Azərbaycandan "Eurovision-2009"a 9750 ilə
Azərbaycandan "Eurovision-2009" müsabiqəsinin
iştirakçılarına səs göndəriləcək
sms nömrəsi açıqlanıb. Ölkəmizin
vətəndaşları
"Eurovision-2009" müsabiqəsinin iştirakçılarını 9750 sms nömrəsi ilə dəstəkləyə
biləcəklər. Bunu
APA-ya açıqlamasında
"Eurovision" müsabiqəsinin
Azərbaycan üzrə
nümayəndə heyətinin
rəhbəri Adil Kərimli deyib. O bildirib ki, iştirakçının
çıxış edəcəyi
nömrəni yazıb
bu sms nömrəsinə
göndərməklə arzulanan
təmsilçiyə səs
vermək olar: "Bu sms nömrəsilə
Azərbaycan təmsilçiləri
Aysel və Araşı dəstəkləmək
mümkün olmayacaq.
Göndərilən 1 sms-in
qiyməti 50 qəpik olacaq. Azərbaycan təmsilçilərinə bu
sms nömrəsi ilə göndərilən
səslər sayılmayacaq.
Ona görə də tamaşaçıların
diqqətli olması lazımdır".
A. Kərimli
onu da xatırladıb
ki, səsvermədə
ancaq iştirakçı
ölkələrdə yaşayan
soydaşlarımız iştirak
edə biləcəklər.
Xaricdə yaşayan həmvətənlərimiz
Aysel və Araşı yaşadıqları
ölkənin sms nömrəsinə onların
sıra nömrəsini
yazmaqla səs verə biləcəklər.