəcək şəxsin adı açıqlanıb. APA-nın "RİA-Novosti"yə istinadən yaydığı xəbərə görə, müsabiqənin münsiflər heyətinə Rusiyanın populyar müğənnisi Flipp Kirkorov rəhbərlik edəcək. Müsabiqənin qaydalarına edilmiş dəyişikliklərə əsasən, qalibin seçilməsi haqqında qərarı yalnız tamaşaçılar yox, həm professional münsiflər heyəti verəcək. Flipp Kirkorov ona həvalə edilən bu işi çox şərəfli missiya kimi qiymətləndirdiyini açıqlayıb: "Səsvermənin obyektiv ədalətli olması üçün məndən asılı hər bir şeyi edəcəyəm. Əminəm ki, münsiflər heyətinin digər üzvləri bu fikirdədirlər".

 

 

525-ci qəzet.- 2009.- 5 may.- S.7.